Biosenozlar
Biosenoz ( Biotik qruplaşma) sözü iki sözün birləşməsindən yaranmışdır.“Bios”-həyat, “kaynos”- ümumi deməkdir. Biotopun sakinləri hamısı birlikdə biosenozdur. Biotop dedikdə ərtaf mühitin ekoloji mənada ən kiçik vahidi nəzərdə tutulur. Yəni canlıların yaşadığı hər hansı bir coğrafi landşaft.
Biosenoz anlayışını elmə daxil edən K.Medius, bu elmi inkişaf etdirənlər isə V.V.Dokuçev, Q.F.Morozov, Q.N.Visotskiy, V.İ.Vernadskiy və başqa alimlər olmuşlar.Biosenozlar iki qrupa ayrılır: təbii biosenozlar və antropogen biosenozlar.Təbii biosenozlar (meşə, çay, çəmənlik və s.) uzun təkamül prosesi nəticəsində əmələ gəlir, ona görə də davamlı və stabildirlər.Antropogen biosenozlar (tarla, bağ, kənd, şəhər və s.) qısa vaxtda yaradılır, özü də çox dinamikdir.
Biosenozların yaranması və mövcudluğunun əsası orqanizmlərin eyni biotopda yerləşərək bir-birilə əlaqəsindən ibarətdir.Bu əlaqələr növlərin qruplaşmasında əsas yaşama şəraitini, qida əldə etməsini və yeni ərazilər zəbt etməsini müəyyənləşdirir.
Biosenozu öyrənmək üçün nümunə sahələri seçilir.Həmin sahələrdə ekoloji şərait kompleks şəkildə öyrənilir.Ekoloji şərait dedikdə torpaq, xəzəl, göl, çəmən, çay, fauna və flora nəzərdə tutulur.Keyfiyyət və kəmiyyət göstəriciləri oxşar olan nümunə sahələrinin cəminə biosenoz demək olar.
Böyük bir iqlim bölgəsində olan biosenozların cəminə biom deyilir.Biesenozların sərhəddini müəyyən etməklə biomların sərhəddini müəyyən etmək arasında eynilik var.Lakin biomun xarakteristikası daha genişdir.Ümumi iqlimdən əlavə həmin ərazinin canlı aləmlərini də əhatə edir.Su biomu da bir neçə su biosenozunu özündə birləşdirir.
Biosenozun müxtəlifliyinin səbəbi çoxdur: onun tarixi, iqlim torpaq, coğrafi xüsusiyyət, məhsuldarlıq, yırtıcılıq, xəstəliklər və s. Köhnə biosenoz bir qayda olaraq, cavan biosenozdan zəngin olur.Qütblərdən ekvatora doğru və dağlardan düzənliyə endikcə biosenozda növlərin sayı çoxalır.Adaların biosenozu materiklərə nisbətən kasıb olur.
QAYNAQ:
1)Ümumi ekologiya (R.R.Əhmədova və A.E.Hüseynova)
2)Ekologiya ətraf mühit və insan (Q.Məmmədov və M.Xəlilov)
YAZAR: Günel Qardaşova
HƏMÇİNİN BAX: Ekologiya elminin inkişaf tarixi
HƏMÇİNİN BAX: Tehsilim.org/ozbekistanda-xalq-tehsili-mutexessisi-proqrami-heyata-kecirilecek/