Çelsi”də ayrılıq – Yeni müqaviləni qəbul etmədi
Çelsi”də ayrılıq – Yeni müqaviləni qəbul etmədi
Çelsi” Villiana növbəti dəfə müqavilə təklif edib.
Fanat.Az “Guardian”a istinadən xəbər verir ki, Villian “Çelsi”nin 2 illik sözləşmə təklifini qəbul etməyib. 31 yaşlı futbolçu 3 illik müqavilə tələb edir.
Baş məşqçi Frenk Lempard Villianı komandada saxlamaq istəsə də, onun ayrılmağı planlaşdırdığı bildirilir.
2019-20 mövsümündə 47 matçda forma şansı əldə edən braziliyalı oyunçunun aktivində 11 qol, 9 məhsuldar ötürmə var.
“Barselona” və “Arsenal” Villianın xidmətində maraqlıdı.
Mənbə:Fanat.az
Müxbir: kafkazh.com xüsusi müxbir Ramid Əskərov