BMT-nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası artıq başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası artıq başlayıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, bu istiqamətdə BMT Baş Assambleyası tərəfindən müfaviq addımlar atılır.
O qeyd edib ki, sessiyanın gündəliyi müəyyən olunub. BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər.
Mənbə:xeber.com
Müxbir:Arzu Əliyeva