BNA-dan hava şəraiti ilə bağlı vətəndaşların diqqətinə
Müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar S.Əsgərova küçəsində yol kənarındakı ağac aşıb.
Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən xəbər görə, nəticədə yolda nəqliyyat vasitələrinin hərəkətində mane yaranıb.
Vətəndaşların nəzərinə çatdırılıb ki, küləkli hava şəraitində avtomobilləri ağacların altında park etməsinlər
Mənbə:Axar.az
Müxbir:Nuray Ələkbərova