Böyük Hun dövləti İçiz xaqanın hakimiyyəti illərində

E.ə 126-cı ilin qışında Günçen Tanhu öldü. Qardaşı Sol Luli bəy özünü Yicişie Çanyu elan etdi. Əsl varisi Yudanı məğlub etdi. Bunun üzərinə Yudan Çinə sığındı, lakin bir neçə ay sonra öldü. Yicişi Tanhunun hakimiyyətə gəldiyi ilin yazında Hunlar on min atlı ilə Daijuna hücum etdi, valini öldürdü və minlərlə əsir aldı. Payızda yenidən Yanmenə girdilər və 1000 nəfərlik əhalini ya öldürdülər, ya da əsir götürdülər. E.ə 125-ci ildə Hun orduları hər biri 30.000 atlı ordusu ilə Daijun, Dinqxianq və Şanqjuna girdi və minlərlə insanı öldürdü. Hunların Sağ Müdrik bəyi, çinlilərin Sarı çayın cənubunu ələ keçirərək burada Şuofanq vilayətini qurduğuna çox qəzəbləndi və o, bura yürüş edib talan etdi. Bu vaxt Hunlar Sarı çayın cənubunda çox sayda adamı və məmuru ya öldürdü, ya da əsir aldı.

E.ə 124-cü ilin yazında Çin İmperatoru, General Vey Qinqin baş komandanlığı altındakı 6 generalın rəhbərlik etdiyi 100.000 əntiqə əsgərdən ibarət bir ordu ilə Şuofanqdakı Qaoçudan yola çıxdı. Bu vaxt Hunların Sağ Müdrik bəyi Çin ordularının gələ bilməyəcəyini düşündü, çox içdi və sərxoş oldu. Çin orduları 600-700 nəfərlə sərhədləri aşaraq Sağ Müdrik bəyi mühasirəyə aldılar. Bunu görən Sağ Müdrik bəy çox qorxdu, nə edəcəyini bilməyib qaçdı. Elit süvari birləşmələri onu təqib etdi. Çin generalları Sağ Müdrik Bəy xalqından 15 min kişi və qadını və 10 kiçik bəyləri əsir götürdülər. Həmin ilin payızında Hunlar 10.000 atlı ordusu ilə Daijuna hücum etdi, komandirini öldürdü və minlərlə insanı əsir götürdü.

Hunların şimala çəkilməsi:

E.ə 123-cü ilin yazında Çin İmperatoru, altı generalın və 100.000 əntiqə atlının başında yenidən general-mayor Vey Qinqin əmri ilə yola çıxdı. Ordu yüzlərlə li ( məsafə ) ilə irəliləyərək Hunlara hücum etdi, təxminən 19 min insanın başını kəsdi və ya əsir götürdü. Çin ordusunda, iki general və 3.000 tək süvari öldü. Sağ General Jian tək xilas oldu. Aparıcı General Cao Şin ordusu uğursuz oldu və özü də Hunlara təslim oldu. Cao Şin əvvəllər Hunların kiçik başçısı idi. Çin dövlətinə təslim olduqda, Çinlilər ona Yabqu adını verdilər. Aparıcı General olaraq Sağ Generalla birləşməli idi, ancaq Tanhu ordusu ilə təkbətək qarşılaşanda ordusu, tamamilə məhv edildi. Tanhu Cao Şini əsir aldı, Yabqu titulunu dəyişdirdi, onu özündən aşağı səviyyəli bir bəy etdi, bacısı ilə evləndi, ondan Çinə qarşı istifadə etdi. Cao Şin, Tanhuya şimala çəkilməsini tövsiyə etdi ki, Çin ordusu çəkilərək tələyə düşsün və çinlilər yorulduqda tutularaq tutulsunlar və sərhədə yaxınlaşmasınlar. Tanhu onun planını qəbul etdi. Növbəti il, e.ə. 122-ci ildə atlı Hun orduları Şanquya girərək yüzlərlə insanı öldürdü.

QAYNAQ: Kürşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİ: Müşafərim Əliyeva
HƏMÇİNİN BAX: Hunlara qarşı qurulan Mayi pusqusu
HƏMÇİNİN BAX: Tehsilim.org/qrant-musabiqeye-muraciet-ucun-son-gun/