Bu gün Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür

Bu gün 2 Şəhid Jurnalistimizin, ixtisasca həkim olsada, müstəqil jurnalistikanın əsasını qoyan Şəhidimiz Video-Operator Çingiz Mustafayevin və II Qarabağ döyüşlərindən sonra dünya ictimaiyyətinə düşmənin torpaqlarımızda etdiyi vəhşilikləri çəkib çatdırmaq məqsədilə gedən Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında 4 iyun 2021-ci il tarixində baş verən mina partlayışı nəticəsində həlak olanlardan biri Azərbaycan Televiziyasının operatoru Şəhidimiz Sirac Abışovun doğum günüdür. Bütün Şəhidlərimizi, Qazilərimizi Sayqı və Rəhmətlə anıram. Gördüyü işlərlə etdiyi cəsarətli çıxışları ilə hər 2 Şəhidimiz mənəvi cəhətdən daim biz Vətənsevərlərin qəlbində yaşayan Şəxsiyyətlərimizdən biri olaraq qalacaqlar.

Çingiz bəy Dahi Öndərimiz Məhəmməd Əmin Rəsulzadənin öndərliyində qədim dövlətçilik ənənələrimizin davamı olaraq düşmən işğalına son verib parçalanmış Turan torpaqlarımızın bir hissəsində qurulan 70 illik rus bolşevik işğalından azad edilərək yenidən müstəqillik qazanan Azərbaycanımızın əldə etdiyi müstəqilliyi istəməyən daxili və xarici düşmən qüvvələr elə onların dəstəyi ilə parçalanmış torpaqlarımızın qərbində qurulan özlərini biz Türklərə məxsus adla erməni kimi tanıdan hayriklərə Ermənistan adlı dövlət qurmaqları bəs deyil yenidən onların əli ilə Qarabağımızı işğal etdirən işğal nəticəsində törədilən Xocalı Soyqırımı zamanı xalqımıza qarşı törədilən vəhşilikləri çəkib dünya ictimaiyyətinə çatdırmışdır. Şəxsən xatırlayıram 2009-cu ildə fevralın 26- Xocalı Soyqırımının il dönümündə çəkdiyi video çəklişləri bütöv izləmişdim və keçirtdiyim sinir krizindən sonra həftələrlə özümə gəlməmişdim. Mənim üçün şəxsən Şəhid Çingiz Mustafayev möhkəm ürəyə sahib olan biridir. Çünki o vaxt dəhşətli Xocalı Soyqırımını böyük ürək ağrısı ilə video-kamera ilə  çəkmək hər kişinin işidə deyildi.

Şəhidimiz Sirac Abışovda həmçinin qorxmaz mərd biridir. Hamımız yaxşı bilirikki, düşmən o cənnət torpaqlarımızı minalayıbki, gələcəkdə minaların partlaması nəticəsində o bölgəni bizə cəhənnəmə çevirsin. Amma bütün bunları gözə alaraq o bölgələrə çəklişə getməyində hər oğulun işidə deyildi.

Şəhid Çingiz Mustayev deyəndə yadıma onun-hamınız “qorxaqsız” deyə etdiyi üsyankar çıxışı yadıma düşür. Mən deyərdimki, əslində bu söz hələ də Xocalı Soyqırımın qisasını ala bilməyən Qarabağımızı işğaldan azad etmək üçün aparılan 44 gün Vətən müharibəsində 3000 dən çox Şəhid və ondanda çox Qazi olmasına baxmayaraq hələdə işğalda qalan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd, Laçın şəhərinin özü Şuşa şəhərinin çox hissəsini tələb etməyən Ermənistan adlı dövlətin qurulmasının başında gələn rus ordusunun yenidən həmin bölgədə sülhməramlı adı altında gəlib yerləşməsinə və işğalçılara qarşı verdiyi dəstəyə baxmayarq onları ordan rədd etmək üçün birləşə bilməyən qorxudan susan hamımıza aiddir.

Yazar: Alim Nuriyev

həmçinin bax Yuxarı Qarabağ iqtisadi rayonunun turizm potensialı

həmçinin bax https://tehsilim.org/musahibe-merhelesi-uzre-apellyasiya-muracietlerinin-qebulu/