Böyük Qan Dövranı
Böyük Qan Dövranı
Qan dövranı dedikdə qanın oksigenlə zənginləşib bütün orqanlara və toxumalara çatması başa düşülür. Bildiyimiz kimi, qan damarlar vasitəsilə dövr edir. Qan damarları 3 cür olur; arteriya, vena və kapilyar.
Arteriya ürəkdən çıxan və içərisindən arterial qan axan damardır. Vena ürəyə gələn və içərisindən venoz (çirkli qan) qan axan damardır. Kapilyarlar isə arteriyalar və venalar arasında əlaqə yaradır, qanın dəyişməsi kapilyarlarda baş verir. Ümumilikdə, ürək yuxarı boş vena, aşağı boş vena, sağ qulaqcıq, sağ mədəcik, sol qulaqcıq, sol mədəcik və aortadan ibarətdir.
Qan dövranı böyük və kiçik olmaqla 2 yerə ayrılır. Oksigenlə zəngin arterial qan sol mədəcikdən böyük bir təzyiqlə çıxır və aorta və periferik arteriyalara gedir. Beləliklə, bütün orqanlar və toxumalar oksigenlə zənginləşir. Qan yenidən karbon qazı ilə dolduqdan sonra ürəyin sağ qulaqcığına gəlir.
Daha sonra yenidən oksigenlə zənginləşmək üçün ağciyər arteriyası vasitəsilə ağciyərlərə qovulur. Beləlikə, sol mədəcikdə başlayıb, sağ qulaqcıqda bitən qan dövranına böyük qan dövranı deyilir.
Döldə qan dövranı
Plasentadan dölə göbək venası, döldən plasentaya isə cüt göbək arteriyası gəlir. Bu damarlar birləşərək göbək çiyəsini əmələ gətirir, o isə göbək nahiyəsindən başlayır və plasentaya qədər uzanır. Hamiləliyin axırında göbək çiyəsinin uzunluğu 50-60 sm-ə çatır.
Dölün qanının oksigenlə zənginləşməsi, karbon qazından azad olması plasentada baş verir. Ancaq dölün toxumaları qanla təmin olunur.
Plasentadan arterial qan göbək venası ilə dölün orqanizmə daxil olur. göbək venası qaraciyərə yaxınlaşanda 2 şaxəyə ayrılır. Bunlardan biri vena axarı şəklində aşağı baş venaya, digəri isə qapı venasına açılır. Burda arterial qan venoz qanla qarışır və qaraciyər venası vasitəsilə aşağı-boş venaya tökülür.
Beləliklə aşağı boş venada ilk dəfə olaraq venoz qan arterial qanla qarışır. Aşağı boş vena vasitəsilə qarışıq qan dölün ürəyinin sağ qulaqcığına həm də yuxarı baş vena ilə venoz qan gəlir və qan 2-ci dəfə qeyri-bərabər qarışır. Nisbətən arterial qan sağ qulaqcıqdan sol qulaqcığa oval dəliklə daxil olur, sonra mədəciyə tökülür, ordan isə ortaya vurulur.
Sağ qulaqcıqdakı çirkli venoz qan ürəyin qığılması nəticəsində sağ mədəciyə, ordan isə ağciyər arteriyalarına qovulur. Qeyd etməliyik ki, ağciyərə qanın çox cüzi hissəsi gedir və 4 ədəd ağciyər venası vasitəsilə ürəyin sol qulaqcığına qayıdır.
Ağciyərlər embrional inkişaf dövründə fəaliyyət göstərmir. Dölün ağciyər arteriyası enli arterial axarla (botal axarı) aorta ilə birləşmişdir. Sağ mədəcikdən vurulan qanın əsas kütləsi həmin axarla böyük qan dövranına vurulur ki, orda da qan 3-cü dəfə qarışır.
Qarışıq qan böyük qan dövranı ilə orqan və toxumalara çatdırılaraq qida maddələrini və oksigeni verir, karbon qazı və maddələr mübadiləsinin artıq məhsulları ilə zəngin qan isə göbək arteriyası ilə plasentaya qayıdır.
Göründüyü kimi hər 2 mədəcik qanı böyük qan dövranına vurur. Arterial qan ancaq göbək venası və vena axarı ilə axır. Dölün bütün arteriyalarında isə qarışıq qan axır. Uşaq dünyaya gəldiyi andan başlayaraq plasentar qan dövranı dayanır, göbək çiyəsinin kəsilməsi ana ilə döl arasındakı əlaqəni pozur. Ağciyər açılır, qan ağciyər arteriyası ilə həmin yerə vurulur.
Yazar: Ayşə Əliyeva
Həmçinin bax: https://turaz.org/fhn-turkiyeye-yollanan-yanginsondurenlerimiz-arasinda-xesaret-alan-ve-ya-helak-olan-olmayib/
Həmçinin bax: https://kafkazh.com/antibiotikler/