Bəzi şəhər və rayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Mənbə: Azərtac
Müxbir:Jalə Hüseynova