Cazibə qanunu

Həyatım möhtəşəm sirri-cazibə qanunudur. İstəklərimizi asan bir şəkildə cazibə qanununun sayəsində əldə edə bilərik. Bəs bu necə olacaq? Çox sadə. Sadəcə istəyin. Onun böyük ya kiçik, möcüzə ya sıradan, çox bahalı yaxud ucuz olduğunu düşünməyin. Sadəcə istəyin. Əgər imkansız olduğunu düşünsəz onu özünüzdən uzaqlaşdırmış olacaqsınız. Nəsə düşünəndə, kimisə düşünəndə onunla təsadüfən qarşılaşdığınız olub? Əlbəttəki olub. Bunun səbəbi cazibə qanunudur. Çünkü onu düşünmüsüz və özünüzə çəkmisiz. Kainata bununla bağlı tezlik göndərmisiz. Düşüncələr maqnit xassəlidir. Onlar xüsusi tezliyə malikdirlər. Nə olmasından aslı olmayaraq, Kainata göndərilən hər bir şey, öz mənbəyinə geri dönür, mənbə isə sizsiniz. Yəni ki sizdən düşüncə çıxır və o düşüncə canlanır sizə qayıdır. Beləliklə istədiyinizi əldə etmiş olursunuz. Əgər həyatınızda nəyisə dəyişmək istəyirsinizsə əvvəlcə mütləq öz düşüncələrinizi dəyişin. Sizin indiki fikirləriniz gələcək həyatınızı qurur. Ən çox nə haqqında düşünsəz onu həyatınıza çəkmiş olacaqsız. Yaxşı və ya pis hamını həyatınıza çəkə bilərsiz. Niyə görə insanların qorxduğu başına gəlir? Heç düşünmüsüz bunu? Çünki onu daha çox düşünür. Özünə cəzb edir. Cazibə qanunu dəqiq və səhvsizdir. Siz bütün problemləri özünüz özünüzə çəkmisiz eləcə də işdən çıxardılmağı, qəzaları və s.Çox insan nəyi cəzb etdiyini anlamır. Əgər düşüncələrinizə nəzarət etsəz, onda həyatınız daha gözəl olar. Pis hiss edərkən yaxşı düşünə bilməzsiz. Bu səbəbdən əvvəlcə hislərinizi yaxşılaşdırın. Bunu etmək çox sadədir. Məsələn: pişiklə oynuya bilərsiz, yaxud internetdən gülməli video izləyərək əhvalınızı yüksəldə bilərsiz. Belə bir məsələ də var. İnsanlar şikayətlənir ki, hər an düşünürəm ama alınmır, əldə edə bilmirəm. Niyə belədir? Cavab çox sadədir. Belə bir misal çəkim. Əgər şirə aid film izləsəz və özünüzdən aslı olmayaraq onu düşünəcəksiz, onu düşündüyünüz üçün özünüzə cəzb etmiş olacaqsınız. Amma tez istəsəz, cəzbetmənin müddəti olmasa belə olar. Şiri düşündüyünüz anda yanınızda olar. Müddət həmçinin düşüncənin gücündən aslıdır. 3 əsas qanun var: istəyin, inanın, qəbul edin. Əvvəlcə ən sadə istəyin. Və bunu əldə edəcəyinizə, sizin olduğuna bütün qəlbinizlə inanın. Sonra da qəbul edin onu həyatınıza.
Düşünsəz ki, mən sabah işə gecikmək istəmirəm. Və nəticə olaraq gecikəcəksiniz. Çünki gecikmək barədə düşündünüz. Əslində belə deməliydiniz: sabah işə uyğun vaxtda çatmaq istəyirəm. Bu zaman düşüncəniz müsbət olacaq. Və müsbət hadisə baş verəcək. Bu qədər sadə. İnanmaq istədiyinizi sanki artıq almısınızmış kimi düşünmək, danışmaq və hərəkət etmək mənasını verir. Qəbul etmək arzunuzun yerinə yetdiyi zaman hiss edəcəklərinizi əvvəlcədən duymağınız deməkdir. Əvvəlcə öz gününüzü qurun, sonra yaşayın. Və ən əsası isə şükür edin. Bu zaman daha çoxunu əldə edəcəksiz. Cazibə qanununu adətə çevirin, onu həyat tərzinizə çevirin. Sevgiyə köklənin. Fikirləriniz dünya problemlərində deyildə, sevgidə, bolluq, təhsil, xoşbəxtlik, huzur, barış sülhdə olsun. Bu zaman həyatınız çox daha gözəl olacaq. Layiq olduğunuz həyatı sizin üçün yarada bilən yeganə şəxs sadəcə və sadəcə sizsiniz. Özünüzü elə indidən xoşbəxt hiss etməyə başlayın. Bu yazıya Sirr filmindən qatdıqlarım olub.
Oxuduğunuz üçün təşəkkür edirəm. Hər kəsə düzgün, yaxşı düşüncə arzu edirəm. Sevgi içində qalın.

Yazar: Həsənova Günel WCU