Bu gün Bakının bir neçə rayonunda su kəsiləcək
Bu gün Bakının bir neçə rayonunda su kəsiləcək
Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yayıb.
Onun sözlərinə görə, hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.
Mənbə:report.az
Müxbir:kafkazh.com xüsusi müxbir Məmmədova Zöhrə