Cədid ədəbiyyatının inkişafında Fitrətin rolu

Əbdurauf Fitrət, iyirminci əsrin əvvəllərində Türküstanda milli dirçəlişin ictimai-siyasi, mənəvi-maarifləndirmə
və ədəbi həyatına güclü təkan verən maarifçilərdən biri idi. O Orta Asiya Cədid hərəkatının ən görkəmli nümayəndəsi, yeni özbək ədəbiyyatının banini, tanınmış dramaturq, nasir, şair və zəbərdəst alimdir. Bu yazıda Fitratın cədid ədəbiyyatı və ədəbi mühiti inkişafındakı töhfəsini müzakirə edirik.

Fitrətin ədəbiyatşunasliq fəaliyyətini bir neçə sahəyə ayırıb öyrənə biləriz. Alimin folklor, mətnşünaslıq, klassik ədəbiyyat, aruz və ədəbiyyat nəzəriyyəsinin inkişafındakı xidmətləri xüsusi təqdirə layiqdir. O “Qutadğu Bilig”in üçüncü Nəməngən nüsxəsini tapdı, elm tarixinə yazdı və özu eposla bağlı elmi əsaslandırılmış fikirlərlə zəngin bir məqalə nəşr etdi.

1927-ci ildə “Təhsil və müəllim” jurnalının 6, 7 və 8-ci saylarında “Əhməd Yassəvi”, “Yassəvi məktəbinin
şairləri haqqında araşdırmalar” adlı məqalələr dərc etdi. Yalnız Yəsəvi, hətta Nəvai kimi şəxsiyyətlərə münasibət pislənildiyi bir dövrdə, belə məqalələrin yazılması böyük şairin ədəbiyyatda yerini müəyyənləşdirməsi mənəvi
cəsarət nümunəsi idi. Yassəvi ilə bağlı araşdırmalarında böyük şairin təsiri altına alınan 30-dan çox türk (azər, türkmən, tatar) şairi haqqında çox məlumat verib. Xüsusilə də azəri şairi İmamiddin Nəsimi, türkmən şairi Məxtumqulinin Yassəvi təsiri altında olduğunu qeyd etdi. Bu yüzdən qəyd ederikki, Əbdurauf Fitratın ədəbi
təsir məsələlərini də öyrəndiyi və dərk etdiyi aydın olub. Yassəviyşunas alim kimi apardığı tədqiqatlar təsəvvüf
və poeziya arasındakı əlaqənin öyrənilməsində mühüm rol oynayır.

Fitrət “Nəvainin fars şeiri və fars devonu haqqında” adlı məqaləsində böyük müəlliminin fars poeziyasini araşdıranların birincisi olmuşdur. “Ən qədim türk ədəbiyyatı nümunələri” və “Özbək ədəbiyyatı nümunələri” məcmülərində böyük bir mətnşünas olan Fitrat ilk dəfə çox əsrlik ədəbiyyatımızın tarixini ümumiləşdirib
məlumat verdi. Təxminən min yarım illik ədəbiyyatımız bütün nəsillərin mütəxəssislərinə ədəbiyyat tariximizi öyrənmək üçün böyük imkan yaratdı.

Fitratın Türk ədəbiyyatının ən qədim nümunələri – “Qutadğu bilig” (Yusuf Xas Hacıb), “Devon-u luğotit türk” (Məhmud Kaşğari), “Hibat ul-haqayiq (Əhməd Yugnaki)” səthi deyil, elmi xarakteri nə qədər böyük potensial araşdırmalarına bir nümunədir. O Türk alimi Fuad Köprülizadə ilə “Devon-u luğotit turk”dəkı “Alp Er Tönga”
himni haqqında elmi bir müzakirə apardı. Köprulizadənin “mərsiyə 12 bayt” deye söyləməsinə etiraz ederek,
mərsiyə ölçüsünün 10 bayt olduğunu, türk alimi ona qöşan 2 misrə üçün 3 ünsür: məzmun, qafiyye, vəzn ilə
uyğun olmadığını sübut etdi, Köprulizadənın mərsiyyə həcmi haqqindəki hökmü hedefe müvafiq olmamadiğini göstərib verdi.

Alimin Ömər Xəyyam, Firdəvsi, Turdi, Məhəmməd Salih, Məşrab, Müqimi, Furqətın əsərlərinə həsr olunmuş
onlarla məqaləsinə baxsaq, onun əhatə dairəsinin nə qədər geniş olduğu aydın olur.

Fitratın 1919-cu ildə qəzetin 4-cü sayında yazdığı “Şeir və şair” məqaləsindən ta ən son 1936-cı ildə nəşr olunan
“Aruz haqqında” elmi əsərinə qədər tədqiqatları çox məharətli ədəbi nəzəriyyəçi olduğunu bilirik. 1926 yildə nəzəriyyədə xüsusi maraq danişan sənət aləminin özünəməxsusluqlarının, bir sənət əsərinin doğulmasının, həyat qanunları və qaydalarının öyrənilməsinə həsr olunan “Ədəbiyyat qaydaları” adlı dərsliki əlahida əhəmiyyətə layiq görülüb. Dərslikdə əsasən Şərq ədəbiyyatının qanunları və xüsusiyyətləri haqqında məlumat verilir. Onda bundan daha çox şey olub, eyni zamanda dünya ədəbiyyatının ortaq xüsusiyyətləri barədə nəzəri məlumatlar da var.

Fitrət böyük elmi potensiala malik ensiklopedik bir alim idi. Əsrarəngiz fars və ərəb ədəbiyyatı da onun yanında cazibəsini itirdi. Avropada çoxdan hökm sürmüş klassizm, rasionalizm, sentimentalizm, romantizm, simvolizm, modernizm, realizm, naturalizm və futurizm kimi ədəbi cərəyanlar Fitrətin işləri səbəbdən öz mövqeyinə çatdi.
Bu əsaslanib, həç tərəddüd etmədən Fitrətın iyirminci əsrin müasir ədəbiyyatının banisi olduğunu söyləmək olar.

 

YAZAR: Аrifcan ALİMCANOV

Əlişir Nəvai adına Daşkənd

Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbəsi

TƏRCÜMƏ ETDİ: Rəhmət BABACAN

Həmçinin bax: Məmlük dövləti. Bəybarsın hakimiyyəti.