Böyük Hun dövləti Günçen xaqanın hakimiyyəti illərində

E.ə. 160-cı ildə Laoşan Tanhu öldü. Oğlu Günçen hakimiyyəti təhvil aldı. Atasının məsləhətçisi Konhanq Yu da xidmətinə davam etdi. Bu arada Çin yeni Tanhu ilə nikah yolu ilə barışıq müqaviləsini yenilədi.

Günçen Tanhu hakimiyyətə gəlməsindən bir ildən artıq müddət keçdikdən sonra, hunlar nikah yolu ilə barışıq müqaviləsinə rəğmən hər biri 30 min süvaridən ibarət olam ordularla Şanqun və Yunkonqa hücum etdilər. Çox sayda insan öldürərək bölgəni talan etdilər. Bunun üzərinə Çin İmperatoru 3 generalı Beydi, Qouju və Feihuku bölgələrinə göndərdi. Çinlilər bütün sərhəd boyu yığılmaqla hunların hücumlarına qarşı hazırlaşdılar.

İmperator yenə başqa 3 general təyin etdi. Onlar paytaxt Çanqanın qərbindəki Şiuluda, Jimendə, Vey çayının şimal tərəfində, Başanqda yerləşdilər. Hun süvari qoşunları Qoujuya girdi. Çinlilərə gözətçi qüllələrindən yandırdıqları atəşlər vasitəsi ilə bu xəbəri qısa müddətdə Çanqana və Qançuana verdilər. Bir neçə ay keçmədən toplanan Çin ordusu sərhədə tərəf gələndə Hunlar artıq geri çəkilmişdi. Çin ordusu isə Hunları təqib etmədi. Bir ildən çox müddət keçdikdən sonra Çin İmperatoru Ven öldü, yerinə Jinq hakimiyyətə gəldi (e.ə.156).

İmperator Jinq Çin taxtına çıxdığı zaman Cao Bəyi Suiyi, Hunlara elçi göndərdi. Yenə daxili Vu və Çu bəylikləri də Çinə qarşı üsyan qaldırdı. Hunlar cənuba gedib Çin torpaqlarına girəcəklərinə görə Cao Bəyi ilə əməkdaşlıq etmişdi. Lakin Çin, Cao Bəyini məğlub etdikdə Hunlar cənuba yürüşü dayandırdılar. Bu hadisədən sonra yeni İmperator Jinq, Hunlarla nikah yolu ilə barışıq müqaviləsini yenilədi. Yenə sərhəd bölgələrində bazarlar qurdurdu. Tanhuya hədiyyə və müqaviləyə uyğun olaraq bir şahzadə göndərdi. Bu baxımdan İmperator Jinqin dövründə iki tərəf arasında böyük bir qarşıdurma olmadı.

İmperator Vu e.ə.140-cı ildə Çin taxtına oturdu. Dərhal Hunlarla nikah vasitəsi ilə barışıq müqaviləsini yenilədi. Bazarlar işlədildi, Hunların tələbləri yerinə yetirildi. Hunlar artıq Çin torpaqlarına hücum etmir, çinliləri düşmən olaraq görmürdülər, Çin Səddindən keçib içəri girib çıxırdılar. Bu vaxt çinlilər içəridə toplaşaraq hunlara qarşı yeni bir siyasət tətbiq etməyə başladılar.

QAYNAQ: Kürşat Yıldırım- Hun tarihi
TƏRCÜMƏÇİ: Gülnarə Məmmədova
HƏMÇİNİN BAX: Avropa hunlarının tarix səhnəsinə çıxması
HƏMÇİNİN BAX: Tehsilim.org/milli-metbuat-ve-jurnalistika-gunu/