Botanika İnstitutunun Mikologiya laboratoriyasının əməkdaşları beynəlxalq vebinarlarda iştirak ediblər

AMEA-nın Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva, gənc əməkdaşları Elgün Mustafabəyli, Aytac Əliməmmədova, Elnarə İsgəndərli və Yaqut Yusifova FungalDB məlumat bazasının təşkil etdiyi onlayn vebinarda iştirak ediblər.

 

Qeyd edək ki, göbələklər aləmi üçün inteqrə genom və funksional genom məlumat bazası olan FungalDB tədqiqat işlərində kömək edə biləcək məlumatlar, alətlər və vizual görüntülər sistemindən ibarətdir. Bu sistemdən istifadə edilərək orqanizmdən gen səviyyəsinədək elmi suallara cavab tapmaq üçün bir çox mənbədən əldə edilən məlumatlar standart iş axınlarına görə təhlil edilir.

 

FungalDB 2011-ci ildən fəaliyət göstərir və 2015-ci ildən EuPathDB məlumat bazaları ailəsinə (Bioinformatika resurs mərkəzi) inteqrasiya olunub.

 

Mənbə: www.science.gov.az

Xəbərçi: Aytən Abbasova