Bioloji həyatın əsas xüsusiyyətləri

Bütün məlum orqanizmlər müəyyən ümumi xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər böyük ölçüdə  həyat dedikdə, nə demək istədiyimizi müəyyən edir.

Aşağıdakı əsas xüsusiyyətlər yerdəki  bütün orqanizmlərə xasdır.

Hüceyrə quruluşu: Bütün orqanizmlər bir və ya bir neçə hüceyrədən ibarətdir,- membranlarla əhatə olunmuş  mürəkkəb,  mütəşəkkil  molekullar toplusu.
Həssaslıq: Bütün orqanizmlər stimullara cavab verir – baxmayaraq ki, həmişə eyni stimullarla eyni şəkildə deyil.
Böyümə: Bütün canlılar enerji alır və onu böyümək üçün istifadə edir, bu prosesə maddələr mübadiləsi deyilir. Bitkilər, yosunlar və bəzi bakteriyalar fotosintez vasitəsilə CO2 və H2O-dan kovalent karbon bağları yaratmaq üçün günəş işığından istifadə edirlər. Kovalent bağlarda enerjinin bu şəkildə ötürülməsi yer üzündəki bütün həyat üçün vacibdir.
İnkişaf: Çoxhüceyrəli orqanizmlər böyümə və yetişmə zamanı sistematik genetik dəyişikliklərə məruz qalırlar.
Çoxalma: Bütün canlılar çoxalır və xüsusiyyətləri bir nəsildən digərinə ötürür. Bəzi orqanizmlər çox uzun yaşasa da, bildiyimiz qədər heç bir orqanizm əbədi yaşamır. Bütün orqanizmlər öldüyü üçün çoxalmadan həyat mümkün deyil.
Tənzimləmə: Bütün orqanizmlərin daxili prosesləri koordinasiya edən tənzimləmə mexanizmləri var.
Homeostaz: Bütün canlılar ətraf mühitdən fərqli nisbətən sabit daxili şəraitə malikdirlər.


Vərəsəliyin əsas rolu:
Bu xüsusiyyətlər həyatı təyin etmək üçün kifayət edirmi? Böyüyən və çoxalan membranla əhatə olunmuş varlıq canlıdırmı? Mütləq deyil. Sabun qabarcıqları və proteinoid mikrosferləri öz-özünə kiçik həcmli suyu əhatə edən içi boş köpüklər əmələ gətirir. Bu kürələr enerji emal edən molekulları əhatə edə bilər, lakin onlar da böyüyə və bölünə bilər. Bu xüsusiyyətlərə baxmayaraq, onlar, şübhəsiz ki, canlı deyillər. Deməli, indi sadalanan meyarlar həyat üçün zəruri olsa da, həyatı müəyyən etmək üçün kifayət deyil. Bir tərkib hissəsi çatışmır – təkmilləşdirməni təmin etmək üçün bir mexanizm.

İrsiyyət: Yer üzündəki bütün orqanizmlər DNT adlı uzun, mürəkkəb molekulun təkrarlanmasına əsaslanan bir genetik sistemə malikdir. Bu mexanizm zamanla uyğunlaşma və təkamül etməyə imkan verir və canlıların xüsusiyyətlərini də fərqləndirir.

Həyatın tərifimizdə irsiyyətin rolunu anlamaq üçün bir anlığa proteinoid mikrosferlərə qayıdaq. Tək bir mikrokürəni tədqiq etsək, onu məhz həmin anda görəcəyik, lakin onun sələfləri haqqında heç nə öyrənməyəcəyik. Eynilə, gələcək damcıların necə görünəcəyini təxmin etmək mümkün deyil. Damcılar dəyişən mühitin passiv əsirləridir və bu mənada onlar yaşamırlar. Həyatın mahiyyəti dəyişiklikləri qavramaq və dəyişikliklərin nəticələrini təkrar etmək bacarığıdır. Buna görə də miras canlı və cansız arasında böyük fərqin əsasını təşkil edir. Dəyişiklik yeni nəslə ötürülməzsə, təkamülə çevrilmir. Genetik sistem həyat üçün kifayət qədər şərtdir. Bəzi dəyişikliklər davam edir, çünki onlar düşmən dünyada sağ qalmaq şansını artırır, digərləri isə itirilir. Həyat təkcə təkamül etməyib – təkamül həyatın mahiyyətidir.

Bütün canlılar əsas xarakteristikalarını bölüşür: Yer kürəsi təxminən 4.6 milyon il əvvəl isti ərimiş daş kütləsindən yarandı.Soyuduğu üçün onun atmosferində mövcud olan su buxarının çox  hissəsi  qatılaşaraq suya çevrildi,hansı ki yer səthində kimyəvi cəhətdən zəngin olan okeanlarda toplandı.Həyatın mənşəyi ilə bağlı ssenarilərdən biri də budur ki, o, bu nəmli, isti iyli ammonyak dumanı,formaldehid, qarışqa turşusu,siyanid,metan,hidrogen sulfid və təbii hidrokarbonlardan  yaranmışdır.İstər okeanların kənarında, hidrotermal dərin- dəniz kanallarında, və ya başqa yerlərdə, tətqiqatçıların ümumi fikir birliyinə görə həyat bu erkən sulardan 4 milyard ildən daha az bir müddətdə kortəbii olaraq yaranmışdır.Bunun necə baş verdiyi isə gizli olaraq qalır.Heçkəs bizdə daxil olmaqla dünya üzərində olan bütün canlıların sonunda   yaranmasına rəhbərlik edən ik addım haqqındakı müəyyən maraqdan qaça bilməz.Erkən okeanlarda fırlanan mürəkkəb molekullar organizmlərə necə çevrildi?

Həyat nədir? Bu suala keçməzdən öncə, bir şeyi “yaşayan” olaraq xarakterizə edən şeyləri nəzərə almalıyıq.Həyat nədir? Bu suala geniş  cavab vermək çətindir,çünki həyat özü asan anlayış deyil.Əgər “həyat” sözünün tərifini yazmağa çalışsaq,terminlərin boş-boş istifadə edilməsinə görə bunun asan bir iş olmadığını görəcəyik.Təsəvvür edin ki, iki kosmonavt planetin səthində qeyri-müəyyən geniş bir kürəciklə rastlaşır.Onlar bunun canlı olduğunu necə müəyyən edərdilər?

Hərəkət: Kosmonavtların edə biləcəyi ilk işlərdən biri, onun hərəkət edib-etmədiyini görmək üçün kürəciyi müşahidə etməkdir.Heyvanların çoxu hərəkət edir,amma bir yerdən başqa yerə hərəkət həyat göstəricisi deyil.Çox bitki və hətta bəzi heyvanlar demək olar ki hərəkət etmir, amma bir çox obyekt məs. Bulud hərəkət edir.Hərəkətin varlığı nə elə vacib(bütün canlıların sahib olduğu),nə də yetərli(yalnız həyatın sahib olduğu) deyil.

Həssaslıq: Kosmonavtlar onun cavab reaksiyasını görmək üçün kürəciyi tərpədərdilər. Demək olar ki, bütün canlılar stimullara cavab verir. Bitkilər işığa doğru böyüyür və heyvanlar alovdan geri çəkilir.Amma bütün stimullar cavab vermir.Bir ağaca təpik vurduğunuzu və ya qış yuxusuna gedən ayıya mahnı oxuduğunuzu təsəvvür edin.Bu aspekt , baxmayaraq birincidən üstündür,həyatı müəyyən etmək üçün qənaətbəxş deyil.

Ölüm:Kosmonavtlar kürəciyi öldürməyə  çalışardılar.Bütün yaşayan canlılar ölür,cansız obyektlər isə yox.Ölüm asanlıqla qarışıq salınır,lakin bir maşın xarab olursa o ölmür.Çünki canlı deyil.Ölüm sadəcə olaraq həyatın itirilməsidir,bu dolayı təriflərdən yaxşıdır.İnsan həyatı aşkar edə bilmədikdə, ölüm mənasız konsepsiyadır  və buna görə də həyatı təyin etmək üçün çox qeyri-adekvat meyardır.

Mürəkkəblik:Sonda, kosmonavtlar  təşkilinin mürəkkəbliyini görmək üçün kürəciyi bölərdilər.Bütün canlılar mürəkkəbdir. Hətta ən kiçik bakteriya  çoxlu mürəkkəb strukturlardan təşkil edilmiş heyrətləndirici molekullar silsiləsindən ibarətdir.

Kürəciyin canlı olub-olmadığını müəyyən etmək üçün kosmonavtlar onun haqqında çox şeylər öyrənməlidirlər. Yəqin ki, onların edəcəyi ən yaxşı şey onu çox diqqətlə gözdən keçirmək və bizim tanış olduğumuz orqanizmdirmi və elədirsə hansı cəhətdən bizə tanış olduğunu müəyyən etməkdir.

QAYNAQ: Raven Jonhson and McGraw Hill- The Science of Biology
TƏRCÜMƏÇİLƏR: Zöhrə Əmrah və Aytac Quliyeva
HƏMÇİNİN BAX: Torpağın rekultivasiyası
HƏMÇİNİN BAX: Tehsilim.org/toefl-ibt-propell-praktik-telimi/