Çağatay xanlığı Alqu xaqanın hakimiyyəti illərində

Alqu, Çağatay Xanın altıncı oğlu Baydarın oğludur. 1251-ci ildə baş verən sui-qəsd hadisəsindən sonra Çağatay və Ogeday nəslinin yetkin şahzadələri qanunla öldürüldükdə, hər iki ailənin uşaqları xaqanlıq sarayında təhsil almağa buraxıldı. Bu münasibətlə 1259-cu ilin payızında Mönke Xan öldükdə Alqu da orada idi. Xaqanın ölümündən sonra Arıq-Buka, kağızanlığını elan etdi və Alquya xanlıq möhrü verərək Çağatay Ulusuna göndərdi. Alqu Çağatay Xanlığının xanı olduqdan sonra Arıq-Bukaya  hərbi ləvazimat göndərmək əmri almışdı. Çünki o dövrdə Çində bir səfərdə olan Xubilay ordusunda xanlığını elan etdi və Çindən Monqolustana tədarükü dayandırdı. Bu səbəbdən Xanlıq ulusunda ərzaq çatışmazlığı yaşandı.

Ancaq ağıllı bir şahzadə olan Alqu, Çağatay Xanlığını müstəqil etmək istəyirdi. Bu səbəbdən topladığı silahları və ehtiyatlarını Arıq-Buka tərəfindən göndərilən adamlara vermədi. Vəziyyəti əliboş qayıdan adamlarından öyrənən Arıq-Buka, ordusu ilə onun üstünə getdi. Hadisələr bu şəkildə inkişaf edərkən Orqana Xatun və Məsud Yalavaç Arıq-Bukanın yanına getdilər. Arıq-Bukanın üstünə gəldiyini öyrənən Alqu, ordusu ilə onu qarşıladı. Alqu 1262-ci ildə Polat bölgəsindəki hər iki döyüşü də qazandı. Ancaq üçüncü döyüşü Arıq-Buka  qazandı və vilayət hövzəsinə girdi və bu yerləri qarət etdi. Arıq-Buka ordusu ilə birlikdə təxminən bir il burada qaldı və buna görə  aclıq oldu.

1263-cü ildə Xubilay xanın ordularının onun üstünə gəldiyini öyrənəndə buranı tərk etməli oldu. Arıq-Buka getməzdən əvvəl Məsud Bəy və Orqana Xatunu dostluq qurmaq üçün Alqunun yanına göndərdi. Bu vaxt Səmərqənddə olan Alqu, Çağatay Ulusunu inkişaf etdirməyə çalışdığı üçün Orqana Xatunla evləndi və Məsud Yalavacı da əvvəlki vəzifəsinə qaytardı. Bununla birlikdə, Məsud Bəy, xaqanın valisi kimi deyil, Alqu Xanın Maliyyə Naziri olaraq davranacaq və Asiya şəhərlərindən topladığı vergilərlə Alqu ordusunun yenidən təchiz edilməsini və gücləndirilməsini təmin edəcəkdi.

Beləliklə, Çağatay Xanlığı tarixində ilk dəfə şəhərlərin gəlirləri Xanlığın işlərinə xərcləndi. 1251-ci ildə baş verən hadisələr zamanı Otrar bölgəsi və qonşu Xarəzm Çağataylılara aid yerlər Batu Xan tərəfindən tutuldu. Algu Xan əmisi Sarbanın oğlu Nikbayın rəhbərliyi altında qüvvələr göndərdi və bölgəni xilas etdi və Berke Xanın bu ərazilərdəki valilərini və kolleksionerlərini qovdu. Hətta Əfqanıstana qüvvələr göndərdi və Əfqanıstan üzərində hakimiyyətini gücləndirdi. Alqu Xan 1266-cı ilin əvvəlində öldükdə, Çağatay Xanlığı, xanlığın qanuni qəyyumluğu olmasa da, faktiki himayəsindən qurtuldu. Məud Bəy, zamanında artıq o xanlığın ümumi valisi deyildi. Alqu Xanın Kıyan, Çotu və Tok-Teymur adlı üç oğlu vardı. Ancaq bunlar Organa Xatundan əvvəlki xanımdan idi.

QAYNAQ: Murat Kafalı- Çağatay hanlığı
TƏRCÜMƏÇİLƏR: Gülşən Hüseynova və AYdan Abbasova
HƏMÇİNİN BAX: Avar xaqanlığının Avropadakı fəthləri
HƏMÇİNİN BAX: Tehsilim.org/ali-tehsil-muessiseleri-ucun-anonim-sorgu/