Çaybasarların və düzən meşələrin torpaqları

  1. Allüvial-çəmən-meşə
  2. Allüvial-çəmən
  3. Çəmən-bataqlı torpaqlar
  4. Şoranlar

Çəmən-bataqlı torpaqları

Torpaqəmələgəlmə şəraiti. Azərbaycanda bu torpaqlar dəniz sahilinin kənar çökək yerlərində, aşağı çay terraslarında, deltaların çökək sahələrində məhdud ərazilərdə formlaşmışdır. Coğafi cəhətdən Mil-Qarabağ, Lənkəran, Quba-Xaçmaz, Salyan və Naxçıvanın Arazboyu düzənliklərində yayılmışdır. Bu torpaqların əmələ gəlməsi və inkişafı izafi rütubətlə sıx əlaqədardır. Çəmən-bataqlı torpaqların yayıldığı ərazilərdə qrunt suları adətən 0,5-0,7 m dərinlikdə, quraqlıq aylarında 0,1-1,5m aşağı düşür. Yaz aylarında qrunt suları səthə çıxır. Torpaqəmələgəlmədə bataqlıq və çəmən  prosesləri bir birini əvəz edir. Yüksək rütubətlənmə torpaqlara üst horizontlarda çəmən, alt horizontlarda isə bataqlıq xarakteri verir.

Morfoloji əlaməti.  Çəmən-bataqlı torpaqların bir sıra morfoloji əlaməti vardır. Belə ki, çəmən-bataqlı torpaqların inkişaf etdiyi xam sahələrdə səthdə 5-8 sm-ə çatan çim qatı formalaşır. Humus horizontu qara, qonur-qara rəngə malik olur. Bu horizont adətən rütubətli, suvaşqan və pis ifadə olunmuş struktur ilə seçilir. Humus horizontunun altında bozumtul-qonur, oxra və pas ləkəli, bir qədər qleyləşmiş keçid qatı yerləşir. Çəmən-bataqlı torpaqların xarakterik morfoloji əlamətlərindən biri də çox vaxt B və BC horizontları çox vaxt bütövlükdə qleyli qata malikdir.

Genetik xüsusiyyəti. Bu torpaqlar  humusla yaxşı təmin olunmuşdur. Üst horizontda onun miqdarı 3,8±0,5 % təşkil edir. A+B horizontları daxilində dərinliyə doğru humusun miqdarı kəskin azalır. Anaerob şəraitdə bitki qalıqları tədricən parçalanır və parçalanmanin sonuncu məhusllarına kimi minerallaşmır. Humin turşusunun fulvo turşulara nisbəti 0,-0,6-dan yüksək deyildir. Üzvi maddələrin xeyli hissəsi parçalanma üçün əlverişli şəraitdə olmadığından və torpaqlarda azotun miqdarı nisbətən az olduğundan C/N nisbəti xeyli genişdir. Təsvir edilən torpaqların üst horizontlarında udulmuş əsasların miqdarı kifayət qədər yüksək olub 100 qr torpaqda 31,0±4,2 mq-ekv təşkil edir. Profilin aşağı hissələrində onun miqdarı iki dəfəyədək azalır.

Daha quraq rayon olan Kür-Araz ovalığında və naxçıvan düzənliklərində, qismən də Qanıx-Əyriçay vadisində bu torpaqların şorlaşmış variantlarına rast gəlinir. Torpaqlar zəif və orta dərəcədə şorlaşmışdır. Kimyəvi tərkibinə görə torpaqların xloridli-sulfatlı növləri üstünlik təşkil edir.Qranulometik tərkibinə gorəbu torpaqlar gillidir. Prohilin horizontu daha ağır gilli tərkibə malik olur.

Çəmən-bataqlı torpaqların iki yarımtipi vardır çürüçtülü çəmən-bataqlı və lilli çəmən-bataqlı torpaqlar.

Şoran torpaqlar

Tərkibində kənd təsərrüaftı bitkilərin inkişafına mane ola biləcək miqdarda suda asan həll olan duzlar toplanmış torpaqlara şoran torpaqlar deyilir. Üst qatların duzlarla zəngin olması bu torpaqların səciyyəvi xüsusiyyətidir.

Zonadaxili torpaqlar kimi şoran torpaqlar zonal torpaqlar fonunda Azərbaycanın düzənlik, həm də səhra-çöl zonasında daha geniş yayılmışdır. Bu torpaqlar respublika ərazisinin 1,3-1,5 %-ni əhatə edir. Mil-Qarabağ, Muğan, Salyan, Şirvan düzlərində, Samur-Dəvəçi ovalığı, Naxçıvanın Arazboyu düzənliklərində, Abşeronda yayılmışdır. şoranlıq qərbdən Xəzərin sahillərinə doğru çoxalır. Torpaqların şoranlaşmasında minerallaşmış qrunt sular müstəsna rol oynayır. Belə ki, kapilyarlar vasitəsilə torpağın üst təbəqəsinə daxil olmaqla, buxarlanma nəticəsində torpağı şoranlaşdırır.

Respublikamızın dağətəyi düzənliklərində, çaylarının gətirmə konusları və vadilərində delüvial və delüvial-prolüvial şoranlaşma formasına təsadüf edilir.

Şoran torpaqlar duzların anion və kationlarının nisbətinə və morfoloji əlamətlərinə görə müxtəlif qruplara bölünür. Suda asan həll ola bilən duzların kimyəvi tərkibinə görə olan bölgü belədir:

Xloridli şoranlıqlarda xlor ionunun miqdarı quru qalıqda 40%-dən çox olur. Xloridli şoranlar Muğan, Cənub-Şərqi Şirvan düzlərində, Abşeron, Siyəzən-Sumqayıt massivində və s. yerlərdə geniş yayılmışdır.

Sulfatlı çoranlarda 40%-dən çoxunun natrium-sulfat duzu təşkil edir.Bu tipli şoranlar cənubi Muğan Şirvan, Qarabağ düzlərində və s.  yerlərdə geniş yayılmışdır.

Soda ilə şorlaşmış torpaqlarda əsasən natrium-kobanat və bikorbanat duzları üstünlük təşkil edir. Bu tipli şoranlara Qarabağ düzünün mərkəzi Naxçıvanın  Arazboyu düzənliklərində təsadüf olunur.

Qarışıq duzlarla şorlaşmış torpaqlar bircinsli şoranlara  nisbətən genış yayılmışdır. Bunlara xlorlu- sulfatlı, sodalı-sulfatlı, sulfatlı –sodalı və s. qarışığa malikdir.

Azərbaycanın şoran torpaqlarının duz toplanmanın xarakterindən və şəraitindən asılı olaraq iki genetik tip fərqləndirilir-avtomorf və hidromorf şoranlar.

Qrunt suyu dərində yerləşən duzlu ana süxur üzərində əmələ gələn torpaqlara avtomorf şoranlar deyilir. Ana süxurlar əsasən üçüncü və dördüncü dövrün elüvial və delüvial süxurlarından ibarət olur. Torpaqəmələgəlmə prosesində qrunt sularının rolu azdır. Qrunt suları 10-20 m dərinlikdə yerləşir. Üst qatda duzların miqdarı     1-2%-dən az olmur. Gəyən, Qobusta, Ceyrançöl, Acınohur düzlərinin meyilli şleyflərində yayılmışdır. Bu tip şoranların tipik və takırlaşmış yarımtipləri fərqləndirilir.

Hidromorf şoranlar  bir qədər genış yayılmaqla, əsasən Kür-Araz ovalığının Mil-Qarabağ, Muğan-Salyan, Cənub-Şərqi Şirvan düzlərində, Xəzərsahili düzənliklərdə təsadüf olunur. Bu torpaqlarda minerallaşmış qrunt sular səthə çox yaxın (1-2 m dərinlikdə) yerləşir. Bu tropaqların səciyyəvi xüsusiyyəti həll olan duzların torpaqların üst qatında (20-40 sm-lik qata kimi) toplanmışdır. Bitki örtüyü çox kasıb,əsasən holofitlərdən (şorangə,qarağan,qışotu və s.) ibarət olur. Respublikamızda hidromorf şoranların tipik, təpəcikli, nəm(şor) təpəlik, sodalı,təkar (irriqasiya) və bataqlıq şoranları yarımtipləri fəqləndirilir.

Allüvial-çəmən-meşə torpaqları

Allüvial-çəmən-meşə torpaqlarının genetik əlaqələri kifayət qədər öyrənilməsidir. Bu istiqamətdə ilkin tədqiqatların ötən əsrin birinci yarısında S.A.Zaxarov, V.P.Simirnov- Loginov və b. aparmışlar . Sonralar bu torpaqlarda H.Ə.Əliyev, M.E. Salayev, G.Ş. Həsənov və b. tərəfindən tədqiqat işləri aparılmışdır. Allüvial-çəmən-meşə torpaqlar Böyük və Kiçik Qafqazın quru çöllər zonasında çayların geniş subasarlarında yayılmışdır.Bu torpaqların formalaşmasında çayların gətirdiyi alüvial çöküntülərlə yanaşı, həm də qrunt suların təsiri də böyükdür. Bu torpaqlara eyni zamanda geniş massivlərə Kür və Alazan çaylarının subasar zonasının meşələri aətında və Xudat ətrafı ovalığın cavan dəniz terraslarında rast gəlinir. Daşqınlar dövründə bu torpaqlarda torpaqəmələgəlmə rejimi dəfələrlə pozulur. Bu səbəbdən torpaqların profilində “laylılıq”  “basdırılmış qatlar” və s.  əlamətlər aydın nəzərə çarpır. Səthdə təzə çökdürülmüş 3-4 sm qalınlığında nazik gilli qatın olması təsvir edilən torpaqların subasar rejimi şəraitində əmələ gəlməsini təsdiq edən səciyyəvi əlamətdir.  Yuxarıdakı əlamətlər bu torpaqların allüvial mənşəli olduğunu göstərir. Bu torpaqların yuxarı horizontunun qalınlığı 1-2 sm olub, çürümüş quru meşə töküntüsündən ibarətdir. A1 və A 2 qatları təzə gətirilmiş nazik təbəqəvari lilli çöküntülərdən ibarətdir. Profil boyu yuyulma getdiyindən qaynamır və yaxud zəif qaynayır.B genetik qat ağır mexaniki tərkibə malikdir. Qonur pas ləkələri görünür, nəmlidir, keçidi kəskindir. Burada basdırılmış A horizontuna rast gəlinir. BC və C horizontları yüngül mexaniki tərkibə malik olub, qumlu-gilli, daşlı-qumlu təzə allüvial çöküntülərdən ibarətdir. Qurunt suları zəif minerallaşmışdır.

Allüvial-çəmən-meşə torpaqları çürüçtü ilə yaxşı təmin olunmuşdur. Məsələn, Alazan çayının subasarında humusun miqdarı 6,45-7,63 % arasında dəyişir. Orta hesabla bu göstərici 4-5% təşkil edir. Aşağı qatlara doğru miqdarı kəskin azalır, humusun tərkibi humat, yaxud humat-fulvat tiplidir. Bu torpaqların basdırılmış horizontlarında humusun miqdarı özündən üstdəki və altdakı horizontlara nisbətən 2-3 dəfə çox olur. Karbonatlığın miqdarı 4-15% arasında dəyişir və adətən aşağı horizontlara doğru artır. Allüvial-çəmən-meşə torpaqların üst horizontlarında udulmuş, əsasların cəmi 100 qr torpaqlarda 28-30 m.ekv zəif inkişaf etmiş növlərində isə 15-2-m.ekv arasında dəyişir. Allüvial-çəmən-meşə torpaqları zəif qələvi mühitə malikdir. pH-ın qiyməti 7,3-7,9 arasında dəyişir. Profil boyu aşağı horizontlara doğru pH-ın qiyməti adətən artır. Lakin basdırılmış horizontda onun göstəricilərinin yerindən aşağı düşməsi müşahidə olunur.

YAZAR: İsmayılova Səbinə

 

Həmçinin bax: Hormonlar

Həmçinin bax: turaz.org/ozbekistanda-mesgulluqla-bagli-dovlet-proqrami-tesdiqlenib/