Biocoğrafiyanın inkişaf mərhələləri və biocoğrafiyanın əsas anlayışları
Biocoğrafiya – Yer kürəsinin müxtəlif rayonlarında bitki ,heyvan və mikroorqanizmlərin yayılma və yerləşmə qanunauyğunluqlarını öyrənir. Bu elmin əsas məqsədi mühit amilləri ilə yanaşı orqanizm qruplarının ayrı –ayrı komponentlərinin qarşılıqlı əlaqələrini tədqiq etməkdən ibarətdir. Buna görə də biocoğrafiya orqanizmlərin ,onların populyasiyalarının və qruplarının məskunlaşdığı mühiti tədqiq edən Ekologiya ,orqanizmlərin dinamikasını ,quruluşunu və təsnifatını araşdıran-Biosenologiya ilə sıx əlaqəyə malikdir. Ekoloji və biosenotik tədqiqat sahələrinin səmərəli nəticələri Biocoğrafiyanın əsas tədqiqat sahəsi olan və orqanizmlərin taksonomik vahidlərini müəyyənləşdirən –Xorologiyadan çox asılıdır. Biocoğrafiyanın əsas tədqiqat obyekti canlı orqanizmlər ,tədqiqat sahələri-xorologiya ,biosenologiya və ekologiyadan ibarətdir.
Biocoğrafiyanın əsas anlayışları deyəndə nəyi başa düşməliyik? Deməli,hər bir elmin əsas anlayışı olduğu kimi biocoğrafiya elmi də əsas anlayışlara malikdir.
Bizə məlumdur ki, biocoğrafi rayonlar bir-birindən ərazilərində yayılan bitki ,heyvan, müxtəlif göbələklər və mikroorqanizmlərin tərkibinə görə fərqlənirlər. belə ki, Avropa qitəsinin orta enliyi üçün ağaclardan Avropa şamı ,Avropa küknarı ,adi şam ,fısdıq,ağ palıd,söyüd,ağ şam ; kollardan-yemişan,tozağacı, yabani üzüm ; efemerlərdən –zümrüdçiçəyi ,əsmə; bozqırlardan – şiyav, topalotu, nazikayaq, polinniya , qaz soğanı ,bulaq otu qurdboğan ,qaytarma ; bakteriyalardan –azot bakteriya, nitrobakteriya, müxtəlif saprofit və xəstəliktörədən mikroblar səciyyəvidir.
Müəyyən ərazidə məskunlaşmış bitkilərin ,mikroorqanizmlərin və göbələklərin məcmusu flora adlanır. Mövcud ərazi üçün heyvanat aləminin müxtəlif növləri məməlilərdən adi dələ , qonur ayı, çöl donuzu, dovşan ; quşlardan tetraquşu, bildirçin, ağacdələn, bülbül, qarğa; sürünənlərdən- adi koromal, ayaqsız kərtənkələ ; onurğazıslardan- cırcırama ,kəpənək,yağış soğulcanı və s.səciyyəvidir.
Müəyyən ərazidə məskunlaşmış heyvan növlərinin məcmusuna fauna deyilir. Bu və ya digər ərazilərdə yayılmış flora və faunanın məcmusu biota adlanır.
Müəyyən ərazidə formalaşan bitkilər, göbələklər , mikroorqanizmlər və heyvanlar bir-birinə müxtəlif təsir edir və müxtəlif münasibətlər göstərirlər. hər hansı ərazidə məskunlaşan belə orqanizmlər qrup yaradır. Yer kürəsində belə qruplar müxtəlifdir. İynəyarpaqlı meşə sahəsi ,Kür-Araz ovalığı , Talışın suptropik hissəs, Amazonka hövzəsində rütubətli subtropik meşə və bu kimi orqanizmlər məcmusu yayılan coğrafi ərazilər qrupların areallarını təşkil edir.
Ayrı-ayrı zona və yarımzonaların qrupların məcmusua biom deyilir. Xarici ölkələrdə geniş tətbiq edilən bu termin MDB ölkələri ədəbiyyatında son illərdə istifadə edilməyə başlamışdır.
Beləliklə bitki örtüyü və heyvanat aləminin məcmusu Biosenoz adlanır.
Materiklərdə landşaft xüsusiyyətlərinə görə uyğun olan ayrı-ayrı regionlar müxtəlif biotaya malik ola bilər. Avropanın enliyarpaqlı meşələri üçün meşə və bağ süleysini , adi dələ , adi bayquş , çal və yaşıl ağacdələn , ağac qurbağası , xirdayarpaq cökə, ağcaqayın , kollardan-fındıq ,otlardan-mələkotu , cigərotu, topalotu, ballıca, Şimali Amerikanın enliyarpaqlı meşələri üçün –dişli şabalıd, dağ laləsi, tüklü bənovşə, qora , tüklü günəbaxan , heyvanlarda- oxlu kirpi, Amerika daləsi, opossum , əyriburun , ağadalən və s. biota qrupları regiondan asılı olaraq bir-birindən xeyli fərqlənir.
Biogenoz- orqanizmlərin yayılması və inkişafı üçün labüd olan landşaft parsası, ekosistem- canlı orqanizmlə ətraf mühit amillərinin qarşılıqlı əlaqəsi , ekotop- ərazinin torpaq,qrunt,torpaq, mikroiqlim və s.amillərə münasibətinə görə orqanizmin məskunlaşdığı ərazi, genefond- taksonların irsi xüssusiyyətinin daşıyıcısı , fatsiya – birtipli landşaftı əks etdirən ən kiçik coğrafi kateqoriya , invaziya – orqanizmlərin qeyri-dövri yerdəyişməsi , konsorsiya – orqanizmlərin öz həyat fəaliyyətində yaşıl bitkilərdən istifadə etməsi , populyasiya- növün elementar quruluş vahididir, fenaloi hal- bitkilərin fəsillər üzrə xarici görünüşünü dəyişməsidir.
Biocoğrafiyanın inkişaf mərhələləri. Biocoğrafiyanın inkişafının və məlumatlarının elmi əsaslarla təhlilinin ətraflı təşkili , tarixi geologiya və poleontologiya elmlərinin məlumatlarından istifadə etməyin zəruri olduğuna əsas verir. Planetimizin keçmişi haqqında biliklər toplusu (bura daxildir- materik və okeanların müxtəlif geoloji dövrdə vəziyyəti, iqlim dəyişkənliyi , bitki və heyvan qalıqlarının tapıntıları) biocoğrafi orqanizmlərin müasir yayılma səbəblərini yalnız ekaloji xüsusiyyətlərə görə deyil, onların geoloji keçmişinə əsasən izah etməyə imkan verir.
Biocoğrafi tətqiqatlara əsaslanaraq biocoğrafiyanın tarixində aşağıdakı inkişaf mərhələlərini ayırmaq olar:
- XVI əsrin başlanğıcına qədər toplanmış müxtəlif məlumatlar dövrü.
- XVI əsrin başlanğıcı –XVIII əsrin sonuna qədər dünyada fauna və flora məlumatlarının dini əsaslarla toplanması dövrü .
- XVIII əsrin ortalarını əhatə edən , batoniki –zoocoğrafi işlərin əlaqələndirildiyi təbii fəlakətlər nəzəriyyəsinin hakimliyi dövrü .
- XIX əsrin ikinci yarısında Darvin nəzəriyyəsi əsasında biosenologiyanın yaranması batoniki-coğrafi , zoocoğrafi , ekoloji tədqiqatların güclü inkişaf dövrü.
- XX əsrin ortalarına qədər bitki qrupları haqqında təlimin işlənməsi , batoniki- coğrafiya və zoocoğrafiyanın tarixi və ekoloji istiqamətlərinin dialektik materializmlə mübarizə şəraitində tətqiqi dövrü.
- XX əsrin ortalarından başlayaraq müxəlif dövlətlərin hakim ideyalarına əsaslan vahid biocoğrafiyanın inkişafı dövrü.
1. Qədimdə bitki və heyvan növləri insanlara çox az məlum idi. Bitki və heyvan növlərinə eramızdan əvvəl yaşamış bəzi tədqiqatçıların əsərlərində az-çox təsadüf olunurdu. Eramızdan əvvəl XII-VIII əsrlərdə Homerin mahnılarında 63, e.ə. 460-377- ci illərdə Hippokratın “Təbabətin atası” əsərində-236 bitki adına , eramızdan əvvəl 370-ci ildə anadan olmuş Feofrastın əsərlərində -500 bitki növünün adı çəkilir. O dövrün tədqiqatçıları Yer kürəsinin coğrafi baxımdan birtipli,qismən kiçik əraziləri məlum olduğundan heyvan və bitki növlərindən geniş məlumat toplaya bilməmişlər. keçmişin ilk batoniki hesab edilən Feofrastın əsərlərində mühitin bitkiyə təsiri ilə əlaqələndirilmiş batoniki-coğrafi ideyalara təsadüf edilir.
Eramızdan əvvəl IV əsrdə M.İsgəndərin , e.ə. III və b.e IV romalıların hücumları qədim tədqiqatçı dairəsini genişləndirməklə yanaşı dünyanın bitki və heyvanat aləmi haqqında məlumatların toplanmasına şərait yaratdı. Orta əsrlərdə isə elm dinin təsiri altında olduğundan canlıların mövcudluğuna təbiətşünasların ilahi qüvvəyə daha çox meyl etdikləri nəzərə çarpır. Ancaq bu sahədə Marko Polo , Albert Bolştatski kimi səyahətçilərin əldə etdikləri məlumatlar biocoğrafi biliklərin inkişafına və yaranmasına şərait yaratmışlar.
2.Avropada feodalizmdən fərqli olaraq kapitalizmin formalaşması ölkələr arasında əlaqələrin genişlənməsinə imkan verdi. 1498-ci ildə Hindistana dəniz yolunun kəşfi digər coğrafi kəşflərə yol açdı. Uzaq ölkələrdən yerli bitki və fərqli növlərin gətirilməsi eyni vaxtda tədqiqatçılarda öz ölkələrinin təbiətinin öyrənmək məsələsində həvəs yaratdı. Nəticədə, 1333-cü ildə Venesiyada ,1525-ci ildə Paduyada ,1544-cü ildə Piza şəhərində batonika bağları yaranmağa başlayır.
XVI əsrin başlanğıcında məlum olan növlərin sayları çoxalır,bitki və heyvan sistematikası haqqında xeyli məlumat toplanır. VVIII əsrdə biologiya elminin sonrakı inkişafında əsaslı rol oynayan İsveç alimi K.Linney tərəfindən “Təbiətin sistemi” monoqrafiyası dərc edilir.
Yalnız XIX əsrdə batoniklərlə və zoocoğrafların elmi maraqlarını sahələr üzrə ayırmaq mümkün oldu. 1743-cü ildə K.linney bitki və heyvanat aləminin coğrafi qanunauyğunluğu ilə dini əfsanələr arasında əlaqə yaratmağa səy göstərərək ,vahid törəmə mərkəzinə malik olan orqanizmlərin coğrafi zonallıq üzrə dəyişdiyini izah edir.
3.Bu dövrün tədqiqatçısı A.Humbolt hesab edilir. A.Humboltun əsərlərinin əksəriyyəti botaniki coğrafiya sahəsinə həsr edilməsinə baxmayaraq onu zoocoğrafiyanın ilk yaradıcısı hesab etmək olar. 1799-1801-ci illər ərzində Humboltun Bonplanla birgə mərkəzi və Cənubi Amerikada apardıqları tədqiqatlarının nəticələrinə istinad edərəkn,ilk dəfə bitkilərin iqlimdən asılı olaraq yayıldığını göstərdi. əsasən yabanı bitkilər və təbii bitki qrupları ilə məşğul olan Humbolt mədəni bitkilərin coğrafi yayılması sahəsində müəyyən tədqiqatlar aparmış , elmin bu sahəsinin gələcək inkişafı üçün tədqiqat istiqamətini gğstərmişdi.
Nəhayət ,üçüncü mərhələdə tarixi batoniki-coğrafiya məsələlərinin işlənməsinə başlanır. Bu sahədə o dövrün nəhəng batoniki-coğraflarından fransız-O.Dekandolu,ingilis D.Qukeri və b.göstərmək olar.
Beləliklə,XIX əsrin ortalarında botaniki coğrafiya və zoocoğrafiyanın əsas istiqamətləri inkişaf etməyə başlayır və məhz bu inkişaf mərhələsində C.Darvinin təkamül nəzəriyyəsi meydana gəlmişdir.
4. 1859-cu ildə Çarlz Darvinin” Növlərin təbii seçmə yolu ilə yaranması” adlı əsəri o dövrdə biologiyanın bütün nailiyyətlərinə , o cümlədən batoniki coğrafiya ilə zoocoğrafiyanın biocoğrafi vəhdətini təşkil edən dəlillərə əsaslanırdı. Müəllif “Növlərin yaranması” əsərində XII və XIII fəsilləri tğrəmə nəzəriyyəsinin əsası kimi bitki və heyvanların coğrafi yayılmasına həsr etmişdir.
Ç.Darvinin biocoğrafiyanın inkişafında ən qiymətli dikirlərindən biri orqanizmlərin yayılma qanunauyğunluğunun təyini nəzəriyyəsidir. Bu nəzəriyyədən sonra tədqiqatçılar Yer kürəsinin müxtəlif bölgələrində yayılmış orqanizmlərin hansısa qüvvə tərəfindən deyil, Yer kürəsində gedən təbii parçalanmalar, növlərin aramsız inkişafı və zamandan asılı dəyişməsi nəzəriyyəsinə tərəfdar çıxmağa başlayırlar.
Rusiyada batoniki coğrafiyanın inkişafında İ.Q.Borşakovun bitkilərin inkişafında iqlim və torpağın roluna həsr edilmiş “Aral-Xəzər” ölkəsinin batoniki coğrafiyası üçün materiallar” əsəri xüsusi əhəmiyyət kəsb edir.
5.Bu dövrdə flora və fauna ,batoniki coğrafiya və zoocoğrafiyanın tarixi və ekoloji əsaslarla işlənməsi başlanır və külli miqdarda faktiki məlumatlar əldə edilir, bitki örtüyü haqqında təlim işlənib hazırlanır. Artıq 1920-ci ildə Moskva Dövlət Universitetinin coğrafiya fakültəsində S.Q.Qriqoryev tərəfindən biocoğrafiya kursunun tədrisi başlanır. Bu biocoğrafi məlumatların təşkili üçün ilkin təşəbbüs hesab edilir. V.V.Dokuçayevin təbii zonalara hər edilmiş təlimi, coğrafi landşaftlar haqqında L.S.Berqin kimi təlimi nəzəri coğrafiyanın inkişafında əsaslı dönüş yaratmaqla onu gətirib çıxartdı ki, batoniki coğrafiya və zoocoğrafiya biologiya ilə əlaqəli olsa da , daha çox coğrafiya elmləri dairəsinə yaxınlaşdı.
6.Biocoğrafiyanın bu inkişaf mərhələsi XX əsrin 60-cı illərindən başlanır. Bu dövr ümumi dövr ümumi biocoğrafi qanunauyğunluqların formalaşması , biocoğrafiyaya artan marağın güclənməsi və sərbəst biocoğrafi tədqiqatların labüdlüyü dövrü kimi başlanmışdır. Biocoğrafiyanın sürətli inkişafına təkan verən əsas istiqamətlərdən biri özündə ekoloji və biocoğrafi problemlərin işlənib hazırlanmasını cəmləşdirən Beynəlxalq “ insan və biosfer” proqramından ibarətdir.
Bu dövrdə rus tədqiqatçıları ilə yanaşı xarici ölkə alimləri də biocoğrafiya sahəsində xeyli iş görmüşlər . 1965-ci ildə Kayonun “Dünyanın biocoğrafiyası” ingilis dilində ,1965-ci ildə Kadaranın “Biocoğrafiya” –macar dilində ,1972-ci ildə R.Kelinesku, A.Benesku və M.N.Petroeskunun “Biocoğrafiya”- rumin dilində ,1971-ci ildə B.Seddonanın “Biocoğrafiyaya giriş”-ingilis dilində əsərləri artıq çapdan çıxmışdır.
Yazar: Aygün Məmmədova