Bir millət iki dövlətin zəfər bayramı
30 Avqust tarixi 1 Millət 2 Dövlət olan Qardaş Türkiyəmizin və Can Azərbaycanımızın tarixində önəmli tarixi günlərdən biridir. Hər 2 Dövlətimizin tarixində bu gün işğalçı düşmən üzərində qazanılan qələbəyə görə Zəfər bayramı olaraq qeyd edilir. Zəfər bayramımız qutlu olsun.
İndi isə keçək bu tarixi günlər haqqındakı bilgilərə
Beləki, tarixi Türk imperiyalarından olan Türkçülük üzərinə qurulub ümmətçilik adı altında düşmən qüvvələrin təxribatı nəticəsində işğala məruz qalan nəticədə isə parçalanan Osmanlı İmperiyasının ardından işğalçılara qarşı xalqdan dəstək alaraq Kuvayi Milliyə hərəkatını başladan Qazi Paşa Mustafa Kamal Atatürkün başçılığı ilə savaş başladılmış nəticədə isə qələbə qazanılmışdır. Bu şanlı tarixi gün isə Qardaş Türkiyəmizdə Zəfər bayramı olaraq qeyd edilir. Bu günün tarixinə gəldikdə isə məlumat üçün bildirmək yerinə düşər ki, 26 Avqust 1922-ci ildə başlayan 30 Avqust 1922 gününə qədər 5 gün 5 gecə davam edən Böyük Taarruz, Türklərin kəsin zəfəri ilə nəticələnmişdir. Taarruzun planlaması böyük bir gizlilik və həssaslıq içində edilmişdir. Taarruzun dövründən Qazi Mustafa Kamal Paşa və yanındaki bir iki yaxın dostlarından başqa kimsə xəbərdar olmamışdır. Böyük Taarruz əvvəlində elə Qazi Paşa Mustafa Kamal tərəfindən əsası qoyulan Türk Millətinin söz haqqı dediyi Türkiye Böyük Millət Məclisindən 4-cü dəfə olmaq üzərə Paşaya Başkomutan ünvanı verilmiştir. Böyük Taarruz əvvəli Türkiyə Böyük Millət Məclisində muxalif olan məbuslar tərəfındən sıx tənqidlərin hədəfi olan Paşa, 26 Avqustda başlayan taarruzun qələbə xəbəri məclisə çatdırılanda bu müxalif məbuslar da ordunun uğurlarını təbrik etmişlərdir. 30 Avqustda Türk ordusunun zəfəri ile nəticələnən Büyük Taarruz həm Türkiyə Böyük Millət Məclisinde, həm də dünya xəbərlərində və xalq arasında böyük sevinclə qarşılanmış orduya, ordunun Başkomutanına uğurlarından dolayı təbrik telgrafları gəlmişdir. Zəfərdən 2 il sonra 30 Avqust 1924-cü ildə Dumlupınarda Böyük Zəfərin Başkomutanı Qazi Mustafa Kamal Atatürkün də qatıldığı bir törənlə həm zəfər qeyd edilmiş, həm də qazanllan qələbənin səbəbkarları olan Şəhidlər Qazilər anılmıştır. Törəndə Fevzi Çakmak Paşa etdiyi çıxışında Böyük Taarruzun bütün mərhələlərini qeyd etmiş, zəfərin əhəmiyyəti mövzusunda törənə qatılanlara geniş bilgi vermişdir. Ardından digər protokol çıxışları edilmiş və ən son da Qazi Mustafa Kamal Atatürk tarixi çıxışını etmişdir. Atatürk tarixi çıxışında Qazi Mustafa Kamal Paşa, Böyük Zəfərin Türk Milləti üçün nə məna kəsb etdiyini və bundan sonra gənc Türkiyə Cümhuriyətinin izləyəcəyi yol ilə əlaqədar fikirlərini söyləmişdir. Törəndə ayrıca “Meçhul Şehit Anıtı”nın təməli də atılmıştır. Bu törəndən 2 il sonra Türkiyə Böyük Millət Məclisində 1 qanun çıxarılaraq 30 Avqust tarixi Türk Ordusunun Zəfər bayramı olaraq qeyd edilir.
Bizdə isə bu günün tarixinə gəldikdə, biz Azərbaycan Türklərinin tarixində xüsusi günlərdən biri 30 avqust həm də Azərbaycanın ikinci dəfə müstəqilliyinə aparan yol, bəzi tarixçilərimizə görə isə elə müstəqillik elan etdiyi gündür. Qədim dövlətçilik ənənələrimizin davamı olaraq Dahi öndərimiz Məhəmməd Əmin Rəsulzadənin öndərliyində parçalanmış, işğal edilmiş torpaqlarımızın bir hissəsində şimalda qurulan Azərbaycan Xalq Cümhuriyyətini 70 illik rus bolşevik işğalına qarşı dirənc göstərən Xalqımızın qəhrəman Vətən övladları tərəfindən işğala qarşı başladılan Azadlıq hərəkatının nəticəsi olaraq 1991-ci ilin bu günündə o zamankı Ali Sovet demokratik qüvvələri təmsil edən fraksiyanın təkidi ilə Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası haqqında Bəyannaməni qəbul etdi. Bu tarixi sənəd 1991-ci il 18 oktyabrda müstəqillik haqqında Konstitusiya Aktının qəbuluna yol açdı. Bu baxımdan 30 avqust müstəqilliyimizin əsası qoyulmuşdur. Qeyd edimki, o zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 43 nəfər şəxs müstəqil olmanın vacib olduğunu deyir sonradan isə, 18 oktyabrda İstiqlalçı deputatlar adlanan bu şəxslər daxil olmaqla ümumilikdə 258-i səs verib. 31 deputat isə, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Digərləri isə iclasa qatılmayıb.
Yenidən qazanılan müstəqilliyimizi istəməyən düşmən güclər öz parçalanmış torpaqlarımızda farsların və rusların dəstəyi ilə qurulan əsl adları hayrik olan, lakin dünyaya biz Türklərə məxsus adla erməni kimi tanıdanların yaşadığı terrorçu ermənistana dəstək verərək xalqımıza qarşı ağır soyqırımlar törədərək Qarabağımızı işğal etməyə başladılar. Bu süni problemlə dövlət müstəqilliyimizə təhdid yaratmaq məqsədi güdürlər. Qarabağımızın 30 il davam edən işğalından sonra torpaqlarımızın işğalına qarşı aparılan 44 günlük Vətən müharibəsində öz həllini tapmağa çalışsada, yenidən rusiyanın müdaxiləsi ilə bu münaqişə hələ də davam edir.
Yazar: Alim Nuriyev
həmçinin bax: Bu gün Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür
həmçinin bax https://tehsilim.org/pese-tehsili-muessiselerine-qeydiyyatin-son-gunu/