Böyük Qafqaz fiziki-coğrafi vilayəti

Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir. Bu vilayət Xəzər sahillərindən mütləq yüksəkliyi 4466 m olan Bazardüzü zirvəsinə qədər ucalır. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Vilayət zəngin faydalı qazıntı yataqlarına (neft, təbii qaz, yanar şist, polimetal və s.) və mineral su mənbələrinə malikdir.

Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir. Bu vilayət Xəzər sahillərindən mütləq yüksəkliyi 4466 m olan Bazardüzü zirvəsinə qədər ucalır. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Vilayət zəngin faydalı qazıntı yataqlarına (neft, təbii qaz, yanar şist, polimetal və s.) və mineral su mənbələrinə malikdir.

Böyük Qafqaz təbii vilayətində düzənliklərdən yüksək dağlığa doğru yarımsəhra və quru çöl iqlimindən başlayaraq dağ-tundra iqliminə qədər bütün iqlim tipləri yayılmışdır. Orta illik temperatur +14°C ilə 0°C arasında, yağıntıların orta illik miqdarı isə 100 mm – 1600 mm arasında dəyişir.

Böyük Qafqaz sıx çay şəbəkəsinə malikdir. Çayların əksəriyyəti öz mənbəyini Baş Suayırıcı silsiləsindən götürərək Kür çayına və birbaşa Xəzərə tökülür. Düzənliklərdə, əsasən, şorsulu, dağlıq ərazilərdə isə şirinsulu göllər yayılmışdır.

Böyük Qafqaz dağlarında torpaq-bitki örtüyü, heyvanlar aləmi, təbii landşaftlar yüksəklik qurşaqları üzrə paylanmışdır. Düzənliklərdə yarımsəhra və quru çöl landşaftı, hündür ərazilərdə isə dağ landşaftları üstünlük təşkil edir. Yarımsəhralarda boz, boz-qonur, Samur – Dəvəçi ovalığının şimalında düzən meşə-çəmən torpaqları yayılmışdır. Dağlıq ərazilərdə qara, şabalıdı, dağ-çəmən, qəhvəyi və qonur dağ-meşə torpaqları formalaşmışdır.

Böyük Qafqazın zəngin təbii şəraiti və ehtiyatları burada müxtəlif təsərrüfat sahələrinin yaradılmasına imkan verir.

Xəzər dənizinin Nabrandan Abşerona qədər ecazkar qızılı qumlu sahilləri, bol günəşli çimərlikləri Azərbaycanın əsas sağlamlıq və istirahət zonasıdır. Abşeronda, Nabranda, Qəbələdə, Şəkidə, Zaqatalada iri turist bazaları fəaliyyət göstərir. Qalaaltı, Şıx mineral bulaqları böyük müalicəvi əhəmiyyətə malikdir.

samur-deveci

  1. Neft ehtiyyatları ilə zəngindir
  2. Şirin qrunt suları səthə çıxaraq düzən meşələri yaradır (introzonal landşaft) Torpağı çəmən-meşədir.
  3. İqlimi yarımsəhra və quruçöldür.
  4. Laqun mənşəli Ağzıbirçala gölü burada yerləşir.
  5. Ön Qafqaz tektonik çökməsində yerləşir.
  6. Böyük Qafqazın şimal-şərq yamacı çaylarının mənsəbi bu rayonda yerləşir. (Qusar, Qudyal, Vəlvələ, Qara və s).
  7. Şimalda Rusiya ilə sərhəddir.
  8. Xəzər sahillərində yerləşdiyinə görə çox hissəsi okean səviyyəsindən aşağıda yerləşir.
  9. Süxurları düzənlikdə yerləşdiyi üçün Kaynazoyun IV süxurlarıdır.

 

qonaqkend

  1. Dağlıq fiziki-coğrafi rayondur.
  2. Rusiya sərhəddə yerləşir. Qonaqkənd Böyük Qafqaz vilayətində ki bütün fiziki-coğrafi rayonlar ilə sərhəddə malikdir.
  3. Çox hissəsi dağ meşələri ilə örtülüdür. Torpağı qəhvəyi və qonurdur.
  4. Xaltan, Xaşı, Cimi, Qalaaltı kimi mineral bulaqlar bu fiziki-coğrafi rayonda yerləşir.
  5. Dağ meşələrindən yuxarıda dağ çəmən qurşağı yayılıb, torpağı çimli, torflu, ibtidaidir. Dağ çəmən qurşağı yay otlaqları kimi istifadə edilir.
  6. Mülayim istidən tutmuş dağ tundraya qədər bir çox iqlim tipi yayılıb. Qusar maili düzənliyində yağıntıları bərabər paylanan mülayim, Yan silsilədə isə qışı quraq keçən soyuq iqlim, 2700 m-dən yüksəkdə isə dağ tundra iqlim tipi hakimdir.
  7. Dağlıq rayon olduğu üçün əsas süxurları Yura və Tabaşirdir.
  8. Ərazisində böyük Şahdağ milli parkı yerləşir.

zzaqtala

  1. Rusiya ilə sərhəddə yerləşən bu fiziki –coğrafi rayon Böyük Qafqazın cənub yamaclarını təşkil edir
  2. Dağlıq relyef nəqliyyat şəraitini çətinləşdirir
  3. İqlimi yağıntıları bərabər paylanan mülayim-isti, il boyu bol yağıntılı soyuq və dağ-tundradır
  4. Orta dağlıqda meşə landşaftları yayılıb. Torpağı qəhvəyi və qonurdur. Yüksək dağlıqlar isə dağ-çəmən lanşdaftı ilə örtülüb torpağı çimli, toflu, ibtidai. Dağ çəmən qurşağı yay otlaqları kimi istifadə edilir.
  5. Zaqatala –Lahıc fiziki-coğrafi rayonundna başlayan çaylarda güclü daşlı-palçıqlı sellər müşahidə edilir.( Şin, Kiş, Kürmük). Bu zonanın çayları əsasən yeraltı sularla qidalanır.
  6. Bu fiziki –coğrafi rayonda Zaqatala (Zaqatala-Baləkən), İlisu (Qax) qoruqlarında dağ landşaftları və nadir heyvanlar qorunur.
  7. Yura və tabaşir yaşlı süxurlar üstünlük təşkil edir.
  8. Azərbaycanda Lənkəran təbii vilayətindən sonra ən çox yağıntı bu fiziki-coğrafi rayona düşür.
  9. Böyük Qafqaz vilayətində yegane polimetal filizi yatağı bu fiziki-coğrafi rayonda yerləşir (Filizçay, Katexçay)

sirvan

  1. Böyük Qafqazın cənub-şərq yamaclarını təşkil edir.
  2. 8-9 bal gücündə zəlzələ zonasında yerləşir.
  3. Yayı quraq –keçən mülayim isti iqlim tipi hakimdir.
  4. Faydalı qazıntılarından yanar şist ehtiyyatları burada yerləşir.
  5. Şabalıdı, qəhvəyi dağ meşə, qonur dağ meşə, dağ –çəmən torpaqları bir-birini əvəz edir. Şamaxı, İsmayıllı da qara torpaqlar geniş yayılıb.
  6. Heç bir xarici ölkəyə çıxışı yoxdur.
  7. Süxurları alçaq dağlıq hissələrdə Paleogen, orta və yüksək dağlıq hissələrdə isə Tabaşirdir.
  8. Pirqulu dövlət qoruğunda “Qaraçöhrə” ağacı qorunur.
  9. Sumqayıtçay, Pirsaat, Ağsu, Girdman kimi çayların mənbələri burada yerləşir

abşeron

  1. Xəzərin sahillərində yerləşən bu fiziki-coğrafi rayonda arid-denudasyon relyef formaları geniş yayılıb (yarğan, qobu, bedlend torpaqlar). Xəzər sahillərində isə abrazyon relyef formalarına rast gəlinir.
  2. Çayları yay aylarında quruyur və azsuludur, Xəzərə gəlib çatmır. Palçıqlı sellər gətirir (Pirsaat, Sumqayıtçay, Ceyrankeçməz)
  3. Torpaqları boz, boz-qonurdur. Qış otlaqları geniş yayılıb.
  4. Neogen, Paleogen və 4-cü süxurları daha geniş sahəni əhatə edir.
  5. Abşeron qoruğunda Xəzər suitisi qorunur.
  6. Fiziki-coğrafi rayon da neft ehtiyyatları ilə bütün Azərbaycanda tanınır. Buna görədə torpaqları çirklənib və onların rekultivasiyasına ciddi ehtiyac vardır. Bundan başqa Abşeron-Qobustanda texnogen landşaftlara daha çox rast gəlinir.
  7. Masazır, Böyükşor, Binəqədi kimi şor göllərindən duz və yod –brom əldə edilir.

Yazar :  Səbinə İsmayılova

Həmçinin bax : https://kafkazh.com/azerbaycanin-fiziki-cografi-rayonlari/

Həmçinin bax : https://turaz.org/fevralin-15-de-hansi-universitetler-eyani-tedrisi-berpa-edecek/

Həmçinin bax : https://tehsilim.org/v-ix-sinifler-enenevi-tedrise-baslayir/

Həmçinin bax :https://turaz.org/qarabagda-regional-radio-acilacaq-resmi/