Bütöv Azərbaycan mübarizəsi
“ Bütöv Azərbaycan uğrunda mübarizə həyatımın mənasıdır.”
Əbülfəz Elçibəy
Bugün – 22 avqust yaddaşlarda iz buraxan bir bəyin ölümündən 82 il ötür.Gəlin “Orda bir yol var…. O
yola davam !!!”deyən bu dahi şəxsiyyətin ömür yoluna qısa bir göz gəzdirək.
1938-ci il 24 iyun Ordubad rayonunun Kələki kəndində doğulan Ə.Elçibəyin azadliq mücadiləsi və Sovet
imperiyasına qarşı mübarizəsini Azərbaycan xalqı Azərbaycan Milli Azadlıq Hərəkatı çərçivəsində bilir.Amma bu
fəaliyyət bizim bildiyimiz və düşündüyümüzdən çox-çox genişdir.Əslində Sovet respublikalarını bürümüş azadlıq
hərəkatlarının ideoloji baxımdan qaynaqlandığı mərkəzlərdən biri də Azərbaycan olduğu üçün SSRI rəhbərliyi Ə
.Elçibəyə imperiyanı dağıdan potensial lider, potensial düşmən kimi baxırdı.O hələ SSRI-nin stabil vaxtlarıda bu
dövlətin mövcudluğunu bütün hallarda işğal faktı olaraq xalqlar üçün aşağılayıcı boyunduruq kimi əsaslandıra
bildi. O, həmçinin, millətin çəkingən fərdlərini də mübariz kütlə üzvünə çevirə bilirdi.Elçibəyin millətçi baxışları
yalnız xalqın azadlığı , dövlətləşməsi, bütövləşməsi , inkişafı, qüdrətlənməsi prinsib ilə bağlı idi.Milli iradə
sərgilənmədən və milli güc ortaya qoyulmadan bu prinsiplərdən hər hansı birinə nail olmağın
mümkünsüzlüyünü təqdim edirdi.Elçibəy sözdə deyil , əməli olaraq sübut etdi ki, onun üçün millətçilik öz
millətini sevib, başqa millətlərə isə hörmətlə yanaşmaqdir.Onu əlavə edə bilərəm ki, 1990-cı illərdə vüsət almış
millətçilik ideologiyasının sağlam təbliği və bu pirinsiplərə başqa çalarların qatılmaması da onun xidmətləri
idi.Çünki açıq şəkildə millətçilik cərəyanını radikal faşist düşüncəyə çəkmə cəhdləri var idi.Qüdrətli dövlət onun
əsas pirinsipi idi.O millətin yaddaşında bir mərkəzi də məharətlə oyatdı-Türk ac, susuz qalar , Dövlətsiz qalmaz!
Elçibəy Türk dövlətlərinin və millətinin qüdrətlənməsi və inkişafını birmənalı olaraq Türk birliyində
görürdü.Prezidenlik dönəmində Türk dövlətlərinin birinci zirvə görüşünün keçirilməsinə də təşəbbüs
göstərdi.Ümumiyyətlə o düşünürdü ki, Azərbaycan xalqının başı üzərindəki bəla xalqın bütöv şəklidə olması ilə
həll oluna bilər.Məşhur “Şuşaya yol Təbrizdən keçir” deyimi də bu düşüncənin ifadəsi idi.O avtoritar rejime
qarşı çixib xalqın azadlığını əsas tutaraq dövləti demokratik prinsiplər əsasında idarə edirdi.Qisacası o,
yumruğunu evdə-Azərbaycanda heç göstərmirdi, amma düşmənlərə də yumruqdan başqa heçnə
göstərmirdi.Ola bilsin ki, bu cəhət onun zəifi kimi görülsün, amma dönəmin demokratik dünyasının
liderlərindən hesab olunan Marqaret Tetçer onu soyuq müharibədə qələbə qazanmış demokratiyanının ilk lideri
adlandırmışdı.Gəlin birazda Elçibəyin prezidentlik dövrü fəaliyyəti haqda danişaq.Görək bəyimizin xalqi üçün
xidmətləri nələrdən ibarət olub.Elçibəyin prezidentliyi dövrü rus ordusu Azərbaycandan çıxarıldı, dövlət
büdcəsinin kəsri 5%-dən artıq olmadı, Azərbaycan milli valyutası dövriyyəyə buraxıldı ,siyasi partiyalar və ictimai
təşkilatlar , kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi.Ilk dəfə olaraq parlament seçkilərinin
çoxpartiyalılıq əsasında keçirilməsi nəzərdə tutuldu.Lakin sonralar bu layihə qəbul olunmamış
qaldı.Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqında qanun qəbul
edildi.Təhsil sahəsində verilən qanuna əsasən özəl müəssisələrin açılmasına icazə verildi.Ali və orta ixtisas təhsili
məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəyin mühüm uğurlarındandır.Neftin Aralıq dənizə daşınması
ilə bağlı xarici ölkələrlə imzalanmış sənəd ölkəyə güclü investisiya axını gücləndirdi.Bütün bunlar onun
fəaliyyətinin sadəcə üzdə görünən hissəsidir.Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə
siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə
yaymışdır.1975-ci ildə həbs olunması onu yolundan döndərə bilməyib.1988-ci ildə Azərbaycan Xalq Hərəkatı
başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu.O, hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq
Cəbhəsini yaradanlardan biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub.O , neinki azadlıq hərəkatının
öndəri yox, həm də türk dünyasının aparıcı lideri və demokratiyanın carçısıydı.Bəyin prezidentliyə başladığı ilk
vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam
gerçekləşdirmək ,Milli ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi.Bu sahədə könüllü
batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı.Qismən hərbi səfərbərlik və orduya çağırış işi
yoluna qoyuldu.Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi.işğal altında olan Laçının əksər
kəndləri onun hakimiyyəti zamanı düşməndən təmizləndi.Elçibəyin müstəqillik siyasəti xarici və daxili
düşmənləri təşvişə saldı və onlar Azərbaycanda hərbi qiyam təşkil etdilər.Öz xalqını labüd faciələrdən
qurtarmaq istəyən prezident Ə.Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə
getdi və 4 il sonra yenidən Bakıya qayıdaraq müxtəlif sahələrdə fəaliyyətini davam etdirdi.
YAZAR: Vəsilə Allahverdiyeva
Həmçin bax: Avropa ittifaqının dünya siyasəti
Həmçin bax: https://tehsilim.org/qafqaz-maarif-birliyi-tarixime-toxunma-aksiyasina-start-verib/
Həmçin bax: https://turaz.org/qafqaz-maarif-birliyi-tarixime-toxunma-aksiyasina-start-verib/