Burxulma və çıxıqlar zamanı ilk yardım

Bəzən ehtiyatsiz hərəkət etdikdə ətrafdakı oynaqların zədələnməsi- burxulma baş verə bilər. Bu zaman oynağın ətrafı şişir, bağlar zədələnir, şiddətli ağrılar olur, qansızma baş verə bilər. Həmin adama ilk yardim göstərmək üçün zədələnmiş yerə buz və ya dəsmalı  soyuq suda isladib qoymaq lazımdır. Bağlar güclü zədələnibsə oynağı bərk sarıyıb  hərəkətsizliyini təmin etmək lazımdır. Zədələnmiş ətrafı dartmaq , qizdırmaq olmaz.

Yöndəmsiz hərəkət zamanı oynaq baş oynaq çuxurundan çıxa bilər. Bu zaman yardım kimi oynağa tam sakitlik vermək lazımdır. Bunun üçün qolu bintin köməyi ilə boyundan asmaq , qıça isə şina qoymaq lazimdir. Ağrını azaltmaq üçün zədələnmiş oynağa soyuq su və ya buz qoymaq lazımdır.

    Sümük sınıqları zamanı ilk yardım.

Sümüklər çox möhkəm olsada ,yaralanmalar, bərk əzilmələr zamanı, yaxud adam yıxıldıqda sına bilirlər. Çox vaxt ətrafların sümükləri sınır. Belə olan hallarda zərərçəkən adamı müalicə müəssələrinə göndərməzdən qabaq hər bir kəs ona ilk yardım göstərməyi bacarmalıdır. Əgər zərərçəkən adam şiddətli ağrı hiss edərsə və bədənin zədələnmiş yeri şişərsə sümük sınmasından şübhələnmək olar. Bu zaman hər şeydən əvvəl bədənin  zədələnmiş hissəsinin tam hərəkətsizliyini təmin etmək lazımdır. Bundan məqsəd ağrını azaltmaq və sümük parçalarını yerindən oynamağa qoymamaqdır, çünki onların iti ucu ətrafdakı toxumaları zədələyə bilər. Bəzən sınmış sümük hissələri yerindən oynayır və onda ətraf  qeyri-təbii vəziyyət alır. Sınmış ətrafa şina qoyub bərk sarımaqla onun hərəkətsizliyini təmin etmək olar. Bu məqsədlə müalicə müəssisələrində və apteklərində xüsusi şinalar olur. Lakin hadisə yerində həmişə şina tapmaq mümkün olmur. Belə halda onu taxta parçası ilə və ya kardon  zolaqla əvəz etmək olar. Şinanin sınıq yerini sıxmamasi üçün onun altına yumşaq bir şey qoyurlar. Şina nəinki zədələnmiş sümük şöbəsini, həmdə hər iki qonşu şöbələri tutmalıdır.

Məsələn, said sındıqda şina həm bazunu, həmdə əli tutmalıdır. Şinanı ətrafa enli bint, dəsmal və s. ilə möhkəm sarıyırlar.

Şina düzəltmək üçün münasib material tapmadıqda sınmış qolu bintlə  gövdəyə, sınmış qıcı isə sağlam qıca sarıyırlar. Açıq sınıqlar zamanı sınmış sümüyün iti ucu əzələləri, qan damarlarını, sinirləri, dərini zədələyir. Buna görədə açıq sınıqlarda yaraya əvvəlcə təmiz sarğı, sonra isə şina qoymaq lazımdır. Lakin hər bir sınıq zamanı şina qoymaq olmaz. Qabırğaların  sınmasından şübhələndikdə zərərçəkən adama nəfəsini buraxıb ağciyərlərdən  mümkün qədər çox hava çıxarmağı və bundan sonra  səthi tənəffüs etməyi təklif edirlər. Bu vəziyyətdə döş qəfəsini bintlə  möhkəm sarıyırlar. Onurğanın sınıqları daha təhlükəlidir. Belə olan hallarda zərərçəkən adama özünüz yardim göstərməyə təşəbbüs göstərməyin. Dərhal təcili yardım çagırmaq lazımdır. Təcili yardım çağırmaq mümkün olmadıqda isə çox ehtiyatla zərərçəkən adamı qarnı üstə bərk və hamar bir yerdə uzatmaq lazımdır. Sınıq zamanı vaxtında yardım göstərilməzsə sümük düz bitişməz, nəticədə həmin adam ömrü boyu şikəst qalar.

Kəllənin  zədələnmələrində zərərçəkən arxası üstə uzanmaq, qansızmalar olmasın deyə başı azca qaldırıb altına yumşaq bir şey qoymalı və dərhal həkim çağırmaq lazımdır.

 

YAZAR: Gülaf Məhərrəmova

 

Həmçinin bax: https://kafkazh.com/vitaminler/

Həmçinin bax: https://turaz.org/dusmenin-kabusuna-cevrilmis-rembo-leqebli-zabitimiz/

Həmçinin bax: https://tehsilim.org/tehsil-naziri-emin-emrullayevle-sohbet/