Böyük Makedoniya İmperiyasının yaranması

Plan:
1. Makedoniya və makedoniyalılar
2. Filipin məqsədi
3. Makedoniya ordusu
4. Filipin işğalları
5. Xeroneya döyüşü e.ə 338
6. Filipin yürütdüyü siyasət
7. Korinf konqresi e.ə 337
8. Filipin ölümü

1. Makedoniya və makedoniyalılar

Yunanıstanın şimalına uzanan Makedoniya torpağı uzun müddət qədim dünyanın gözə çarpmayan bir hissəsi olmuşdu. Əhalisi qismən mədəniləşdirilsədə, qanda və dildə Yunan idilər. Şübhəsiz ki, tarixin başlanğıcından
əvvəl Balkan yarımadasına daxil olan şimal işğalçılarının bir qolu idilər. Makedoniya padşahları, Fars müharibələri dövründən başlayaraq, Yunan mədəniyyətini öz səltənətlərinə yaymaq üçün hər fürsətdən istifadə etdilər. Eramızdan əvvəl dördüncü əsrin ortalarında II Filipp taxta çıxdığı zaman, Makedoniyalılar Yunan dünyasında lider bir yer tutmağa hazır idilər.

 

2. Filipin məqsədləri

Antik dövrün ən görkəmli nümayəndələrindən biri olan Makedoniyalı Filipə güclü bir bədən, iti bir düşüncə və qətiyyətli bir iradə bəxş edilmişdi. Yunanıstan və onun yolları Filip üçün yad deyildi. Onun uşaqlığının bir hissəsi Feban şöhrət günlərində Fivdə girov kimi keçmişdi. Orada yaşaması ona Yunan siyasətinə dair fikir formalaşdırdı.  Epaminondas onu siyasətdə təkmilləşdirildiyi kimi müharibə sənətini öyrətdi. Yunanıstanın dağılmış vəziyyətində, rəqabət edən şəhərlərin zəifləməsi ilə Filip öz ölkəsi üçün yaranan fürsəti gördü. O, Makedoniya üçün nə Afinanın,
nə Spartanın, nə də Fivin qoruya bilmədiyi üstünlük mövqeyini təmin etməyi hədəflədi.

3. Makedoniya ordusu

Filipin ən əhəmiyyətli müvəffəqiyyəti, Yunanıstanın fəthinə gətirib çıxardığı və oğlunun dünyanın fəthinə aparacağı Makedoniya ordusunun yaratması idi. Epaminondasın taktikasından dərs götürən Filip, piyadalarına kolonlarla döyüşməyi öyrətdi, lakin cərgələr arasında sürətli və asan hərəkətlərə imkan verəcək qədər fasilələrlə. Hər adam nəhəng, 18 fut uzunluğunda bir nizə daşıyırdı. Bu ağır falanqa bir sıra qurulduqda, ilk beş sıradakı əsgərlərin gəzdirdikləri silahlar, başlanğıcı olmasada, müəyyən edilə bilən nizənin ucunu göstərirdi.

Falanqanın işi düşmənin ön tərəfini tutmaq idi, atlılar isə düşmənin cinahlarına hücum edirdilər. Qələbə
qazanmaq üçün süvari kütlələrin etibar edilməsi müharibədə yeni bir şey idi. Digər bir yeni xüsusiyyət, katapult adlanan, mizraq və nəhəng daşları üç yüz metr ata bilən mühərriklərin istifadəsi və şəhərlərin divarlarını yıxmaq
üçün kifayət qədər güc sərf etməkdən ibarət idi. Birlikdə işləyən bütün bu fərqli silahlar, Roma legionu dövrünə
qədər qədim Makedoniya ordusunu dünyada ən qorxulu  böyük bir döyüş maşını edirdi.

4. Filipin işğalları

Philip güclü bir orduya malik idi. Çox böyük bir ərazini idarə etdi. Onun özü də həm müharibə, həm də diplomatiya dahisi idi. Makedoniya kralı bu cür üstünlüklərlə parçalanmış Yunanıstanı özünə tabe etməyə başladı.  İlk böyük müvəffəqiyyəti Trakiyanın qərbində qazandı. Burada o, Filipi şəhərini qurdu. Sonra Philip, Makedoniyanı Xalkidit yarımadasındakı Yunan şəhərlərini özünə tabe edərək bir dəniz dövlətinə çevirdi.  Fessaliyaya da daxil oldu, onun əsas qalalarını işğal etdi və Makedoniyanın sərhədini Fermopil keçidinin cənubuna qədər gətirdi.

 

5. Xeroneya döyüşü e.ə 338

Həlledici döyüş Boeotiadaki Xeroneyada baş verdi.  Bu ölümcül müharibədə döyüş sənətinin ustası Filipin başçılıq etdiyi Makedoniya qoşunları Yunanıstanın vətəndaş yığımlarını üstələdilər.  Yunanlarcəsarətlə vuruşdular, amma məğlubiyyətin qarşısını almaq mümkün olmadı.  Müasir Xeroneya qəsəbəsi yaxınlığında  həlak olanların xatirəsinə qoyulmuş məzar və mərmər aslan abidəsi qoyulmuşdur.

 

6. Filipin yürütdüyü siyasət

Xeroneya qələbəsi, Filipə Yunanıstana mübahisəsiz nəzarət imkanı verdi.  Ancaq indi qələbə təmin olunduğundan, zalım oynamaq niyyəti yox idi. O, Fivi Makedoniya qarnizonunu öz qalasına qəbul etməyə məcbur etdi, lakin Afinaya o qədər yumşaq davrandı ki, vətəndaşlar onunla mülklərinə toxunmayan bir sülh bağlamaqdan məmnun oldular.  Filip Peloponnesə bir qurtuluşçu olaraq girdi. Onun qəsəbələri və şəhərləri Spartaya qarşı Filipin timsalında çox
güclü bir himayədar ilə  ittifaq yaratdılar.

 

7. Korinf konqresi e.ə 337

Yunanistan üzərində Makedon hökmranlığını qurmaq planını tamamilə həyata keçirən Filipin qaliblik ruhu onu növbəti iddialı planlar pilləsini irəli sürdü. Yunanların Kiçik Asiyaya və  İrana istilaçı yürüş planlarını həyata keçirməyə qərar verdi.  E.ə 337-ci ildə  bütün Yunan əyalətlərinin qurultayı Filipin rəhbərliyi altında Korinfdə toplandı.  Nümayəndələr bu böyük təşəbbüs üçün onu gəmilər və adamlar təmin edəcəkləri ilə bağlı söz verdilər.
Filip müttəfiq qüvvələrin komandirliyinə seçildi. Makedoniya kralı, Ellinin general kapitanı olmalı idi.

 

8. Filipin ölümü e.ə 336

Fəqət Philip, heç vaxt Hellespont üzərinə hücum edə bilmədi.  ‘Xeroneya’dan iki il keçməmiş o, bir sui-qəsdçi tərəfindən öldürüldü və taxta kiçik oğlu İsgəndər keçdi.

TƏRCÜMƏÇİLƏR: Əzizə Süleymanlı və Bəhriyyə Əhmədova

Həmçinin bax: Salarilər. Dövlətin yüksəliş dövrü və sonu
Həmçinin bax: tehsilim.org/tehsilim-org-sizi-sertifikatli-telime-devet-edir/