“Çaylarda sululuq artıb”
ÇÖtən gün ərzində yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, keçən gün ərzində yağan yağışlarla əlaqədar Respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.
Belə ki, Kiçik Qafqaz çaylarında suyun səviyyəsi 9-11 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda 10 sm, Lənkəran-Astara bölgəsi çaylarında 2-5 sm, Qanıx çayında isə 12 sm artım müşahidə olunub.
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Şəbnəm Heydərli
Mənbə: XeberOxu.az