ÇFR klubu altıncı dəfə Rumıniya çempionu olub
Futbol üzrə Rumıniya çempionatında 2019/2020-ci il mövsümünün qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ÇFR çempionluq qrupunun sonuncu turunda ən yaxın izləyicisi “Universitatya Krayova”nın qonağı olub və 3:1 hesabı ilə qalib gəlib.
Bununla da, Kluj təmsilçisi ardıcıl 3-cü, ümumilikdə isə 6-cı dəfə Rumıniya çempionu olub.
Mənbə: Azərtac
Müxbir: kafkazh.com xüsusi müxbiri Jalə Hüseynova