Bu uşaqlar üçün ümumtəhsil internat məktəbi üzrə meyarlar müəyyənləşdi

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməlidir.

 

 

 

AzEdu.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Ümumi təhsil müəssisələrinin novləri üzrə Meyarlar”da əksini tapıb.

 

 

 

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi üzrə meyarlar aşağıdakılardır:

 

 

 

– tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

 

 

 

-təhsilalanların valideynlərini itirmiş və valideyn himayə- sindən məhrum olmuş uşaqları əhatə etməsi;

 

 

 

-şagirdlərin məktəbə yaşadıqları rayonun (şəhərin) icra hakimiyyətinin qərarına əsasən qəbul olunması;

 

 

 

-zəruri hallarda şagirdlərin müvafiq rayon (şəhər) təhsil şöbəsinin, yaxud polis idarəsinin təqdimatı əsasında qəbul olunması;

 

 

 

-şagirdlərin tam dövlət təminatında saxlanılması;

 

 

 

-ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

 

 

 

-məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin tələblərinə uyğun təşkili.

 

Mənbə: azedu.az

Xəbərçi: Aytən Abbasova