Böyük Hun dövləti Huyandi Tanhunun hakimiyyəti illərində

E.ə. 89-cu ildə, Tanhu Çin sarayına bir elçi vasitəsilə  məktub göndərdi:

“Cənubda Böyük Çin, şimalda qüdrətli Hun İmperiyası mövcuddur. Hun, Səma Oğlunun əzəmətli oğlu, cüzi qaydaları özünə dərd etməz. Bu gün mən, Çin sarayından özümə həyat yoldaşı kimi bir xanımı seçərək Çinlə aramızda böyük bir qapı açmaq istəyirəm. Hər il bizə 10 min dan (təxminən 20 litrə 1 den) mayalanmış içki, 5 min hu taxıl, 10 min yumaq müxtəlif çeşidli ipək göndərilsin. Digər məsələlər keçmiş müqavilələrdə olduğu kimidir. Belə olsa, sərhədlərdə qarət olmayacaq”.

Çin, bu elçiyə cavab olaraq öz elçisini göndərdi. Tanhunun elçisi Çin elçisinə sağdan sola doğru təzyiq edərək sıxışdırırdı. Erşi generalı tərəfindən verilən məlumata görə, onlar,  keçmiş vəliəhd şəhzadəsinin üsyan qaldırdığı barədə xəbər aldıqlarını bildiriblər. Çin səfiri isə hadisəni Metenin atasının qətli ilə müqayisə edərək bunun vəhşilik olduğunu dedi. Buna qəzəblənən Tanhu onu həbs etdirdi və yalnız 3 ildən sonra geri qayıda bildi. Beləliklə, Tanhunun müqavilə bağlamaq planı baş tutmadı.

Hun sərkərdəsi Vey Lü, bir ildən çoxdur ki Tanhunun yanında çalışan Erşi generalı Li Quanqliyə bu qədər əhəmiyyət verilməsinə qarşı çıxdı. Bu sırada Tanhunun anası xəstələndi. Tanhunu qəzəbləndirmək üçün Vey Lü, hunların şamanına belə deməyi əmr edir: “Qədim zamanlarda müharibə zamanı hunlar ordu üçün canından keçərdi, həmişə xalq üçün Erşi generalını ələ keçirməkdən bəhs edilərdi, bəs niyə bu gün buna əməl edilmir?”. Bunun üzərinə Erşi generalı həbs edildi. General qəzəbləndi və  “Əgər mən ölsəm, hunlar da yox olacaq” dedi. Bu səbəblə də, Erşi generalı qurban edildi. Bundan sonra aylarla qar yağdı, heyvanlar məhv oldu, insanlar xəstələndi və öldü, məhsullar yetişmədi. Tanhu qorxmağa başladı və bu səbəblə Erşi generalının xatirəsinə bir məbəd tikdirdi. Erşi generalının ölümündən sonra çinlilər on minlərlə əsgər və generallarını yenicə itirdikləri üçün bir daha səfərə çıxmadılar. İmperator Vu, e.ə. 87-ci ildə vəfat etdi. Bundan əvvəl çinlilər hunlar arasında 20 ildən çox savaş olmuş, bir çox hunlu həyatını itirmiş və başları bəlaya girmişdi. Hamısı evlilik yolu ilə sülh müqaviləsi bağlamaq istəyirdi.

Tanhu, e.ə. 85-ci ildə evlilik yolu ilə sülh danışıqları aparmaq üçün elçi göndərdiyi  zaman vəfat etdi. Əvvəllər Hülakü Tanhunun ögey qardaşı Sol Böyük Bilgə bəy güclü komandir  və müdrik bir adam idi, buna görə də xalq onu özünə yaxın hesab edirdi. Tanhunun anası Tanhunun öz oğlunu deyil, Sol Böyük Komandirin hakimiyyətə gələcəyindən qorxduğu üçün ona sui-qəsd təşkil etdi. Sol Böyük Bilgə bəyin böyük qardaşı buna qəzəbləndi və Tanhunun çadırındakı toplantıya qatılmadı. Həmin vaxt Tanhu xəstələnir və ölməzdən əvvəl kiçik oğlunu deyil, qardaşı Sağ Luli bəyi xələfi kimi vəsiyyət edir. Tanhu öldükdən sonra Vey Lü kimi insanlar Tanhunun diri imiş kimi görünməsi üçün onun birinci həyat yoldaşı ilə bir plan qururlar. Onlar sanki Tanhu tərəfindən yazılmış kimi əmrlər verir, dövlətin rəhbər və yüksək məmurları ilə bir araya gələrək Sol Lüli bəyi e.ə. 85-ci ildə Huyandi Tanhu kimi taxta çıxardılar.

Huyandi Tanhu hakimiyyətə gələndə Çin səfirinə sülh müqaviləsini nikah yolu ilə imzalamaq istədiyini söylədi. Sol Bilgə bəy və Sağ Luli bəy taxta çıxa bilmədiklərinə görə Tanhunun qəzəbinə tuş gəlməkdən qorxurdular. Ona görə də öz adamlarını toplayıb cənuba getmək və Çinə tabe olmaq istəyirdilər. Onlar özlərinin gedə bilməyəcəklərindən narahat olaraq qərbdəki Vusunlara sığınmağı, sonra isə Lutu bəyi cəlb edərək hunlara hücum etməyi planlaşdırdılar. Lutu bəy bunu Tanhuya söylədi. Tanhu daha sonra məsələnin əslini öyrənmək üçün birini göndərdi. Sağ Luli bəy bunun onlarla bağlı bir məsələ olmadığını, əsl günahkarın Lutu bəy olduğunu dedi. Beləliklə, hunlar Lutu bəyi hədəfə aldılar. Bundan sonra iki bəy öz yerlərini tərk etdilər və bir daha Lonqşenqdəki məclisdə iştirak etmədilər.

QAYNAQ: Kürşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİ: Çiçək Aslanova
HƏMÇİNİN BAX: Alüminium
HƏMÇİNİN BAX: Tehsilim.org/turk-edebiyyatinda-elisir-nevainin-rolu-adli-seminar-kecirilecek/