Biheviorizm və iradə azadlığı məsələsi

Biheviorizm və iradə azadlığı məsələsi yanaşma baxımından fərqli olsalar da, əslində həm struturalizm, həm də funksionalizm ağılın tədqiqatı hesab olunurdular. Digər tərəfdən, biheviorizm məktəbi ilə əlaqəli olan psixoloqlar, davranışı anlamaq üçün introspeksiyadan istifadə etdikləri zaman qarşılaşdığı bir sıra çətinliklərə cavab veriblər. Biheviorizm şüurun obyektiv öyrənilə bilməmək səbəbinin zəminini təyin edən psixologiya məktəbidir, buna görə də psixoloqlar öz diqqətini davranışın öyrənilməsinə yönəltməlidilər. Bihevioristlər hesab edillər ki, insan zehni – stimulların göndərildiyi və cavabların qəbul olunduğu “qara qutu” kimidir.

Psixoloqlar iddia edilər ki, qutuda nə baş verdiyini anlamağa çalışmağın mənası yoxdu, çünki zehnin dərinliyində baş verən prosesləri bilmədən belə hərəkətlərin istiqamətini öncədən təxmin etmək olar. Üstəlik, bihevioristlər hesab edillər ki, müxtəlif davranışları izah edə biləcək öyrənmə qanunlarını etdirmək mümkündür. İlk biheviorist amerikalı psixoloq Con Uotson (1878-1958)  olmuşdur. Uotsona təsir edən rus fizioloqu İvan Pavlovun (1849-1936) itlərdə əvvəllər qidanın verilməsi ilə əlaqələndirilən ağız suyunun zəng səsinin vasitəsi ilə ifrazatı kəşfi idi. Uotson və digər bihevioristlər insanların və digər orqanizmlərin öz çevrəsində yaşadıqları hadisələrin müəyyən davranışlara necə səbəb ola biləcəyini izah etmək üçün bu fikirlərdən istifadə etməyə başladılar. Məsələn, Pavlovun itlərnən bağlı tədqiqatlarına baxsaq, görərik ki, reflektor səbəblərdən ( yemək, ya da zəng səsi) itlərdə tüpürcək ifrazatına səbəb olur.

Uotson öz tədqiqatlarında müəyyən edib ki, uşağın qorxuya səbəb olmayan obyektlərin mövcudluğunda sistematik qorxu təsirinə məruz qalması, uşağın stimulun mövcudluğuna qorxu hissi ilə yanaşmasına səbəb ola bilər. Ən məşhur tədqiqatarın birində sınanılan subyekt qismində 8 aylıq “Balaca Albert” istifadə edilmişdi. Nəticənin qısa məzmunu:

Oğlanı otağın ortasına yerləşdirdilər; Yanına ağ laboratoriya sıçovulu qoyulmuş və onunla oynamağa icazə vermişdilər. Uşaq sıçovuldan qorxmurdu. Sonraki sınaqlarda tədqiqatçılar Albertin arxasında yüksək səs çıxararaq, hər dəfə uşaq siçovula toxunduqca çəkiclə polad çubuğa vururdular. Uşaq səsi eşidəndə ağladı. İki stimulun bir neçə birləşməsindən sonra siçovulu uşağa yenidən göstərdilər. Ama bu dəfə o, ağlayaraq siçovuldan qaçmağa çalışıb. Bihevioristik yanaşmaya  uyğunn olaraq, oğlan ağ sıçovulu yüksək səs nəticəsində ağladığı faktorunu əlaqələndirməyi öyrənmişdi.

 

Ən məşhur biheviorist biheviorizm prinsiplərini genişləndirən və ,eyni zamanda,  onları geniş ictimaiyyətin diqqətinə çatdıran Burhus Frederik Skinner (1904-1990) idi. Skinner, göyərçinləri və digər heyvanları yetişdirmək məqsədi ilə mükafat və  möhkəmləndirmə ilə birgə stimul və reaksiya ideyasından   istifadə . O, uşaqların ən yaxşı şəkildə necə öyrədilməli və sülhsevər və xeyirli cəmiyyətlər necə yaradılmalı haqqında nəzəriyyələr hazırlamaq üçün biheviorizmin ümumi prinsiplərindən istifadə etmişdi.

Hətta, Skinner bihevioristik yanaşmadan istifadə edərək, düşüncə və hisslərin öyrənilməsi metodunu inkişaf etdirmişdi. Bihevioristlər qavrama prinsiplərini müəyyən etməklə psixologi sahəsinə mühüm töhfələr vermişlər. Bihevioristlər düşüncələrin və hisslərin ölçülə bilinməyəcəyinə dair fikirlərində səhv olsalar da, onların ideyaları təbiət haqqında müzakirə anlayışımızı dərinləşdirməyə və iradə azadlığı məsələsini inkişaf etdirməyə kömək edən yeni anlayışlar təmin etdilər. Biheviorizmin ideyaları psixologiya sahəsində mühüm rol oynayır və bu sahədə əvvəlki təcrübələrin rolunu daha yaxşı anlamağa yardım etmək üçün incələnib hazırlanmışdı.

QAYNAQ: Girma Lemma- General Psychology
TƏRCÜMƏÇİ: Kəmalə Osmanova
HƏMÇİNİN BAX: Hunlarda dövlət təşkilatı: Məclis
HƏMÇİNİN BAX: Tehsilim.org/baba-veziroglu-bdu-telebeleri-ile-gorusub/