Böyük Hun dövləti E.ə 105-96-cı illərdə

Uşilu xaqanın hakimiyyəti illəri:
Uvey Tanhu hakimiyyətinin 10 -cu ilində öldü. 105 -oğlu Uşilu onun yerinə keçdi. Çox gənc olduğu üçün ona “Uşaq” Tanhu deyirdilər. Taxtda oturan Tanhu tədricən şimal -qərbə çəkildi. Sol ordu Yunçun sağ ordu isə Yiçuan və Dunhanq üzərində quruldu. Uvey xanın ölümü münasibəti ilə Çin imperatoru hunlara iki elçi göndərdi. Elçilərdən biri yeni xaqanın digəri isə Sağ Müdirik bəyinin hüzuruna çıxmalı idi. Beləliklə, o ,hunlar arasında qarşıdurma yaratmağa nail olmaq istəyirdi. Elçilər Hun sərhədlərinə girəndə hunlar onları Tanyunun çadırına gətirdilər. Tanyu çox əsəbiləşdi və hər iki elçisini həbs etdi. Beləliklə, Hun mərkəzində saxlanılan Çin elçilərinin sayı 10 -u keçdi. Hunların elçiləri də Çin sarayında həbs edildi. Çin İmperatoru Eramızdan əvvəl 104 -cü ildə Erşi generalı Li Quanqlini qərbdəki Fərqanəyə bir səfərə göndərdi. İmperator General Gonqsun Ao’ya Şouşianq qalasını tikməyi əmr etdi. Həmin ilin qışında Hun məmləkətinə çox qar yağdı, sürülərin çoxu aclıqdan və soyuqdan tələf oldu. Üstəlik gənc olan və qanı qaynayan Tanhu döyüşmək istəyirdi. Beləliklə, Çində böyük qorxu yarandı. Bu əsnada narazı hunların Sol Qanad Baş Komandanı Tanhunu öldürmək istəyirdi.  Çin İmperatoruna bir adam göndərərək Tanhunu öldürəcəyini və Çinin hərbi yardımı gəlsə uğur qazanacağını söylədi. Çin İmperatoru bunu eşitçəzdən əvvəl Şouşianq qalasını tikdirmişdi, lakin bu qala çox uzaqda idi. E.ə.103-cü ilin yazında Çin İmperatoru Şuofanqdan 20.000 atlı bir ordu göndərdi və ordu 2000 li  şimala doğru irəlilədi. Vaxtında Junji dağına çatsa da heç bir nəticə vermədən geri döndü. Bu zaman hunların Sol Böyük Komandanının bu ordu ilə birləşmək niyyətində olduğu  ortaya çıxdı. Tanhu onu öldürərək ordunu bu Çin ordusuna hücum etmək üçün səfərbər etdi. Çin ordusu isə geri dönərkən minlərlə Hunu ələ keçirərək geri döndü. Şouşianq qalasında 400 li qalanda hunlar onları 80.000 atlı ilə mühasirəyə aldı. Çin ordusunun komandiri gecə saatlarında su axtarmağa çıxanda hunlar tərəfindən tutuldu və sonra hunlar tez Çin qoşunlarına hücum etdi. Ordudakı komandirlər və zabitlər Çin tərəfindən cəzalandırılmaqdan qorxduqları üçün birlikdə hərəkət edərək Çinə qayıtmamaqla hunlara sığındılar. Bu vəziyyət Tanhunu çox sevindirdi. Bundan sonra ordunu Şouşianq qalasına göndərdi, lakin onu ələ keçirə bilmədi. Hun qoşunları Çin sərhədinə girib ətraf əraziləri talan edərək geri qayıtdı. E.ə.102 -ci ildə Tanhu özü Şouşianq qalasına hücum etmək istədi, ancaq yolda xəstələndi və  öldü.

 

Suylihu Xaqan dönəmi:
Uşilu Tanhu hakimiyyətinin üçüncü ilində öldü. Suylihu Tanyu taxta çıxanda Çin İmperatoru, bir generalını böyük ordu ilə Vuyuan sərhədindən 1000 li uzağa göndərdi. O, indiki Monqolustanda Kerülen sahilinə qədər qalalar və qarnizonlar quracaqdı. Yenə General Han Yue və Vey Kanq yanlarında qarnizona göndərildi. Lu Bode, Yuyan bataqlığının sahilinə yerləşdirildi. Bu ilin payızında Hunlar Yunconq, Dinxianq, Vuyuan, Şuofanqa  səklində girərək minlərlə adamı öldürdü. Yolda yaxınlıqdakı qalaları və qarnizonları dağıtdılar. Tanhunun göndərdiyi Sol Müdrik Bəy Qansunun əhəmiyyətli mərkəzlərindən olan Yiuçuan və Canqyenə girdi və minlərlə insanı öldürdü. Bu vaxt Çin komandiri Ren Ven köməyə gəldi. Bunun üzərinə hunlar əldə etdikləri hər şeyi qoyub geri qayıtdılar. Erşi generalının Fərqanı işğal etdiyini və  geri döndüyünü eşidən Tanhu onun yolunu kəsmək istədi, amma bacarmadı və xəstələndi və öldü. Suylihu Tanhu bir il taxtda qaldıqdan sonra öldük və onun yerinə taxta qardaşı Sol Böyük ordu  Komandanı Çudihu xaqan çıxdı.

Çudihu Xaqan dönəmi:
Çin İmperatoru indi Fərqan bölgəsini işğal etmiş, xarici ölkələrə qorxu salmış və məqsədi hunları sıxışdırmaq idi. İmperator belə bir əmr verdi: “İmperator Qaonun Pinqçenq məğlubiyyətinin  izi məndədir. Qao zamanında, Tanhunun məktubu qürrəli idi. Qədim Çi Xianq Qonq, doqquz nəsildən intiqam aldı, Çunjiu salnamələri onu şərəfləndirdi ”. Bu il, e.ə. 101 idi. Çudihu Tanhu hakimiyyətə gələndə Çinin hunlara hücum edə biləcəyindən narahat idi. Çinə bütün Çin elçilərini və ondan aslı olmayaraq həbs edilən bəzi əsir Çin məmurlarını geri göndərdi. Məktubda dedi: “Mən, uşağam, Çinin Göyün Oğluna (Çin İmperatoru) casusluğa necə cürət edə bilərəm?! Göyün Oğlu bizim böyük qardaşımızdır ”. Çin İmperatoru General Su Vunu çoxlu pul və hədiyyələrlə Tanhunun yanına göndərdi.

Tanhu getdikcə qürrələndi və çox kobudlaşdı. Çinlilər bunu gözləmirdilər. e.ə. 100 -cü ildə son səfərlərdə tutulan Çin komandiri, əsir düşdüyü hunlardan qaçaraq Çinə qayıtdı. e.ə. 99 -cu ildə Çin İmperatoru Erşi Generalının komandanlığı altında 30.000 nəfərlik bir süvari ordusunu Yiçuana səfərə göndərdi. Ordu Tanrı dağındakı  Sağ Müdrik Bəyə hücum etdi və 10.000 nəfər insan öldürdü və əsirlərlə geri döndü. Bu vaxt hunlar Erşi Generalını tamamilə mühasirəyə aldılar, onun heç bir xilas yolu yox idi. Çin ordusunda hər on nəfərdən 6-7 nəfəri öldü. Bunun üzərinə Çin İmperatoru böyük bir ordunu səfərə göndərdi. Bu ordu “Güclü Yay Komandiri” ilə birləşdi. Digər yandan, bu səfərdə Hunlarla heç bir qarşılaşma olmadı. Bu dəfə İmperator, 5 minlik bir piyada ordusunun  Yuyanın şimalına  səfərə göndərdi. 1000 li irəliləyən Çin ordusu Tanyu ilə qarşılaşdı. Müharibədə Çin ordusu tərəfindən öldürülən və yaralanan hunların sayı 10 min idi. Lakin Çin ordusunun ərzaqları tamamilə tükəndi və general geri dönmək istədi. Bu vaxt o Tanhu tərəfindən mühasirəyə alındı. General hunlara təslim oldu. Yalnız 400 nəfər Çin ordusundan qaçaraq Çinə qayıda bildi.

Tanhu General Li Linqə çox dəyər verdi və onu qızı ilə evləndirdi. E.ə 97 -ci ildə Çin İmperatoru, 60.000 atlı və 70.000 əsgərlik bir ordunu Erşi Generalının rəhbərliyi altında
Şuofanqa səfərə göndərdi. “Güclü Piyada Generalı” 10.000 əsgərdən ibarət bir ordu ilə irəliləyərək Erşi Generalı ilə birləşdi. General Han Yue, 30.000 nəfər Piyada ordusu ilə Vuyuandan hərəkət etdi. General Qongsun Ao, 10.000 atlı və 30.000 piyada ordu ilə Yanmendən yola çıxdı. Çin ordularının bir səfərdə olduğunu eşidən hunlar, bütün əhalisi və malları ilə birlikdə Tula çayının şimalına çəkildi. Digər tərəfdən, Tanhu, Tulanın cənubunda 100 minlik bir orduya rəhbərlik edirdi. Erşi generalı Li Quanqli ilə müharibədə Çin ordusu dağıldı və geri çəkildi. Tanhunun ordusu ilə müharibə 10 gündən çox davam etdi. Çin orduları heç nə edə bilmədilər, uğursuz oldular və geri qayıtdılar.

QAYNAQ: Kürşat Yıldırım- Hun tarihi
TƏRCÜMƏÇİLƏR: Vüsalə Məstəliyeva və Mətanət Baxşıyeva
HƏMÇİNİN BAX: Əzələ Distrofiyası
HƏMÇİNİN BAX: Tehsilim.org/qeyri-standart-terapiya-layihesi-cercivesinde-art-terapiyalar-kecirilir/