Cənubi Asiya- Nepal və Banqladeş

Plan:
1. Nepal
2. Banqladeş
3. Banqladeş əhalisi
4. Banqladeşdə əhali problemi

1. Nepal:

Nepal, Florida böyüklüyündə şimaldan Çin və cənubdan Hindistan arasında uzanan, dənizə çıxışı olmayan
ölkədir. Ən hündür əzəmətli Everest zirvəsi olmaqla dünyadakı 10 ən hündür zirvədən 8-i Nepaldadır. Şerpalar
bu ərazidə yaşayan bir etnik qrupdur.  Onların çoxu dağa dırmaşmaq da təcrübəlidirlər və alpinistlərə  tez-tez bələdçilik edirlər. Enişli-yoxuşlu Himalay, Nepalı Çindən ayırır, bu mərkəzi regionda təpəlik ərazi sayılır və cənuba doğru düzləşərək meşəliklərə və bataqlıqlara keçid verir. Nepalda yaşayan əhalinin böyük faizi Hinduizmə sitayiş
edir, lakin Buddizmin yaradıcısı olan Lumbini Şahzadəsi Siddhartha Gautamanın e.ə. 560 -ci illərdə Nepalda doğulduğu müəyyən olunmuşdu .

Az sayda maşın olduğu üçün insanların çoxu piyada səyahət edir. Ölkədə bir beynəlxalq aeroport var və  Katmandu şəhərində yerləşir ki, bu ölkənin yeganə əsas siyasi şəhəridir və bu ərazi insanların ən çox sıx məskunlaşdığı yerdir.  Dünyanın ən az inkişaf etmiş ölkələrindən biri olmaqla insanlarının çoxu möhkəm və dağlıq ərazi səbəbindən təcrid olunmuşdur.

Nepalda bu yaxınlarda 25 aprel 2015-ci il tarixində  çox ciddi və dağıdıcı zəlzələ müşahidə olundu ki, Rixter şkalası
ilə 7,8 bal gücündə idi və 10.000 insanı ölümüne səbeb oldu. 1934-cü ildəki sonuncu böyük zəlzələ 17.000 nəfərin ölümünə səbəb olmuşdu. Katmandu, böyük bir tektonik təbəqənin yaxınlığında yerləşən, aşınmış və kasıb bir yerdir.  Orada yeni tikinti baş verdikdə, zəlzələ kimi böyük fəlakətlərə davam gətirə biləcəklərini heç kəs sığortalamır.

2. Banqladeş:
Banqladeş, dünyanın ən sıx məskunlaşılan  yerlərindən biri olmaqla 164.7 milyon insana ev sahibliyi edir.  Banqladeş, Ayova əyalətindən daha kiçik bir ölkədir, 164.7 milyon insanin evi  olmaqla  dünyadakı ən sıx məskunlaşılan yerlərdən biri sayılır. O əsasən düzənlik ərazi olub məhsuldar torpaqı, zəngin vəhşi heyvanat aləmi
və  bitki örtüyü vardır. Cənub şərqdə yerləşən bataqlıq Sunderbans meşəsi nəsli tükənməkdə olan Benqal pələnginin məskənidir.

Bu ərazi tez-tez siklonlar və gelgit dalğaları tərəfindən vurulur və güclü daşqına səbəb olur.  Yağışlı fəsillər ərzində fermalarda selbasmalar baş verdiyi üçün məhsullar korlanır və əhalinin qida ilə təminatı azalır. Bu ölkə dünyanın
ən kasıb ölkələrindən biridir.  Oradakı insanların çoxu fermer olmasına baxmayaraq, hələ də hər kəsin qidalanması üçün kifayət qədər ərzaq yoxdur. Onlar cüt bitkisinin ən böyük istehsalçılarıdır və bu məhsulun liflərindən kisə ipləri hazırlanır.  Hindistan və Pakistan kimi, Banqladeş də 1947-ci ildəki müstəqilliyini qazanana qədər Böyük Britaniya tərəfindən idarə olunurdu. O zaman Pakistan Şərqi və Qərbi Pakistana bölündü;  lakin, onları 1000 mil məsafə ayrıldı.  1971-ci ildə Şərqi Pakistan Banqladeş adı ilə müstəqil oldu.  Xəstəlik və kasıblıq geniş yayılsa da, iqtisadiyyat yavaş-yavaş inkişaf etməyə başlayıb.

3. Banqladeş əhalisi
Banqladeşin hazırda 164.7 milyonu əhalisi var. Cənubi Asiya bölgəsində əhali sayı ümumilikdə 1,7 milyardın üzərindədir. Əhali sayı bütün ölkələr üçün böyük bir problemdir və gələcək onilliklər ərzində də belə davam
edəcəkdir. Bunu nəzərə alaraq əhali artımı Cənubi Asiyanı necə təsir edir? Bu suala cavab vermək üçün əvvəlcə bu səhifədəki cədvələ baxaq. Bu cədvəldə iki ərazinin – Ayova Ştatı və Banqladeşin əhali sıxlığı göstərilir.

Ayova əhalisi: 3.107.000 (təxmini)
Banqladeş əhalisi: 164. 700. 000 (təxmini)
Ayovanın ölçüsü: 145.743 Kvadrat Kilometr
Banqladeşin ölçüsü: 130.170 Kvadrat Kilometr

Bnqladeşin ABŞ-la müqayisəsi:
Amerika Birləşmiş Ştatları əhalisi: 314.000.000 (təxmini)
Banqladeşin əhalisi: 164.700.000 (təxmini)
Amerika Birləşmiş Ştatlarının ölçüsü: 9.842.000 kvadrat kilometr
Banqladeşin ölçüsü: 130.170 kvadrat kilometr

Birincisi, ABŞ-ın Banqladeşdən daha böyük olmasıdır. yəqin ki, təqdim olunan riyazi düsturdan istifadə
edərək Birləşmiş Ştatların əhalisinin sıxlığının Banqladeşdəkindən xeyli aşağı olduğunu gördünüz. Bu fəaliyyətə diqqət çəkən ikinci şey, insanların ABŞ-da hər yerdə yaşaya bilməməsidir. yüksək dağlar, böyük səhralar, həddindən artıq temperatur və məskunlaşma üçün digər təbii maneələr mövcuddur. Bu səbəbdən əhalini öyrənərkən bir
ərazinin əhali bölgüsünü də öyrənmək lazımdır. Ümumiyyətlə planet üçün orta əhali sıxlığı hər kvadrat kilometrə
görə 48 nəfərdir. Ayova və ABŞ-ı hesablamaq üçün istifadə etdiyiniz formuldan istifadə edərək ümumilikdə planet üçün bu orta səviyyəyə gələ bilərsiniz. problem dünyanı ümumilikdə öyrənərkən bu formulun o insanların planet ətrafında bərabər şəkildə yerləşdiyini, əslində olmadıqlarını düşündüyü hala gəlir. Banqladeşin əhali sıxlığı  cədvəlinə bir daha nəzər yetirin. İnsanların ən çox cəmləşdiyi ərazilər haradadır? ən aşağı konsentrasiya sahələri haradadır?

4. Banqladeşdə əhali problemi:
Bir çox insanın bir bölgəyə sıxılması xərc tələb etmir.  Banqladeş hansı problemlərlə üzləşir? Bölgədəki bir çox ölkə kimi, onlar da əhali sayının artması problemi ilə qarşılaşırlar. 2050-ci ilə qədər əhalinin 200 milyondan çox olacağı gözlənilir doğum nisbəti azalmağa başlayarkən, ümumi əhali artmağa davam edir. Əhalinin dörddə birindən
çoxu yoxsulluq həddinin altında yaşayır. Bu da əhali ilə əlaqəli bir neçə digər məsələni oradakı
vətəndaşlar üçün böyük problemə çevirir.

Orada bir çox insan qida çatışmazlığından əziyyət çəkir. Bu problem uşaqlarda daha pisdir. Beş yaşdan kiçik
uşaq əhalisinin təxminən üçdə ikisi qidalanmamış hesab olunur. Əhali yoxsul olduğundan, bölgədə əlverişli
mənzil qıtlığı var. Bu, bir çox insanın başqa seçim olmadığı üçün yaşamaq məcburiyyətində qaldığı gecə qonduların artmasına səbəb oldu. Bölgədəki hava keyfiyyəti, qismən sənaye və nəqliyyat vasitələrinin çirklənməsi səbəbiylə Banqladeşdə yaşayan insanlar üçün əhəmiyyətli bir problem halına gəlib. Bu astma ilə doğulma və ya inkişaf
riskini artırır və digər tənəffüs və nevroloji problemlərə səbəb olur. Problem, xüsusilə çirklənmə səviyyəsinin ən
yüksək həddə çatdığı gün ərzində doğulan uşaqlar üçün daha pisdir. Bunu əlavə edək ki, orta hesabla hər 25.000 nəfərə bir ixtisaslı həkim düşür və Banqladeşin aradan qaldırılması lazım olan  bbir çox əsas problem var.

TƏRCÜMƏÇİLƏR: Xəyalə Hüseynli və Nuray İsmayılova
Həmçinin bax: Cənubi Asiya
Həmçinin bax: tehsilim.org/huseyn-cavidin-heyat-ve-yaradiciligini-eks-etdiren-2021-ci-il-teqvimi-isiq-uzu-gorub/