Çayların Təsnifatı
Hidrosferin tərkib hissələrindən biri də quru sularıdır.Hidrosferin tərkibində quru sularının payı 3,5 %-dir.Quru sularına çaylar,göylər,bataqlıqlar, buzlaqlar və torpaq və süxurların məsamələrindəki sular daxildir.Quru sularını öyrənən coğrafiya sahəsi hidrologiya adlanır.Suyun təbiətdə böyük dövranının mühüm halqasını çayların payına düşür.Belə ki,yer səthinə düşən yağıntının 90%-i çaylar vasitəsilə yenidən dünya okeanına qaytarılır.Çayları öyrənərkən birinci çayın özünəməxsus olan elementlərini bilmək lazımdır.Bu elementlər aşağıdakılardır :
-
- Çayın başlanğıcı çayın mənbəyi adlanır.Çayın mənbəyi göl,bataqlıq,buzlaq və yeraltı sular ola bilər.Göldən başlayan çaylara Nil (Viktoriya g. Tana g.) Müqəddəs Lavrenti (Böyük göllər) Neva (Ladoqa g.), Missisipi (İtaska g.), Nelson (Vinnipeq g.) çayları nümunədir.Pripet çayı eyniadlı bataqlıqdan öz başlanğıcını götürür.Mərkəzi Asiyadakı Amudərya və Sırdərya çayları,Samur çayının mənbəyini buzlaqlar təşkil edir.Qarabağ vulkanik yaylasından başlayan Tərtərçay, Qarqarçay,Xaçınçay,Böyük Qafqazın cənub yamacının əksər çaylarının(Türyançay,Mazımçay,Katexçay və s.) mən-bəyini yeraltı sular təşkil edir.Dəniz,körfəz,boğaz və okeandan çay başlaya bilməz.
- Çayın sonu çayın mənsəbi adlanır.Çayın mənsəbi çay,göl,dəniz,körfəz,boğaz,okean ola bilər.Mənsəbin üç forması vardır : delta,estuari,kor mənsəbli çay. Çay özü ilə gətirdiyi allüvial çöküntüləri mənsəbində yunan hərfi deltaya (Δ) bənzər formada toplayır.Allüvial çöküntülərin çayın mənsəbində toplanması mənsəbdə çayın çoxlu qollara par-çalanmasına səbəb olur.Beləliklə delta mənsəb forması yaranır.Xuanxe çayının deltası 445 min km2-dir.Qanq-Brahmaputra çayının deltası isə 82 min km2-dir.Estuari mənsəb formasında deltadan fərqli olaraq çayın mənsə-bindəki allüvial çöküntülər yuyularaq töküldüyü hövzənin dərinliklərinə aparılır.Nəticədə mənsəb qıfşəkilli formada olur.Çayın mənsəbi töküldüyü hövzəyə yaxınlaşdıqca genişlənir.Ən böyük estuari Ob çayının qubasıdır.Estuari mənsəb formasının yaranma səbəbinə çayın mənsəbində qabarma-çəkilmə baş verməsi, okean cərəyanlarının çayın mənsəbindən keçməsi,dağlıq relyefdən axan çayları böyük axın sürəti aiddir.Bəzi çaylarda həm delta, həm estuari mənsəb forması vardır(Amazon,Yantszı və s.).Çayların bəziləri öz sularını mənsəbinə çatdıra bilmir ki, belə çaylar kor mənsəbli çaylar adlanır. İqlimi quraq olan ərazilərdə kor mənsəbli çaylara rast gəlmək mümkündür.Kor mənsəbli çaylara Murqab, Sumqayıtçay,Pirsaat,Ceyrankeçməz,Hilmənd çayları nümunədir.Adətən çaylar mənsəbini töküldüyü hövzənin səviyyəsinə qədər dərinləşdirir.Çayın mənsəbini təşkil edən hövzənin səviyyəsi çayın eroziya bazisi adlanır. Çayların eroziya bazisi dünya okeanı,dünya okeanı səviyyəsindən aşağı,dünya okeanı səviyyəsindən yuxarı ola bilər. Eroziya bazisi dünya okeanı səviyyəsi olan çaylar bir başa okeana,okeanın hissələrinə(dəniz,körfəz,boğaz) tökülən çaylardır. Məs : Amur,Xuanxe, Amazon,Misissipi,Temza və s.Eroziya bazisi okean səviyyəsindən aşağı olan çaylar əsasən Xəzər hövzəsi çaylardır(-27 m).Məs : Volqa, Kür,Samur, Ural,Qızılüzən və s.Eroziya bazisi okean səviyyəsindən yuxarı olan çaylara Aral hövzəsi çaylar,Okavanqo, nümunədir.
- Çayın mənbəyi ilə mənsəbi arasında qalan,çayın dağıdıcı(eroziya),nəqledici və yaradıcı(akkumlyasiya) fəaliyyəti nəticəsində yaranmış relyef forması çay dərəsi adlanır.Axdığı relyefdən asılı olaraq çay dərəsinin müxtəlif formaları vardır.Dağ çaylarında çaylarda dib eroziyası ilə bağlı olaraq çay dərəsi dar,dərin və “V” şəkilli formada olur.Dağ çay-larında çayın yatağını təşkil edən süxurlar yumşaq,suda həll olunan süxurlar olduqda çay suları həmin süxurları özündə həll edərək çay dərəsində kanyon yaradır.Ən dərin kanyonlar Kolorado,Kolumbiya çaylarının dərəsindədir. Respublikamızda Baş Qafqaz silsiləsindən başlayıb Yan silsilədə yumşaq,suda həll olunan süxur qatından keçən Qusarçay,Qudyalçay,Qaraçay və Vəlvələçayın dərəsində də kanyonlar vardır.(məs : Təngə çayının dərəsi)Çaylar dərəsini orta və aşağı axında genişləndirir ki,bu çay dərələri vadi adlanır (məs : Nil,Hind,Qanq,Dəclə,Fərat çaylarının vadisi).Düzənlik çaylarında axın sürəti yavaş olduğu üçün çay suyu dərəsini yanlara doğru genişləndirir.Buna görədə düzənlik çaylarının dərəsi enli,dayaz, “U” şəkilli formada olur.Düzənlik çaylarında axın sürəti yavaş olduğu üçün axımın qarşısına maneə çıxdıqda çay su maneəni bir başa keçə bilmir.Maneənin yanından qıvrılaraq keçirki çay dərəsində olan bu qıvrılmalar meandr adlanır.Meandrlar inkişafın sonunda çay-dərə mənşəli (axmaz) göllərə çevrilir.Dağ çaylarının dərəsində bəzən axımın yuyub apara bilməyəcək maneələr olur.Çaylar həmin maneələrin üzərindən yer səthinə axırki bu relyef vahidi şəlalə adlanır.Dünyanın ən hündür şəlaləsi Orinoko çayının Çurun qolu üzərindəki Anhel şəlaləsidir (1054 m)Afrikada Tuqela çayı üzərindəki Tuqela şəlaləsi (947 m) dünyanın ikinci hündür şəlaləsidir.Dünyaca məhşur şəlalələrə Viktoriya( Zambezi ç.),Niaqara (Eri g.-Ontario g.),İquasua(Parana ç.)Linqviston, Stenli(Konqo ç.) nümunədir.Dağ çaylarının dərəsindəki üzdə qalan daş və qaya parçaları astana adlanır.Dağ çayla-rının çay nəqliyyatında əhəmiyyətinin az olması dərəsindəki astana və şəlalələr ilə bağlıdır.Konqo çayının çay nəqliyyyatında əhəmiyyətinin az olması yatağında astana və şəlalələrin çox olması ilə əlaqədardır.Çay dərəsində ilboyu su axan hissə çayın yatağı və ya məcrası adlanır.Çayın rejimində bolsululuq dövründə çay yatağındakı suyun səviyyəsi qalxaraq müəyyən ərazini tuturki bu da çayın subasarı adlanır.Çay dərəsində dib və yan eroziya növbələ-şərək pilləvari relyef forması yaradırki bu relyef forması terras adlanır.Çay terrasları mənşəyinə görə denudasion və akkumlyativ mənşəli olur.
- Çaylar axımı boyunca yuxarı, orta və aşağı axıma ayrılırlar.Yuxarı axımda çay öz başlanğıcını götürür.Çay dərəsində axan suyun miqdarı az olur.Orta axımda çaya qollar tökülür. Nəticədə çay dərəsində suyun miqdarı artır.Aşağı axımda çay aid olduğu hövzəyə tökülür.Çay dərəsində suyunun axımı istiqamətində çay dərəsinə sağdan tökülən çay çayın sağ qolu,soldan tökülən çay isə sol qolu adlanır.Çay qolları ilə birlikdə çay sistemi yaradır. İki çay qovuşduqda ilk olaraq sululuğu daha çox olan çay əsas,digər çay isə birinci dərəcəli qol adlanır.Qovuşan çaylarının sululuğu eyni olduqda isə uzunluğu daha çox olan çay əsas hesab olunur.Dünyada qolu özündən uzun olan çaylar Misissipi və Murrey çaylarıdır.
- Çaylar müxtəlif qidalanma mənbəyinə malik olduqlarına görə axım səviyyələri də fərqli olur.Su səviyyəsinə görə çayların bolsululuq və qıtsululuq(mejen) dövrü olur. Bolsululuq dönəmində suyun səviyyəsi normadan çox olur. Qıtsululuq dönəmində isə su çay dərəsində normadan az olur.Qidalanma mənbəyindən asılı olaraq çaylarda bolsuluq və qıtsululuq dövrü ilin fərqli dövrünə düşür.Bataqlıq və yeraltı sular çayların qidalanmasında üstünlük təşkil edirsə çayların su səviyyəsini ilboyu sabit qalır.Ekvatorial,tropik-dəniz,subtropik-bərabəryağıntılı,mülayim-dəniz iqlimin çayları yağıntıların ilboyu bol düşməsinə bağlı olara ilboyu bolsulu olurlar.Qarla qidalanan çaylarda bolsululuq yaz aylarında qarların əridiyi zaman,buzla qidalanan çaylarda bolsululuq yay aylarında buzun əridiyi zaman baş verir.Yay aylarında bolsulu olan çaylara həmçinin subekvatorial,musson iqlimində yerləşən çaylar aiddir.Qış aylarında bolsulu olan çaylar subtropik-aralıq dəniz iqlimində yerləşən çaylar aiddir.Çay axımı boyunca bir neçə ölkənin ərazisindən keçərsə belə çaylar tranzit çaylar adlanır.Tranzit çayların təsərrüfat əhəmiyyəti böyükdür.Nəqliyyatda, ağac axıdılmasında, enerji alınmasında, balıqçılıqda geniş istifadə edilirlər.
- Çayları mənsəb formasına,aid olduğu su hövzəsinə,axım istiqamətinə və uzunluğuna görə qruplaşdırmaq olar :
- Mənsəb forması
Estuari Delta Kolorado Lena Kolumbiya Xuanxe Müqəddəs Lavrenti Hind Peçora Qanq Ob Brahmaputra Yenisey Dunay Yantszı Misissipi Temza Orinoko Amazon Nil Parana Niger Konqo Seneqal Murrey Kür - 8. Aid olduqları hövzə
Hövzələr Çayların adları Sakit o. Amur,Yantsizi,Xuanxe,Mekonq,Yukon, Kolorado,Kolumbiya,Funçuzyan Antlantik o. M.Lavrenti,Missipi,Rio-Qrande,Orinoko, Amazon, Parana,Oranj,Konqo,Niger, Nil,Seneqal, Don,Dnepr, Dnestr,Dunay,Po, Taxo,Kızılırmak-Yaşılırmak,Reyn, Temza,Odra,Visla,Elba Hind o. İravadi,Saluin,Murrey,Hind,Qanq,Brahmaputra,Dəclə,Fərat,Şət-əl Ərəb,Limpopo,Zambezi Şm.Buzluo. Makkenzi,Peçora,Ob,Yenisey,Lena,Yana,İndigirka,Kolıma 9.Axım istiqaməti
İstiqaməti Çayların adları Şimal Nil,Reyn,Visla,Peçora,Ob,Makkenzi, Yenisey,İndigirka,Kolıma Şərq Amur,Xuanxe,Yanstzı,Amazon,Kür,Po, Dunay,Zambezi,Limpopo Cənub Mekonq,Missipi,İravadi,Saluin,Volqa, Parana Qərb Kolorado,Kolumbiya,Konqo,Oranj,Taxo, Seneqal,Yukon 10. Uzunluğuna görə
Çaylar Uzunluğu (km) Nil 6671km Amazon 6400km Missipi 6300km Yantsızı 5800km Ob 5410km Xuanxe 4845km Parana 4700km Mekonq 4500km Amur 4440km Konqo 4270km Həmçinin bax : agdasda-daha-4-mekteb-koronavirusa-gore-baglanib/
Həmçinin bax : torpaqemelegelmenin-esas-amilleri/
Yazar : Səbinə İsmayılova