Böyük Bulqar türk dövləti

Bamberi, Nemet   və   digər  türkoloqların   tədqiqatları  bulqarların   türk  əslindən  olduğunu  isbat  etmişdir. Bulqar  kəlməsi   Göktürk  dilində  qarışıq   mənasına  gəlmişdir (bulğamaq-bulamaq-qarışmaq). Bulqar  sözü  el  və millət  adı  olaraq  V  əsrin   ikinci  yarısından  əvvəl  mövcud  deyildi. Attilanın  oğlu  Dənizin  ölümündən  sonra  qardaşı  İrəng   648-ci ildə  Hunları  Orta  Avropadan  Qara dənizin  şimal  sahillərinə  gətirdi  və  orada   Uğur  adında  başqa bir  türk  eli  ilə  bir  yerdə  yaşayıb , bir-birinə   qarışdılar. Bunların   qarışmasından  əmələ  gələn  xalqa  Bulqar  deyilirdi. Bunlar  sonradan  Bulqar  dövlətinin  təşkil  etdilər, lakin  İrəngi   Uz   dövlətlərinin  qurucusu   bilirdilər.

İlk Bulqar  türk  dövləti   630-cı  ildə Böyük  Bulqar  dövləti  adı  ilə   Quzey  Qafqazda  qurulmuşdu. Bulqarların Qafqaza yürüşlərdə iştirak etmələri olduqca əhəmiyyətli faktdır. Əgər avarların bütün kuturqur torpaqlarını, yəni Don çayına qədər Qara dəniz boyu düzənlikləri nəzarət altında saxladıqlarını yada salsaq, bunun səbəbləri aydınlaşar. Göytürk Cabqu xanı bu sərhədləri müdafiəsiz qoysaydı, son dərəcə sadəlövh adam təsiri bağışlayardı. Göründüyü kimi, həmin sərhədlərin müdafiəsi bulqarlara həvalə olunmuşdu. Hadisələrin sonrakı gedişi də bu faktı təsdiq edir. Lakin bir tərəfdən üzərlərinə belə ağır və təhlükəli vəzifə qoyulması, o biri tərəfdən isə bol qənimət vəd edən yürüşlərdən uzaqlaşdırılmaları bolqarları nuşibi qruplaşmasına yaxınlaşdırmaya bilməzdi. Doğrudan da sonrakı hadisələrdə biz onların dulunun tərəfdarları kimi çıxış etdiklərini görürük

Böyük  Bulqar dövləti.  On oğurların  əksəriyyət  təşkill etdiyi  bu dövlət  Qafqazın  şimalında   630-cu  ildə,  yəni  birinci  Göktürk  xanlığı   yıxılandan  sonra   qurulmuşdur. Dövlətin  qurucusu  başbuğ   Qurd tarixçilərin  yazdığına  görə   Asiya  hunları   nəslindəndir.

Qurdun  ölümündən  sonra  xəzərlərin  basqısı  ilə   Bulqar  dövləti  yıxıldı. Xalqın  bir  qismi  şimala  tərəf  köçüb   Volqa   bulqarlarını  və  ya   xarici  bulqarı  təşkil  etdilər. Burada  əksəriyyəti  otuz  oğurlar  təşkil  edirdi.

On  oğurlar  macarlarla   birlikdə  Qurdun  oğlu   Bat  Bayan  başda  olmaqla   xəzərlərə  tabe  qaldılar. Bugünkü  balxarların   bunların  nəslindən  olduqları  zənn  edilir. Bat Bayanın kiçik  qardaşı  Asparux  oğulların  böyük  bir  qismi   ilə   Danuba   tərəf  getdi və  yeni  Bulqar  dövlətini   qurdular.

Danub  Bulqar  dövləti.  Asparux imperator   Konstantinin  müqavimətinə   baxmayaraq ,  Dobrucanın  cənubunda   Bulqar  dövlətini   yaratdı. Bu  dövlət  Volqa   Bulqar  dövlətindən  daha  kiçik   olduğu  halda, ondan daha çox  davam  etdi. Danub  Bulqar  dövləti  tezliklə   güclənib,  717-ci  ildə  ərəblər   İstanbulu  mühasirə  etdikləri  zaman,  bizanslılara   yardım  edib  İstanbulu  müdafiə  etdi.  Sonra  bizanslılar  bulqarların  güclənməsindən  nigaran  olub,  neçə  dəfə  onlara  hücum  etdilər  və onların   paytaxtı   Pereyaslavı   xaraba  etdilər. Lakin  Krım  xan zamanında  bulqarlar  tərəfindən  əzildilər. Krım  xan  Ədirnəyə  gəlib  İstanbulu  mühasirə  etdi,  lakin  elə  bu sırada  ağız  və  burun  qanamasından  öldü.

Krım  xan İstanbul   mühasirəsindən  əvvəl  Sofiya , Niş və  Belqradın  qalalarını   işğal  etmişdi. Krım  xanın  oğlu  Omurtak   tezliklə   bizanslılara   otuz  illik  bir  barış   müqavləsi  imzaladı. Omurtakın   dövrü  bulqarların  ən  parlaq   zamanı  olmuşdur. Omurtak  çoxlu şəhər  və  qəsəbələr  tkdirdi. Su  yolları  və  çeşmələr   çəkdirdi. Onun  at  üstündəki  mücəssəməsi  bir  yazılı  daş  ilə  Madara   qəsəbəsində  o dövrün  yadigarıdır.

Bulqarlar  yerli  xalq  ilə  qarışmaq   nəticəsində  yavaş-yavaş   slavlaşdılar. Bu  hadisə  Omurtakdan  sonra  Boris  xanın xaqan olmasından  sonra  şiddətləndi  və  yavaş –yavaş  slav  və  Bizans  təsiri  ilə bugünkü  şəklini  aldı.

İdil  Bulqar  dövləti: Böyük  Bulqar   dövlətinin   süqutundan  sonra  çoxunun   otuz oğurlar təşkil  edən   bulğarların  bir  qismi   İdil-Kama  çayları  bölgəsinə  köçdü  və  orada  bir  dövlət    təşkil  etdi. Bu  dövləti  təşkil  edən    xalq   otuz    oğurlardan  başqa   yerli  fin-oğurlar, sabarlar, xəzərlər  və  uzlardan  ibarət  idi. İdil  Bulqar  dövləti   V-XIII  əsrlər , yəni  monqol istilasına   qədər  davam  etdi. Bunlarda   əkinçilik  və  ticarət  çox  güclü  olub,   torpaqları  da  əkinçilik  üçün  çox əlverişli  idi. Həm də  Avropa  və Orta   Asiyanın   ticarət  yolu   üzərində  idi, xüsusən   Xəzər  dövlətini n    zəifləməsindən  sonra   bulqarların   vəziyyəti  daha  da   yaxşılaşdı, bulqarlar  bir  çox  şəhər  saldılar.

Volqa  Bulqar  dövlətinin  paytaxtı Bulğar şəhəri   İtil  çayının   kənarında , Volqa-Kama  çaylarının  birləşdiyi  yerin   yüz  kilometr   cənubunda  yerləşib, IX-XII   əsrlərdə  Şərqi  Avropanın  ən  mühüm  ticarət  mərkəzi  idi.

Bulqarların  şərqində  başqırdlar,  qərbində  isə  ruslar  və  burtaslar  yaşayırdılar. Bunların  haqqında  ən  çox  güvənilən  məlumat   İbn  Fədlanın  “Səfərnamə”sində   yazılmışdır. Onuncu  əsrin   əvvəlində   Bulqar  xanı   Almışın  istəyi  ilə   xəlifə  əl-Müqtədir  tərəfindən   İbn  Fədlanın  başçılığı  ilə   bir  heyət  islam  dinin   üsul  və  qaydalarını   bulğarlara  öyrətmək  məqsədi  ilə    göndərilmişdi. Bu  “Səfərnamə”də   bulğarlardan   başqa,  oğuzlar, peçeneqlər,  başqırdlar, xəzərlər  və slavlar  haqqında  da  məlumat  verilmişdir. Volqa  bulğarları  islam   qəbul  edəndən  sonra     Şərqi  Avropada  türk-islam  kültürünün  nümayəndəsi   oldular. Bulqarlar  əvvəllər  4 xanlıq  şəklində  yaşayrdılar.   X  əsrin   ortalarından  sonra   hamısı  birləşib   bir xanın   idarəsinə  girdilər.

XIII əsrin ilk  yarısında  Volqa  Bulqar   dövləti Moğol ordusu  tərəfindən  yıxıldı, Batu  xan   ordusu  Bulqar  şəhərini  50  min  əhalisi  ilə   xarabaya  çevirdi. Bu  hadisədən  sonra   bulqarlar  dağıdılmış   şəhərini   bərpa  etməyə  çalışdılar,  lakin  1240-cı ildə  Polad  Teymur   xan  tərəfindən    ikinci  dəfə  olaraq   dağıdıldılar. Üçüncü  dəfə  isə    1391-ci  ildə  Əmir  Teymur  Altın  Ordu  xanı   Toxtamışa  qarşı  hücum  etdiyi  zaman  dağıdıldı. Bundan  sonra  xalq  dağıldı. Bir  qismi  Kamanın şimalına  Qazan nəhri  boyuna  köçdü. XV  əsrin   ortalarında   buralarda  Bulqar-qıpçaq  qarışığı müsəlman  xalq  yaşayırdıkı, sonrakı  Qazan  xanlığının  əsasını bunlar  təşkil  edirdilər.

Bulqarlar  qədimdən  əkinçiliklə  məşğul  olurdular. Kama- Volqa  Bulqar  dövlətində  də əkinçilik   təsərrüfat  həyatının  əsasını  təşkil  edirdi. Bunu  arxeoloji  qazıntılar  zamanı  VII-XII əsrlərə  aid  kotan  və  biçim   alətləri   hissələrinin   tapılması  aydın  göstərir. Arxeoloji   qazıntılar  zamanı  evlərin  döşəmələrində   taxıl  quyuları  da tapılmışdır. Qeyd  edilməlidir  ki, istehsal  olunan  taxılın  bir  hissəsi  Rus  knyazlıqlarına  satılırdı. Ölkənin meşə-step  ərazisində  isə  maldarlıq  üstün  mövqeyə  malik  idi. İri çayların  sahillərində  yaşayan əhali  içərisində  balıqçılıq  mühüm  yer  tuturdu. Qurudulmuş  balıq   Mərkəzi   Asiya   şəhərlərinə   satışa  göndərilirdi.

Volqa  Bulqar  dövləti  feodal  qurum  idi. Qul  əməyi  təsərrüfatda  tətbiq olunmurdu. Dövlətin başçısı  malik, ya da  əmir  adlanır. Hakimiyyət nəsli  idi. XI-XIII  əsrlərdə   bu dövlətdə  başçılıq  etmiş 19  hökmdarın  adı   məlumdur.

Bulqarlar  921-922-ci illərdə   xəlifə   tərəfindən  göndərilmiş  İbn   Fadlan  adlı  elçinin  təklifi  ilə  islam dinin   qəbul etmişdilər. Almuş-Baltvar  islamı qəbul  etdikdən  sonra  “Cəfər ibn  Abdullah”  adını  götürmüşdü. Onun  oğlu   Mikayıl, nəvəsi  Nəsr adlanırdı. Ona  görə də  bulqarlar  animizm və  şamanizmdən  əl  çəkərək, müsəlman  olmuşdular.

Ərəb mənbələrində   bulqarlarda  müxtəlif  sənətkarlıq  növləri  barədə  məlumatlar  vardır. Arxeoloji  qazıntılar  zamanı  dəmir  və  misdən  ev  əşyalarının  nümunələri  tapılmışdır. Böyük  İpək  yolunun  bir  qolu   bulqara  gəlirdi. Ona  görə  Bulqar  şəhərləri  Mərkəzi  Asiya  və Şərqi  Avropa   ilə  intensiv  ticarət  edirdilər.

 

 

ƏDƏBİYYAT:

1.Cavad Heyət- Türklərin Tarix və Mədəniyyətinə bir baxış

2.Əsməd Muxtarova-Türk xalqlarının  tarixi  Elm 1999;

3.Lev Qumilyov- Qədim türklər Elm 1967;

YAZAR: Samirə İbrahimli
HƏMÇİNİN BAX: Laoşanq xaqanın Çinə yürüşləri
HƏMÇİNİN BAX: Tehsilim.org/tehsil-naziri-salim-atayin-rehberlik-etdiyi-numaynde-heyeti-ile-gorusub/