“Braziliyada infeksiyadan ölənlərin sayı 88 mini keçdi”

Braziliyada koronavirus (COVID-19) infeksiyasına 40 816 yeni yoluxma faktı qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən gün ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 921 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 2 483 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 721 560 nəfər müalicə olunaraq sağalıb, 88 539 nəfər vəfat edib.

Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayında görə dünyada ikinci yerdədir.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Jalə Hüseynova

Mənbə: Report.az