Böyük təbii zona-II hissə

Böyük təbii zona- I hissə buradan oxuya bilərsiniz.

Tropik meşələr:
Tropik meşələr dünyanın ən zəngin ekosistemlərinə malikdirlər. İldə 140 ilə 450 santimetr arası yağış yağır.Yağış meşələrində Yer kürəsinin iki milyondan çox bitki və heyvan növü var. Braziliyanın Rondoniya  ştatında bir kvadrat millik tropik meşədə ABŞ və Kanadadakılardan iki qat çox, 1200 növ kəpənək var. Tropik meşələrdə bitkilər, heyvanlar, mikroorqanizmlər müxtəlifdir, amma hər bir növ müəyyən sahə başına nisbətdə az fərd sayına sahibdir. Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiyada geniş tropik yağış meşələri var.Ancaq dünyanın yağış meşələri məhv edilir və insanlar tərəfindən görülməmiş bir çox növcanlı yox olur.Bizim həyatımız boyunca dünyadakı mikroorqanizm növlərinin dörddə biri yağış meşələri ilə birlikdə yox olacaq.

 

Savannalar:

Subekvatorial qurşaqda ot örtüyünə, seyrək ağac və kollara malik geniş ərazilər, Savannalar adlanır. Savannaların landşaftı düzənlikdir. Bir-birindən aralı ağaclara sahibdirlər. Yağış mövsümdən asılı olaraq ildə 75 ilə 125 santimetr olur. Heyvan və bitkilərin çoxu yalnız yağışlı mövsümdə  aktiv olurlar. Afrika savannasında yaşayan nəhəng otlayan  heyvan sürüləri hamımıza məlumdur.Pleystosen dövründə Şimali Amerikada belə heyvan toplulukları yaşamışdır, lakin əsasən Afrikada mövcud olmuşdur. Qlobal səviyyədə savannalar biomu tropik yağış meşələri ilə çöllər arasında bir keçiddir. Savannalar getdikcə subtropik ərazilərdə sürətlə artan əhali üçün kənd təsərrüfatına çevrilirvə bu, oradakı heyvanların həyatını təhlükə altına salır. Fil və kərgədan artıq təhlükə altındadır; Aslan, zürafə və çita yaxın vaxtlarda mübarizəni izləyəcək.

 

Çöllər:

Qitələrdə dünyanın böyük səhraları mövcuddur. Afrikada(Sahara ya da Böyük Səhra), Asiyada(Qobi) və Avstraliyada (Böyük qumlu səhra)Səhralar ildə 10 santimetrdən az yağışın yağdığı quraq yerlərdir. Bu səbəbdən faunası zəngin deyil və orada sağ qalmaq suyu qorumaqdan asılı olur. Bitkilər və heyvanlar öz fəaliyyətlərini suyun mövcud olduğu ilin əlverişli vaxtları ilə məhdudlaşdıra bilərlər. Yüksək temperaturdan qaçmaq üçün əksər səhra onurğalıları dərin, sərin və bəzən bir qədər nəmli mağaralarda yaşayırlar. İlin böyük bir hissəsində aktiv olanlar yalnız temperatur nisbətən sərin olduqda üzə çıxırlar. Məsələn, bəziləri su mövcud olduğu zaman dəvələr kimi çox miqdarda su içə bilər və quraqlıq dönəmlərdə sağ qala bilərlər. Bir çox heyvan mövsümi olaraq bol ola biləcək qidaları istifadə edərək səhrada dolaşır.

QAYNAQ: The Science of Biology 
TƏRCÜMƏÇİ: Zöhrə Əmrah
HƏMÇİNİN BAX: Səhralar
HƏMÇİNİN BAX: Tehsilim.org/abay-qazax-milli-pedaqoji-universiteti/