“Cənubi Koreya yerli müdafiə sənayesi şirkətlərinə maliyyə dəstəyi göstərəcək”

Cənubi Koreya hökuməti yerli müdafiə sənayesi şirkətlərinə maliyyə dəstəyi vermək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Silah Tadarükü Agentliyi məlumat yayıb.

Bildirilir ki, ölkənin müdafiə sənayesində fəaliyyət göstərən 32 şirkətə 50.7 milyard von (42.4 milyon ABŞ dolları) investisiya yatırılacaq.

Qeyd olunur ki, əsas məqsəd koronavirus pandemiyasından əziyyət çəkən orta və kiçik müdafiə şirkətlərinə dəstək verməkdir.

Müxbir:kafkazh.com

Xüsusi müxbir:Aytac Cəfərova

Mənbə: Ordu.az