Buzlaqlar
Buzlaq səthinin morfoloji xüsusiyyətləri
Buzlaq —dağ yamacı və ya Dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsidir
*1* Buzlaqların hərəkətindən və struktur xüsusiyyətlərindən asılı olaraq onların səthində müxtəlif mikrorelyef yaranır.
*2* Buzlaqların qalınlığı başlanğıcda *ablyasiya* hissəsinə nisbətən artıq olur.
ABLYASIYA- Buzlaq kütləsinin ərimə, buxarlanma və ya mexaniki parçalanma yolu ilə azalmasıdir.
Bu proses qar xəttindən aşağıda yerləşən zirvələrdə daha çox müşahidə olunur.
+ Buzlağın üst qatının qalınlığı (orta enliklərdə) ilin fəsillərindən asılı olaraq 20-40 m-ə qədər tərəddüd edir.
*3* Havanın fəal hərəkəti nəticəsində baş verən ərimə və buxarlanmanın təsiri ilə buzlağın səthində *kiçik çökəkliklər* yaranır.
*4* Aşağı enliklərin buzlaq və qar sahələrində ərimə və buxarlanma nəticəsində buzlaqların üstündə adam fiqurunu xatırladan buzlaq sütunları yaranır. Bu fiqurların yaranmasını İ.S.Şukin *Günəşin yüksəkdə dayanması, güclü və uzun müddətli insolyasiyası, havanın çox quruluğu və il ərzində qarsız günlərin çox davam etməsi* ilə izah edir.
+ Yüksəkliyi 5-6 m-ə çatan həmin buz fiqurlarına *Cənubi Amerikada (Çimboraso dağı), Kilimancaroda, Pamirdə* və s. yerlərdə rast gəlinir.
*5* Buzlaq altındakı relyefin girintili-çıxıntılı olması buzlağın səthinin də kələ-kötürlüyünə səbəb olur.
+ Dik sahələrdə adətən buzlaq şəlaləsi yaranır. Buzlaq şəlaləsi sahəsində buzlaq kütləsini çat şəbəkəsi parçalayır. Buzlaq çatlarının dərinliyi bəzən 50 m-ə çatır.
+ Ərimiş sular buzlaq çatlarından tökülərkən termiki və mexaniki təsir nəticəsində *«buzlaq dəyirmanı»* adlanan dairəvi boşluqlar əmələ gətirir. Həmin suların buzlağı deşib ana süxurlara çatdığı yerdə nəhəng çökəkliklər yaranır.
+ Buzlaq səthinə düşən iri qayalar onun altında olan buzları ərimədən qoruyur. Lakin onların ətrafları əriyir və nəticədə *buzlaq kürsüləri* yaranır. Buz sütunun diametri onu örtən qayanın diametrindən az olur. Sütun yuxarıdan dib hissəyə doğru genişlənir. Günəş şüalarının düşmə bucağından asılı olaraq buzlaq kürsülərinin yüksəkliyi aşağı enliklərdə 2-4 m-ə qədər, orta enliklərdə isə 0,5-1 m olur. Qütb sahələrinə günəş şüaları yandan düşdüyündən yastı buzlaqlarda demək olar ki, buzlaq kürsüləri yaranmır.
+ Buzlağın səthinə düşən tünd rəngli süxur qırıntıları günəş şüası təsirindən qızdıqca altında olan qarı və buzu əridir. Nəticədə buzlağın səthində çoxlu kiçik çökəklər yaranır. Beləliklə buzlaqların səthi çopurlaşır. Dərinliyi 1-1,5 m-ə çatan bu dairəvi çökəklərə bəzən su da toplanır. Bunlar *buzlaq stəkanı* adlanır.
Buzlaların tipləri
*1*Buzlaqların təsnifatının geomorfologiya elmində böyük əhəmiyyəti vardır. Buzlaqların morfologiyasını öyrəndikdə onların müasir ekzogen relyef əmələgətirici proseslərdə nə kimi rol oynadığını müəyyən etmək olur.
*1)Dağ-dərə buzlaqları*
+yamaclarda *karlar, təknəvarı dərələr* yaratdığı halda, yastı zirvə buzlaqları başlıca olaraq geniş miqyasda buzlaqaltı relyefdə ekzarasiya işi aparır
+Buzlaqların təsnifatı, *temperatur şəraiti, fəallıq dərəcəsi və enerjisinə əsasən deyil*, İ.S.Şukinin qeyd etdiyi kimi, *morfologiyasına* görə verilməlidir.
+Buzlağın morfologiyası isə onların *qidalanma şəraitindən və relyefdən* asılıdır.
*2*İ.S.Şukin buzlaqları üç əsas qrupa ayırır:
*1. Dağlıq ölkə buzlaqları,*
*2. Materik buzlaqları və buzlaq örtükləri,*
*3. Dənizə enən buzlaqlar.*
+ Dağlıq ölkə buzlaqları çox müxtəlif olub relyef şəraiti ilə sıxı surətdə əlaqədardır.
+ İ.S.Şukin sadədən mürəkkəbə getmək prinsipinə əsaslanaraq dağlıq ölkə buzlaqlarını aşağıdakı tiplərə bölür:
+*1.iqlim və qar xəttindən aşağıda yerləşən xarlanmış qar və qar talaları;*
+*2.linza formalı qar topaları.*
+ Dik yamacların ətəyindəki düz sahələrə toplanan xarlanmış qar talalarının səthi pilləkənvarı və meyilli olur, kiçik və az qalınlıqda olan buzlaqlar əmələ gətirir. Buzlağın üstündə köndələn çatlar yaranır.
*4* Formalarına görə buzlaqlar növlərə ayrılır.
*1)Asılı buzlaqlar* sanki dik yamaclara yapışmış kimi görünür.
+Onların yuxarı hissəsi xarlanmış qar sahəsində olur.
+ Bu tip buzlaqların aşağı hissələri uçurumun üstündən asılmış vəziyyətdə olur.
+ Uçurumları *nalabənzər şəkildə* əhatə edən belə buzlaqlarda tez-tez buzlaq uçqunları baş verir.
+ Bazardüzü buzlağının şimal-qərb hissəsi asılı buzlaqlara aiddir.
*2)Kar buzlaqları* adətən üç tərəfdən qayalarla əhatə olunan çökəklikdə yerləşir.
+ Bəzən onların yuxarı hissəsləri suayırıcında olur.
+ Ətraf qayalardan aşınıb tökülən süxurlar buzlağın səthində toplanır, nəticədə *buzlaqaltı, buzlaqdaxili və buzlaqüstü morenləri* yaradır.
+ Belə buzlaqlar dağlıq ərazilərdə geniş inkişaf tapmışdır. Onlar qar xəttindən yuxarıda, *xionosfer* daxilində yerləşir.
+ Şahdağın cənub yamacında yerləşən *Qavdanvas buzlağı* kar tipli buzlaqlara aiddir.
*3)Kalder tipli buzlaqlar* adətən vulkan kraterini doldurur.
+Onlar kraterdən kənara çıxmır.
+Bu tip buzlaqlara Kamçatkada rast gəlinir.
*4)Ulduzvarı buzlaqlar* vulkan zirvələrini əhatə edir.
+Zəif parçalanmış yamaclarda onların ətəkləri dairəvi şəkildə olur. Çox parçalanmış yamaclarda isə onların dilləri yamac boyu aşağı uzanır və ulduzu xatırladır.
+ *Elbrus və Kazbek* buzlaqları bu tipdədir.
*5)Yastı zirvə buzlaqları* dağ düzənliklərinin və yastanlarının üzərində yerləşir.
+onların səthi yastı və linzavarı şəkildə olur.
+Bu buzlaqlar ətrafa uçurumla enir. Yastı zirvə buzlaqlarında *üst morenlər olmur*. Bəzən onlardan dillər ayrılır.
+ MDB-də yastı zirvə buzlaqları *Mərkəzi Tyan-Şanda, Tersk-Alatau silsiləsinin cənub yamaclarında* vardır.
+ *Şahdağ buzlağı* da bu tipə aiddir.
*6)Xurcunvarı buzlaqlar* əsas suayırıcında yerləşmiş buzlaqlardan ayrılan buzlaq dillərinin bir-birinə əks yamaclar boyu aşağı endiyi yerdə əmələ gəlir.
+ *Zərəfşan buzlağı* bu tipə aiddir.
*7)* Bəzən asılı və dağ-dərə buzlaqlarından qopan buzlar əlverişli relyef şəraitində toplanaraq birləşir və yeni buzlaq yaradır. Belə buzlaqlara *yeni yaranmış buzlaqlar* deyilir.
*8)Norveç tipli buzlaqlar* materik buzlaqlarından dəniz buzlaqlarına keçid olub, dağların hamar yamaclarını tutur.
+ Bu tip buzlaqların səthi qabarıqşəkillidir.
+ Onların arasından zirvələr buzları yarıb üzə çıxmır. Buzlaq tədricən ətrafa yayılır, uçurumların qaşından enli və gödək dillər şəklində aşağı sallanır.
+ Bu tip buzlaqların qalınlığı az olur.
+ Buzlaq altında relyefin meyli az olduğuna görə buz kütləsi zəif hərəkət edir. Bunlar *Norveçdə və İslandiyada* çox yayılmışdır.
*9)Dərə buzlaqlarının* qida mənbəyi kar və sirkdə, eləcə də geniş gədiklərdə, hamar yamaclarda və zirvələrdə ola bilər.
+ Buzlaqlar dağ dərələri ilə hərəkət etdiyindən onlar bəzən *Alp tipli buzlaqlar* da deyilir.
+ Bir neçə dərə buzlağı bir yerdə birləşdikdə *mürəkkəb buzlaqlar* əmələ gəlir.
+ Hər bir dərə buzlağının ayrıca qida mənbəyi vardır.
+ Bəzən ayrı-ayrı dərələrdən gələn buzlaq dilləri əsas dərədə birləşdiyindən ağac budaqlarını xatırladır. Buna görə də onlara ağacabənzər buzlaqlar deyilir.
+ Belə buzlaqlara *Karakorumda, Himalayda və başqa dağlıq ərazilərdə* rast gəlinir.
*10)* Qida mənbəyi aydın görünməyən və ya qida mənbəyindən təcrid olunmuş buzlaqlar *Türküstan, Kunlun və Muztaq tipli buzlaqlar* adlanır.
*11)* Bunlardan əlavə *«ölü» və ya «basdırılmış» buzlaqlar* da vardır.
+ Belə buzlaqlar dərə boyu sürətlə hərəkət etmiş buzlaq dilindən ayrılması, buzlaq geri çəkilərkən ondan qopması nəticəsində əmələ gəlir.
+«Ölü» buzlaq *Bazardüzü buzlağının aşağı hissəsində, moren çöküntüləri altında basdırılmışdır*
*12)* Dar və dərin dərələrdə qar uçqunları nəticəsində əmələ gələn *dar və dərin dərə (təngi) buzlaqları* da vardır.
*13)* Qütb və qütbyanı ölkələrin dağətəklərində *Alyaska və ya Malaspi tipli buzlaqlar* vardır. Bunlar dərələr boyu aşağı hərəkət edərək bir-biri ilə birləşir və dağın ətəyində geniş buzlaq haşiyələri (şleyflər) əmələ gətirir.
+Alyaskada Malaspi buzlağının sahəsi 3500 km2-ə çatır.
*14)Şəbəkə buzlaqları* ətraf yamaclardan çökəklərə toplanmış buzlaqlardan yaranır.
+ Onlar həmin çökəyə hərəkət edən buzlaqların hesabına qidalandıqlarından qalınlaşır.
+ Belə buzlaqlar aşırım və gəzlərdən qonşu dərələrə tərəf hərəkət edir.
+ Bu tip buzlaqlar *Alyaska dağlarında, Novaya Zemlya adalarında* və başqa yerlərdə yaranmışdır.
*15)Örtük buzlaqları* materiklərin daxili hissəslərinə və qütb enliyinin böyük adalarına xasdır.
+ Onlar geniş ərazilərin səthini qabarıq şəkilli buz qatı ilə örtür və ətraflara doğru hərəkət edərək tədricən nazikləşir.
+ Həmin buzlaqlar hərəkət zamanı onların qarşısına çıxan qayalı zirvələri əhatə edir, nəticədə qurunun bəzi hissələri və uca zirvələr nunatak şəklində buz səthindən ucalır.
+ Bu tip buzlaqlar *Antarktidada və Qrenlandiyada* müşahidə edilir.
*16)Dəniz buzlaqları* Qrenlandiya və Antarktida buzlaqlarından ayrılıb dənizə daxil olur və geniş buzlaq sahələri yaradır.
+ Antarktidada *Ninnisa buzlağının* uzunluğu 145 km, eni isə 40 km-dır. Antarktida şelf buzlaqlarının qalınlığı 200-300 m-ə çatır.
+ Onların bəziləri sərbəst üzür, bəziləri isə buzaltı qayalara söykənir. Antarktida sahillərindən yüzlərcə və minlərcə kilometr uzağa üzən stolabənzər aysberqlərin çoxu şelf buzlaqları hesabına yaranır.
Yazar: Səbinə İsmayılova