Bu ittifaqdan çıxsa, Belarus çökəcək

Bu ittifaqdan çıxsa, Belarus çökəcək – Ekspert

Svetlana Tixanovskaya Belarus xalqının maraqlarına zidd hərəkət edir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksey Dzermant Belarusda prezidentliyə namizəd S.Tixanovksinin Belarus-Rusiya müttəfiqliyi ilə bağlı sözlərini şərh edərkən deyib.

“Son 20 ildə bu müttəfiqlik hər şey olmasa da, çox şey verib. Bu ittifaqdan çıxış Belarus dövlətinin çöküşü deməkdir”, – politoloq bildirib.

Onun sözlərinə görə, “Müttəfiq dövlətlər” Belarus iqtisadiyyatının inkişafının bazisini təşkil edir.

Qeyd edək ki, Tixanovskaya Belarusun “Müttəfiq dövlətlər”dən çıxmasının tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, Belarusa müstəqil və sərbəst adi beynəlxalq dövlət əlaqələri lazımdır

Müxbir:kafkazh.com xüsusi muxbiri Ələkbərova Nuray
Mənbə:axar.az