Böyük Səlcuqlu dövləti

VIII   əsrin  əvvəllərində  Qərbi  Türk  xaqanlı  zəifləməyə  başladı, nəticədə Mərkəzi   Asiyada  yaşayan   türkeşlər  müstəqillik  qazandılar  və  740-cı  ildə  axırıncı   türk  hökümdarını   öldürərək , xaqanlığa  son  qoydular. Bundan  sonra  Şərqi Türküstanda   uyğurların,  Yeddiçayarası  ərazidə  qarluqların, Aralətrafı  ərazidə  Oğuz  tayfalarının   ittifaqları  yarandı.  Türk  xaqanlığında  yaşayan  türk  tayfalarından  biri  9  boydan  ibarət  oğuzları  idi.

Oğuz  türklərinin  mənşəyi  aydın  deyil. Tədqiqatçılara   görə  onlar  Qərbi   Türk  xaqanlığının   süqutundan  sonra Mərkəzi  Asiyaya  gəlmişdilər.  VII  əsrin  II yarısı və VIII əsrin  I yarısında   onlar “ Tokuz  oğuz”  adı   ilə  Altayda   Tola  çayının   hövzəsində   yaşayırdılar. IX əsrdə  onların  ərazisi  İssık – Kul  və  Almalıq , cənubda  Sayram  və Qazıqurd-Taq  və  Karaçuq –Taq, şimalda  Uluq-Taq və Kaçit-Taq, qərbdə Yenikənd  və Qaraquma  qədər  idi.

X  əsrdə  oğuzlar  əsasən  Sırdərya   Aralsahili  əyalətlərdə  yaşayırdılar. XVII əsr  Türkmən  tarixçisi  Əbül  Qazi xanın  yazdığına  görə   burada  onlar on  nəsil və 24  tayfadan  ibarət  idilər. Mahmud Qaşqarlı  bu  tayfaların  22-ni  qeyd  edir  və  yazır  ki,  əvvəllər  Xələc  tayfası da  oğuzların    tərkibində  idi,  sonra  iki  hissədən  ibarət  olan  bu el  oğuzlarından  ayrılmışdı. Mahmud Qaşqarlının  “Divan  lüğət-ət-türk”  əsərində  oğuz  tayfalarının  adları  belədir: Qınıq, Qayı, Bayondur,  Yivə,  Salqur,  Əfşar, Beqdilli, Böyükdüz, Bayat, Yazqır, Eymur, Qarabölük,  Alqa-bölük, İqdır, Ureqir, Tuturqa,  Ulayontluq, Peçeneq, Çuvaldar, Çəbni  və  Çarukluk. Bu  tayfalar,  maldar  idilər , onların  var  dövləti  də qoyun  sürüləri  və at ilxiları idi. Lakin hər  bir  ailənin  istifadəsi   üçün qaramal, yük  daşımaq və  ticarət  üçün dəvə də saxlayırdılar.

Sırdərya  çayı boyunca  yaçayan oğuzlar  iki qoldan  ibarət  idi: Üç ox və Boz  ox. Bu  onu  göstərirki,  oğuzlar Altayda  türk  run  yazılarında  qeyd  olunan  “ On ox”  tayfalarına  mənsubdurlar. X əsrin  ilk rübündə  200 min çadırdan  ibarət  oğuzlar  islam dininə  keçmişdilər.

Oğuzların  başında  “ Temir yayın”  ləqəbli  Dukak  adlı bir elbəyi  dururdu. O, Qınıq tayfasından  idi. Onun oğlu  Səlcuq  subaşı, yəni  ordu başçısı  idi. Sonra  hakimiyyətə  keçmiş  Səlcuqun  adı ilə  oğuzlar   tarixşünaslıqda  “ Səlcuq  oğuzları” adı  ilə  məhşurlaşdılar. Səlcuqun  üç  oğlu  vardı:  İsrail, Mikail və Musa. Onlar  səlcuq    tayfalarının   idarə  olunmasında   fəal    iştirak  edirdilər. İlk vaxtlar  səlcuqlar  Samanilər  dövlətinə  yaxınlıq  göstərirdilər. Lakin  Sırdəryanın   Cənt  əyalətinin  hakimi Şahməliklə  mübahisəyə   görə oğuzlar daha  oralarda  qalmaqdan   imtina etdilər. Samanilər  onlara  Zərəfşan  çayı  sahilində  Nur –Ata  adlı  yerdə  ərazi  ayırmışdı. Lakin  ora Səlcuq  oğuzları  üçün   əlverişli  olmadı.

1035- ci ildə Səlcuqun oğlu Musa və  qardaşı  oğlanları Toğrul bəy və Çağrı  bəy  oğuzlardan  özlərinə  məxsus  tayfalarla  Xorasanının  şimalına köçdülər və  Nisa   əyalətində  məskunlaşdılar. Bu vaxt  Xorasan  əyaləti  Qəznəlilər   dövlətinə  mənsub  idi və  orada yaşayan  türkmən  tayfaları   samanilərin  hakimiyyətinə  qarşı üsyan  qaldırmışdılar. Üsyan  1027 –ci ildə başladı və Fadav  adlı  yerin  yaxınlığında  üsyançılarla  Qəznəli  ordusu arasındakı vuruşmada üsyançılar məğlub  oldular , vuruşmada  4 min  türkmən   döyüşçüsü   öldürüldü. Türkmən  tayfalarının   bir  hissəsi  İrana  və  İraqa  çıxıb  getdi. Oğuzlar  Xorasana  məhz  belə  bir  vaxtda  gəlmişdilər. Bunu  eşidən  Qəznəli  hökmdarı  qışqırmışdı: “ Xorasan  əldən çıxdı!”  Onda  səlcuqların  cəmi on min  nəfərlik  ordusu  vardı.

Qəznəlilər   onların  Xorasana  gəlməsindən  təşvişə  düşdülər. 1035-ci ilin  19  iyulunda  qəznəlilər dövlətinin  17  minlik  ordusu   Məsud Hac Doğdunun başçılığı   ilə Nişapurdan səlcuqların  üstünə  gəldi. Səlcuqlar  bundan  xəbərsiz  idilər. Nisa  yaxınlığında qəfildən  baş  vermiş  vuruşmada  700-800 nəfər  səlcuq  döyüşçüsü  öldürüldü. Məsudun ordusu  səlcuqların xeyli  mal-qarasını  ələ  keçirib  apardılar. Lakin  oğuzlar  ruhdan  düşmədilər və  mübarizənin  ələ davam  edəcəyini  nəzərə  alaraq  yaxşı nizamliı atlı ordu yaratdılar. Az  müddətdə  ordunun  miqdarı  20 min  nəfərə  çatdırıldı. Bundan  sonra  onlar  hücuma  keçib  qəznəlilərə  məxsus  Nişapur  və Mərv  əyalətlərini   tutdular. Toğrul  bəy  Nişapurda ,  Çağrı bəy Mərvdə  özlərini  sultan  elan  etdilər. Belə bir  şəaitdə  qəznəlilərin  şahı  Məsud  ordu  ilə  yenidən  səlcuqların  üstünə  gəldi. 1038- ci  ilin  29  iyulunda  Deh-Bazarqanan  adlı yerdə  vuruşma  oldu. Qəznəli  ordusu  məğlub  oldu. Döyüşdə  Çağrı  bəy  xüsussi  igidlik  göstərdi və Qəznəli  ordusunun  bir  neçə  əmrini  təkbətək   döyüşdə  öldürdü. Toğrul bəyin  göndərdiyi  bir  ordu  isə  İbrahim  inalın  başçılığı  ilə Kiçik  Asiyaya  gələrək,  1048-ci  ildə  Bizans ordusunu  Pasin adlı  çöldə  məğlub  etdi. Bu  Bizansın  süqutunu  irəlicədən   göstərən  nişanə  oldu.

1036-cı  ildə  səlcuqlar  hücuma  keçərək  qəznəlilərin Sərasx  və Cavərd  şəərlərini  zəbt  etdilər. Qəznəlilərin  hökümdarı  Sultan  Mahmud  Qəznəli  özü ordunun  başında  oğuzların üstünə  gəldi. 1040-cı ilin mayın  23 –də  Mərv və Sərasx  şəhərləri   arasında  Dəndənəkan  adlı  kiçik  şəhərin  yaxınlığında  qanlı  vuruşma  baş  verdi. Qəznəli  ordusu  məğlub  oldu. Bundan  sonra  Toğrul  bəy  Nişapura  getdi, Çağrı  bəy  isə  Xorasanda  qaldı. Səlcuqun  oğlu, Toğrul bəy və Çağrı bəy qardaşlarının  əmiləri Musa  yabqu  isə  Heratda  və Seyistanda  hakim oldu. Toğrul bəy 1041-ci ildə  Gürganı  və Təbəristanı ,  1042-ci  ildə  Xarəzmi  zəbt  etdi və sonra  ordu  ilə  İraqa yola düşdü. 1055-ci  ildə  Toğrul bəy  ordusu  ilə  Bağdada  gəldi. Xəlifə  onunla  vuruşmaq  iqtidarında  deyildi. Ona  görə  xəlifə  Toğrulun  hakimiyyətini   tanıdı və  beləliklə ,  həmin ildən   Xilafət  mülki idarədən  uzaqlaşdırıldı. Xəlifə  Toğrulun  əyninə üst-üstə  7 xələt geydirdi,  bu Toğrula  7 iqlimin  bağışlanması  demək  idi, üstəlik ona  “ Şərqin və  Qərbin  hakimi”   titulunu  verdi və belinə 2 qızıl qılınc  bağladı.

Toğrul  bəyin  bu zaman  70 yaşı vardı, subay idi, çünki arvadı  ölmüşdü. Ona  görə də  Toğrul  bəy  1062-ci ildə  xəlifənin Səidə  adlı  qızına  elçi  göndərdi. Xəlifə  əl-Qaim Bin  Əmrullah  razı olmağa  məcbur  oldu və oğuz  bəyləri  Toğrul  bəyə  təntənəli  toy  etdilər. Toğrul  öz toyunda  sərkərdələri  və bəyləri  ilə yallı  oyunu oynadı. Lakin toydan 7 ay sonra  Toğrul bəy  öldü. Onu  oğlu yox idi. Yerinə  qardaşı  Çağrı bəyin  oğlu Alp-Arslan  keçdi.(0163-1072).

Alp-Arslan  1064-cü  ildə  Şərqi Anadoluya, Azərbaycana və Gürcüstana   hərbi  səfər  etdi. Bizans  dövləti  yaxınlaşan  fəlakəti  hiss  etmişdi, ona görə  böyük  ordu ilə Alp-Arslana  qarşı  çıxdı. 1071-ci il  avqustun  26  -da Kiçik  Asiyada  Malazgird   şəhəri  yaxınlığında   Rəhvə  adlı  ovalıqda  Bizans   imperatoru  Roman Diogenin  başçılığı  ilə Bizans  ordusu  Alp  Arslanın  başçılıq  etdiyi  oğuzların  ordusu  ilə  üzləşdi.Müharibələr  tarixində qanlı   döyüşlərindən  sayılan  bu  vuruşma  Bizans  ordusunun   məğlubiyyəti  ilə  bitdi. Məhz bu   döyüşdəki  qələbə  nəticə  etibarilə  Anadolu  yarımadasını  oğuzlara  verdi.

1072-ci ildə Alp Arslan  Mərkəzi Asiyanın   Mavərənnəhr  əyalətini  zəbt etmək  səfərində ikən  Buxaranı  tutduqdan  sonra   Sırdərya  çayının  sahilində öldü.Onun yerinə  oğlu   Məlikşah  keçdi. Məlikşahın   hakimiyyəti  illərində  oğuzlar   tədriclə  Qəznəlilər  və Qaraxanilər  dövlətinin  ərazilərini  zəbt etdilər.

Məlikşahın  hökmdarlığı  vaxtında  Səlcuq  oğuzlarının ordusu   Süleyman ibn Kutlulmışın  başçılığı  ilə  yenidən  Anadoluya  hərbi səfər  etdi   və XI  əsrin    80-cı   illərində  oranın  işğalına  başladı. Az sonra , 1076 –cı ildə  Səlcuq  oğuzlarının  əmirlərindən Atsız  Dəməşqi tutdu. 1078-cı  ildə  işğal  olunmuş  Suriya Məlikşahın qardaşı  Tutuşa  verildi.

1089-cu  ildə  Məlikşah  Mavərənnəhrə  döndü, Buxara  və Səmərqəndi  tutdu. Beləliklə , əslində  bütün Mərkəzi Asiya  Səlcuq  oğuzlarının  əlinə  keçdi  və Oğuz  imperiyası  yarandı. Buaya  Mərkəzi  Asiya, Əfqanıstanın  çox hissəsi ,İraq,İran, Cənubi  Qafqaz, Suriya və Anadolu daxil idi.

1092-cı ildə  Məlikşah  öldükdən  sonra  oğlanları  arasında  hakimiyyət  uğrunda  mübarizə başladı.Bu eyni zamanda  imperiyanın  parçalanmasının  başlanğıcı  oldu.Qardaşı Arslan  Arqun  1092-ci  ildə  Mərv, Bəlx,Tərməz  və Nişapuru  tutdu və  doğma qardaşı  Buribarsı  öldürüb  hakimiyyətə  keçdi. Lakin  1096-cı ildə  Arqun öldürüldü və Xorasan   Börküyarıq adlı bir  Səlcuq  əmrinə  keçdi. O , 1097 –cı ildə  bu əyaləti  qardaşı Sultan Səncərə verdi.

Sultan Səncərin  başçılıq  etdiyi  oğuzlar 1102-cı ildə  Qaraxanilər  dövlətinə  son  qoyduqdan sonra,  1117-1118-ci illərdə Qəznəlilər  dövlətini  zəbt  etdilər. Sultan  Səncər  1118-ci  ildən  etibarən  Mərkəzi  Asiyanı  işğal  etməyə  başladı. Səncərin paytaxt  şəhəri  Mərv idi. Onun sarayı  Əndarab adı yerdə  yerləşirdi. 1130-cu  ildə Sultan Səncər  Mavərrənnəhri  iğal etdi və  beləliklə , Mərkəzi  Asiyada  Oğuz  dövləti  yaratdı.

Əvvəlki  türk  dövlətləri kimi  bu   dövlətin  də  iqtisadi bazası zəif  idi. Döyüş  meydanlarında  qılınc  gücü  ilə yaradıldığına  görə  dövlətin  müxtəlif  əyalətləri  arasında  iqtisadi  əlaqələr zəif idi.

Dövlətdə hakim  qüvvə  maldar  türk tayfaları idi. Lakin onların arasında  tez-tez ara feodal  müharibələri  baş verirdi. Dövlətin  tənzimə salınmış  inzibati  idarə sistemi yox idi. Səlcuq  sultanlarını  hər şeydən əvvvəl  vergi maraqlandırırdı. Bu işə vəzir baxırdı. Alp  Arslanın və Məlikşahın hakimiyyəti illərində  vəzir  Nizam-əl-Mülk idi. O , görkəmli dövlət xadimi idi.

Qeyd  etmək  lazımdır ki, Səlcuq  sultanlar türk olsalar da, saraylarında  dəftərxana  işi  farsca  gedirdi və müəyyən  mənada  demək olarki, oğuzların   işğalları  nəticəsində  fars dilində ədəbiyyat dahada  inkişaf etmişdi.

 

Ədəbiyyat:
Əsməd Muxtarova-Türk xalqlarının  tarixi  Elm 1999;

YAZAR: Samirə İbrahimli
HƏMÇİNİN BAX: PROQNATİZM
HƏMÇİNİN BAX: Tehsilim.org/emin-abid-gultekin/