“Çətin” yeniyetmə problemi

Bu anlayışın mövzusunu açan 3 əsas əlamət mövcuddur:

1-ci əlamət. Uşaq və yeniyetmələrdə normadan kənara təhrif olunmuş davranışın olmasıdır. Bu əyilməni psixoloji test və ekperiment vasitəsilə üzə çıxarmaq olar. Təhrif olunmuş davranışı çox vaxt “deviant” davranış kimi qiymətləndirirlər. Yəni yeniyetmənin davranışında olan kiçik hüquq pozuntuları, səhf davranış, qarşılıqlı münasibətlərdə yol verdiyi pis hərəkətlər deviant davranışa nümunə ola bilər. Bu zaman ciddi cinayət elementi olmur, sadəcə cəmiyyətdə qəbul olunmuş qanun və qaydalardan təhrif olunmuş davranış müşahidə olunur.

2-ci əlamət. “Çətin” uşaqların davranış pozuntuları çətin düzəlir və uzun müddət korreksiya olunmalıdır. “Çətin” uşaqlar “pedaqoji baxımsız” uşaqlar hesab edilirlər. Lakin “pedaqoji baxımsız” uşaqlar “çətin” uşaq olmaya da bilər.

3-cü əlamət. “Çətin” uşaqlar xüsusi tərbiyəyə və fərdi yanaşmaya ehtiyacı olanlar hesab edilirlər. Psixi inkişaf mərhələsi keçən hər bir uşaq müəyyən müddət ərzində müşahidə olunur. Xarakter və davranışında çatışmamazlıqlar olan uşaq və yeniyetmələr “çətin” hesab edilirlər. “Çətin” uşaqlar həm özləri, həm də başqaları ilə münasibətdə çətinlik hiss edirlər. “Çətin” uşaqların diaqnostikasında şəxsiyyəti səciyyələndirən 14 əlamətin yoxlanılması vacibdir. Nevrotizm əlaməti olan yeniyetmə özünə inamsızdır, qətiyyətsizdir, həyati problemlərlə üzləşdikdə onları həll edə bilmir. Belə yeniyetmələr ipoxondriktir. Tez qıcıqlanandır və qeyri sabit əhval-ruhiyyəyə malikdirlər.Psixotizm şəxsiyyətin psixi adekvatlıq səviyyəsini ölçür, ətraf aləmdən uzaqlaşma səviyyəsini göstərir, ünsiyyət çətinliklərini, özünə inanmanı, daxili aləmdə münaqişəni və gərginliyi, qəfil qəzab, qorxu, hirs səçrayışlarını əhatə edir.Depressiya hər hansı hadisə ilə bağlı pis əhvalı, gərginliyi və süstlüyü əhatə edir.Vicdanlılıq sosial norma və etikaya hörmətlə xarakterizə olunur.Fəaliyyətə hazır olma sosial davranışa yönəlişdir. Konkret şəxsdə özünənəzarəti xarakterizə edir. Ümumi aktivlik. Şəxsiyyətin enerjisini və liderlik keyfiyyətlərini əhatə edir.Cəsarətsizlik, utancaqlıq, passivlik özünə inamsızlığı göstərən şkaladır.Ünsiyyətçilik emosional reaksiyaların zənginliyini, əməkdaşlığa meyli, insanlara qarşı diqqətçiliyi göstərir.Estetik, hissiyyatlılıq. Estetik və bədii dəyərlərlə ifadə olunan hisslərdir.İncəlik qadın roluna yaxınlıqla özünü büruzə verir. Konkret şəxsin özünü qiymətləndirməsini və özünü təhlil etmə bacarığını, həyəcanlılığa meylliliyini göstərir.Psixi tarazlığın pozulması. Meyl və maraqların nəzarətsiz olması, həyəcanlılıqla, həyat problemlərinə uyğunlaşmama ilə xarakterizə olunur.Assosiallıq. Sosial uyğunlaşmanın çətinliyindən ifadə olunur, cəmiyyətin mövcud tələblərinə mənfi münasibətdə və çətin düzələn assosial reaksiyalarda özünü göstərir.İntroversiya. Şəxsiyyətin ünsiyyətçilik dərəcəsini ölçməyə imkan verir.Senzitivlik. Emosional reaksiyaların incəliyindən büruzə olunur. Hissiyatlılıq dərəcəsini, artistlik etmə bacarığını “qəlbi kövrəkliyi”, nəzakətliliyi, emosional yetkinliyi xarakterizə edir.

Adətən “çətin” uşaqları 2 kateqoriyaya ayırırlar:
“Təbii”, “normal”, “az” nəzərə çarpan pozuntusu olan uşaqlar (tənbəl, passiv, intizamsız, yalançı uşaqlar).
Temperament və xarakter aksentuasiyası olan uşaqlar (pedant, nümayiş etdirici davranışı, “oyanıq” tipli şəxsiyyətlər və s.).

Çətin uşaqların formalaşmasının əsas səbəbləri aşağıdakılardır:
Ailədə eyni bir tərbiyə xəttinin olmaması, nəticədə uşaq zəif xarakterli, özünə inamsız, məsuliyyətsiz olur;Nəzarətsizlik nəticəsində uşaq mənfi davranış nümunələrini götürə bilir;Ərköyünlük-az tələbkarlıq yaradır;Fiziki cəzalandırma, yalançılıq, qorxaqlıq yaradır;Ailədə gün rejimi olmadıqda intizamsızlıq, səliqəsizlik, diqqətsizlik yaranır;Mənfi xarakter yaradan səbəblərdən biridə tərbiyə prosesində yaş xüsusiyyətlərinin nəzərə alınmamasıdır.Küsmə, laqeydlik kimi xarakter əlamətləri, həmçinin yuxusuzluq, baş ağrıları, əsəb tikələri, tez-tez ağlama simptomları varsa və valideyn onlara fikir vermirsə, bu əlamətlər dərinləşir, nəticədə “çətin” yeniyetmə formalaşır.

Yazar Günel Həsənova

Həmçinin bax Yeniyetməlik yaş dövründə çətin uşaq problemi və onun profilaktikası

https://tehsilim.org/pese-tehsil-muessiselerine-telebe-qebulu-basladi/