Çağatay xanlığı Qara Hülakü və Yisun Mönke xanın hakimiyyəti illərində
Qara- Hülakü Xan
Çağatay xan, Yisülün Xatundan olan ikinci oğlu Mu-Təkini sevirdi və onu varis olaraq görürdü. Mu-Təkin Bamiyandaki ölümdən sonra üçüncü oğlu Bilkişi varis etmək istədi. Lakin o, 13 yaşında vəfat etdiyində Çağatay xan Mu-Təkinin oğlu Qara-Hülakünü varis təyin etdi. Mu-Təkinin Baycu, Börü, Yisun-Tuva və Qara-Hülakü adlı dörd oğlu var idi. Qara-Hülakü bu qardaşların ən kiçiyi idi. 1242-ci ilin ilk aylarında Çağatay xan vəfat etdikdə vəsiyyətinə riyaət edərək, Vəzir Həbəş Amid və Çağatay sultanlığının üzvləri, xüsusən xanın arvadı Qara-Hülakünü xanlıq taxtına əyləşdirdilər.
Bu vaxt, xaqan seçilə bilmədiyi üçün Ogeday Xaqanın həyat yoldaşı Turakina Xatun bu vəzifədə idi. Qara-Hülakü xan sultanlığı, 1246-cı ildə Kiyuk xaqan seçilənə qədər davam etdi. Kiyuk xan(1245-1248) bu idarəyə gələn kimi Qara-Hülakü xanı qovdu və Çağatay xanın beşinci oğlu Yisun-Mönkeni xan təyin etdi. Oranqa Xatun Qara-Hülakü xanın həyat yoldaşı idi, Çağatay xan bu gəlinə əziz dəyər verirdi. Çünki bacısı Çiçəkin Xatun və Oyrat Turalçi Kuregenin qızı idi. Buna görə Çağatay xan Orqana Xatunun dayısı idi. Qara-Hülakü xanın Oranqa Xatundan Mübarək-Şah adlı oğlu var idi. Mübarək-Şah Çağatay ailəsində müsəlman olan ilk insan idi.
Yisun Mönke xan
Kiyuk qurultayda xaqan seçiləndən sonra Çağatay Ulusunun başçısı olan Qara Hülakü Xanı taxtdan azad etdi.
Kiyuk Xaqana görə, oğul duran yerdə nəvənin taxta çıxması uyğun deyildi. Çünki o dövrdə Çağatay xanın oğullarından biri olan Yisun Mönke sağ idi. Mənbələrin verdiyi məlumata görə, Çağatay Xanın beşinci oğlu Yisun Mönke davamlı sərxoş olur, dövlət işləri həyat yoldaşı Tayşi Xatun və vəzir imamı Bahəddin Merginani tərəfindən həyata keçirildi. Hökmdarların müəyyən vaxtlarda ov təşkil etməsi mərasimli və adətli bir tələb olsa da, Tayşi Hatun bu ov işini belə idarə edirdi. Cüveyninin məlumatına görə vəzir Bahəddin Merginani dünyəvi və dini elmləri birləşdirən, alimləri və bilikləri qoruyan şərəfli bir şəxsiyyət idi. Atası Fərqanədən bir alim, anası isə Toxan xanın Qaraxanlı sultanından olan nəslindən idi. Gənc yaşında yetim qalmış və Çağatay Xanın vəziri Həbəş Amid tərəfindən böyüdülmüşdü. Həbəş Amid oğullarını Çağatay oğullarına göndərərkən Bahəddini Yisun Mönkenin himayəsinə vermişdi. Yisun Mönke Xan, Həbəş Amidə Qara Hülakünün tərəfdarı olduğu üçün nifrət edirdi. O, uşaqlıq dostu Bahəddin Merginanini vəzir etdi. Vəzir Bahəddin, keçmiş qəyyumuna qarşı vicdani borcunu yerinə yetirərək onu Yisun önke Xanın nifrət və qəzəbindən qorudu.
Bu vəziyyət 1251-ci ilin payızına qədər davam etdi. Çünki bu ilin yayında keçirilən qurultayda Mönke, xaqan seçildi, daha sonra Mönke xaqanın öldürülməsi səbəbiylə Ogeday və Çağatayın bir çox şahzadəsi öldürüldü. Daha sonra Qara Hülakü yenidən Çağatay Ulusuna xaqan təyin olundu. Qara Hülakü Han əmrindəki ordu ilə paytaxt yolunda öldü. Ancaq bu qüvvələr Yisun Mönke və Qara Hülakü Xanın arvadı Orqana Xatunun əmri ilə öldürdülər. Monqol adətlərinə görə vəzir Bahəddin Merginani yenidən vəzir vəzifəsinə gələn Həbəş Amidə təslim edildi. O da özündən sonra vəzir olan bu alimi bağışlaya bilmədi. Nəticə olaraq Bahəddin Merginaninin sümüklərini qırdı. Cüveyn və Vəssafa görə, gələn qüvvələr Yisun-Mönkeni tutaraq Batu Xana təhvil verdilər və edam hökmünü icra etdilər.
QAYNAQ: Murat Kafalı- Çağatay hanlığı
TƏRCÜMƏÇİLƏR: Zinyət Həsənova və Gülarə Həsənova
HƏMÇİNİN BAX: Aminturşuların Quruluşu
HƏMÇİNİN BAX: Tehsilim.org/sevil/