Braxidaktilia

Braxidaktilia

Braxidaktiliya Yunan dilindən gələn söz olub – qısabarmaqlılıq deməkdir. Braxidaktililik irsi və dominant xüsusiyyətdir. Hansı sümüklərin qısa olmasına bağlı olaraq müxtəlif növləri vardır. Bu hal həmçinin başqa genetik xəstəliklərin də xəbərçisi ola bilər. Braxidaktiliyanın sümüklərə təsirinə görə növləri:

Tip A

A tipi braxidaktiliya orta falanqaların qısalmasıdır. Bu hər barmaq sırasından ikinci olan barmaq falanqalarıdır. A tipi özüdə barmaq növlərinə görə fərqlənir.

Tip A1: Bütün barmaqların orta falanqaları qısalmışdır.

Tip A2: Şəhadət barmağı və bəzən kiçik barmaq qısalmışdır.

Tip A3: Yalnız kiçik barmaq qısalmışdır.

Tip B

B tipi braxidaktiliya hər barmağın kiçik uclarına təsir etmişdir. Hər barmağın üstündəki son sümük qısalmış və ya tamamilə itmişdir. Eynilə ayaq barmaqlarıda belədir və dırnaqlar olmur. Baş barmağın sümükləri hər zaman bitişikdir amma yastı şəkildədir.

Tip C

C tipi nadirdir, şəhadət, orta və kiçik barmaqlara təsir edir. A tipində olduğu kimi orta falanqalar qısadır lakin, üzük barmağı çox vaxt təsirlənmir və əldəki ən uzun barmaqdır.

Tip D

D tipi braxidaktiliya ümumi sayılır və yalnız baş barmağa təsir edir. Baş barmağın son sümükləri qısalmış, lakin digər barmaqların sümükləri normaldır.

Tip E

E tipi braxidaktiliya başqa xəstəliklə müşaiyət olunmadığı təqdirdə nadir bir haldır. Əldarağı və ayaqdarağı sümüklərdə müşahidə olunur. Nəticədə kiçik əllər və kiçik ayaqlar olur.

 

Braxidaktiliyanın Simptomları

Ümumiyyətlə braxidaktiliyanın əlamətləri doğuşdan bilinir, lakin böyümə və inkişaf mərhələlərində barmaqların qısa olması daha da aydın görünür. Əsas simptomu barmaqların normaldan daha qısa olmasıdır. Braxidaktiliya ilə əlaqəli başqa bir hal olmadıqca, heç bir ağrı hiss etməməli və ya başqa bir simptom olmamalıdır.

Braxidaktiliyanın Səbəbləri

Yuxarıda qeyd etdiyimiz kimi, braxidaktiliya irsi və genetik xəstəlikdir. Əgər sizin barmaqlarınız qısadırsa, ailənizin digər üzvlərində də bu xəstəliyin olma ehtimalı var. Bu otozomal dominant haldır, yəni, irsən keçməsi üçün bu geni olan yalnız bir valideynə ehtiyacınız var.

Bəzi hallarda, brakidaktiliyanın ananın hamiləlik dövründə qəbul etdiyi dərmanlara məruz qalması nəticəsində baş verməsi mümkündür. Buna, xüsusəndə inkişaf etməkdə olan körpələrin əl və ayaqlarında olan qan axını problemləri də təsir edir.

Həmçinin, braxidaktiliyaya “Down Sindiromu” və ya “Cushing Sindiromu” da səbəb ola bilər.

 

 

 

 

 

Yazar: AYŞƏ ƏLİYEVA

 

Həmçinin bax: https://turaz.org/xocavendde-minalanmis-erazide-yangin-olub-eraziye-iki-helikopter-celb-edilib/

 

Həmçinin bax: https://kafkazh.com/polidaktiliya/