Böyük Monqol- Tatar İmperatorluğu
Böyük coğrafi ərazini əhatə edən Monqolustan öz iqliminin rəngarəngliyi ilə də seçilir. Ərazidə yaşayan xalq ya köçəri maldarlıq ya da ovçuluqla məşğul olurdu.
Ərazidə yaşayan xalq əkinçiliklə məşğul olmur və əsasən taxıl kimi zəruri əkinçilik məhsullarını qonşu ərazilərdən xüsusən də Çindən gətirirdilər. Dağınıq halda yaşayan Monqol tayfalarından ən böyükləri isə Tayçiutlar və Naymanlar idi. Naymanlar digər tayfalara nisbətən inkişaf etmişdilər. Tayçiut klanı isə türk tayfalarından ibarət idi. Onların əsasını Qıpçaq türkləri təşkil edirdi. Çingiz xanın atı Yesugey Bahadır da məhz bu klanın üzvü idi. Yesügey Bahadur ovdan qayıdarkən yoldan keçən toy karvanını görür və karvana hücum edir. Merkit tayfasına gəlin gedən Heleunu qaçırdır və onunla evlənir. Monqollar arasında qız qaçırtmaq geniş yayılmışdı. Lakin Çingiz xan yasalarında bu qadağan edilir.
Bəzi mənbələrdə 1162 bəzilərində isə 1165-ci ildə Çingiz xanın doğulması ilə bağlı məlumatlar var. Onon çayı sahilində Burxan Haldun dağının yaxınlığında doğulan Temuçin 9 yaşında Börte ilə nişanlanır. Bozqır qanunlarına görə oğlan nişanlandığı qızın ailəsinin yanında 1 il qalmalı və işləməli idi. Lakin Yesugey Bahadurun yolda Tatarlar tərəfindən zəhərləndiyini eşidən Temuçin ailəsinin yanına geri qayıdır. Yesugeyin ölümündən istifadə edən digər klan köç edir və Yesugeyin ailəsini zləri ilə aparmır. Temuçin və qardaşları balıq tutmaqla yada ovçuluqla keçinməyə məcbur qalırlar. Heleun bütün çətinliklərə baxmayaraq evlənmir və öz ailəsini qoruyur. Börte ilə evlənib geri qayıdan Temuçin qəflətən Merkitlərin basqınına məruz qalır və Börte Merkitlər tərəfindən qaçırılır. Daha sonra dostu Camuka ilə birlikdə Naymanların xanı Toğrul xanın yanına gedir və xandan xahiş edir ki, onu övladlığa götürsün. Toğrul xan Temuçini məmnuniyyətlə oğulluğa qəbul edir. Daha sonra xan Camuka və Temuçinə bir miqdar ordu verərək Merkitlərin üzərinə göndərir. Merkitlərlə düşmən olan Toğrul xan beləliklə düşmənlərindən qurtulacaqdı. Temuçin və Camuka Merkit qəbiləsini darmadığın edir və Börteni qurtarır. Bir müddət Camuka ilə yaşayan Temuçin tezliklə Monqol tayfaları arasında tanınmağa başlayır. Camuka əvvəllər Temuçinə öz qardaşı kimi davransa da daha sonra öz tayfasında belə Temuçinin rəğbət görməsindən çəkinirdi. Bunu soyuqluğu hiss edən Temuçin Börtenin də təsiri ilə gecə vaxtı Camukanın yanından ayrılır. Onon çayı sahilində məskunlaşan Temuçin “ Monqolların Gizli Tarixi “ kitabının verdiyi məlumata görə Tayçiutlar tərəfindən əsir götürülür. Tayçiut tayfasının rəhbərinin verdiyi əmrə görə isə klana daxil olan hər bir ailə bir gecəliyinə Temuçini yanlarında saxlamalı və ona baxmalı idilər. Yenə həmin qaynağın verdiyi məlumata görə: “ Yazda ilk ayının on altısında, ayın bədr günündə tayçiutlar Onon sahili boyunda toplantı ( ziyafət ) keçirmiş, günəş batınca da dağılmışdılar. Temuçini bu toplantı əsasında zəif bir adama tapşırmışdılar. Toplantıdakı adamlar dağılınca Temuçin boynuna taxılmış buxovu zəif adamdan çəkib aldı və onun başından bir dəfə vurub qaçdı. “ Onon çayında gizlənən Temuçin gecə qaranlıqda Suldus tayfasından Şurğan- Şiranın evinə gedir. 3 gün sonra Surğan- Şira onu yola salır. Ailəsinin yanına qayıdan Temuçin daha sonra yenidən Camuka ilə birləşir və Toğrul xanın yanına gedir. Toğrul xan bu iki gənci dəsdəkləsə də aralarındakı rəqabətdən də istifadə edirdi.
Bozqırdakı Monqol tayfalarını öz ətrafında birləşdirən Temuçin Camuka ilə ilk döyüşdə məğlub olsa da ikinci döyüşdə onu məğlub edib qüvvələrini dağıdır. Sırası ilə Tatar, Merkit, Tayçiut klanlarını özündənasılı vəziyyətə salan Temuçin Naymanları da məğlub edir. Camukanın öldürülməsindən sonra isə o 1206-cı ildə Onon qurultayında özünü Çingiz xan elan edir. Monqol-Qıpçaq tayafalarını bir ətrafa yığan Çingiz xan Qara Kitay və Uyğurlarla yaxın əlaqələr qurmağa başalyır. Onun ətrafında birləşən Türk- Qıpçaq tayfaları Monqol siyasi adı ilə bir araya gəlirlər. 1207-ci ildə qonşu türk tayfalarını asılı halasalan Çingiz xan 1209-cu ildə uyğurları da asılı hala salır. Xatırladaq ki, uyğurlar özləri könüllü şəkildə Çingiz xanı xanları kimi qəbul edirlər. Çin üzərinə axınlar edən Çingiz xan hazırladığı yasalar ilə yeni qurulmuş dövlətin sütunlarını bərkidir. 1215-ci ilə kimi Şimali Çini fəth edən Çingiz xan 1219-cu ildə Xarəzm dövlətinin üzərinə yürüşə başlayır. Tez zamanda Bəlx, Ürgənc, Səmərqənd kimi şəhərləri fəth edən Çingiz xan Qazaxıstanda da xan kimi qəbul edilir. Aristorkratiya qavramını ortadan qaldırmağa çalışan Çingiz xan bütün aristokratların mülklərini müsadirə edir və onları əsir kimi Monqolustana aparır. Cəbə və Subutay isə 1218- 1220-ci illərdə Qıpçaq çölünü keçərək Monqolustana qayıdırlar. Azərbaycan şəhərləri bu yürüşlər zamanı dağıdılır və əhaliyə divan tutulur. Strategiya baxımından Monqol ordusnunun ən böyük generallarından olan Sabutay əsgəri tattikalar ilə gürcüləri və rusları da darmadağın edir. Çingiz xan 1227-ci ildə vəfat edir.
Çingiz xan at belində fəth etdiyi torpaqları öz yasaları ilə mükəmməl şəkildə idarə edirdi. Bütün dinlərə hörmət göstərən Çingiz xan məbədləri, dini qurumları və din adamlarını İslam Peyğəmbəri Hz. Məhəmməd Mustafanın ( s.ə.s ) nəslindən olan Seyidləri də vergilərdən azad etmişdi. Lakin, onun ölümündən sonra varisləri onun yasalarını unutdular və dövlət daxilində gedən çəkişmələr dövlətin sütunlarını sarsıtdı. Ondan sonra hakimiyyətə gələn Ögeday xaqan vergi işlərini sahmana saldı və dövlət xəzinəsinə külli miqdarda gəlir gətirdi. Onn dövründə Qaraqorum şəhərinin əsası qoyuldu. Mengü xaqanın dövründə isə Monqol dövləti özünün ən parlaq günlərini yaşadı. Hülakü 1258-ci ildə Bağdatı fəth etdi və 5-ci böyük Monqol ulusunun- Elxanilər dövlətinin əsasını qoydu. Kubilay ( Oqtay ) xaqan dövründə isə Çin tamamilə fəth edildi və Koreya da Monqol dövlətinin tərkibinə qatıldı. Lakin, başlayan Çinliləşmə prosesi dövləti tamamilə zəiflətdi və daha sonrakı illərdə XIV əsrin ortalarından Monqol dövləti çökməyə başladı. Parçalanan dövlətdə Oyrat türkləri öz üstünlükləri ilə seçilsələr də başlayan Mancur işğalı dövlətçiliyə ağır zərbə vurdu. 1911-ci ilə qədər davam edən Mancur ağalığı illərində Monqol xalqı tamamilə sömürüldü və Buddistləşmə sürətləndi.
Qaynaqlar:
1. Monqolların Gizli Tarixi
2. Jack Weartherford- Chingis Khan
YAZAR: Nağı Nağıoğlu