Beynəlxalq siyasətdə qadınların yeri

Beynəlxalq siyasətdə qadınların yeri.Qlobal siyasət sahəsinin ortaya çıxmasından bəri dövlət mərkəzli güc, suverenlik, müharibə, sülh, maraq, təhlükəsizlik kimi anlayışlar kişilərlə və maskulənliklə eyniləşdirildi. Soyuq müharibədən sonrakı dövrdə siyasətin ümumi konyunkturası da dəyişmişdir. Beləliklə, bu sahəyə yeni anlayışlar, yeni perspektivlər və yeni tənqidlər əlavə edildi. Yaranan yeni səslərdən biri beynəlxalq münasibətlərə feminist yanaşma oldu və bu nəzəriyyənin tərəfdarları beynəlxalq siyasətdə qadınların yerini soruşmağa başladılar. Beynəlxalq siyasətdə qadınların rolu nədir? sualı ətrafında nəzəriyyələrini inkişaf etdirdilər.

Dünya miqyasinda Marqaret Tetçer, Benazir Bhutto, Hillary Clinton, Ellen Johnson Sirleaf, İndira Gandi və Angela D. Merkel kimi güclü siyasi simalar olduğunu görsək də, beynəlxalq siyasətdə qadınların mövqeləri qeyri- bərabər və problemlidir.

Kişi və qadının rollarının cəmiyyət tərəfindən qəti şəkildə müəyyən edildiyi bir dünyada qadınlar çətin olsa da, siyasi səhnədə yer tapa bilərlər. Ancaq bu təmsilçilik bəzi problemlər və çətinliklər gətirir.

Suverenlik, hegemonluq və kişilik kimi təriflərlə xarici siyasətin izah edilməsi nəticəsində maskulənlik dəyərləri ön plana çıxır və qərar qəbul edənlər çox vaxt kişilər olur. Bəzən qadın siyasətçilər “dominant maskulənlik” anlayışının arxasında gizlənərək səhnəyə çıxa bilmişlər. Məsələn, İngiltərədə uzun müddət baş nazir vəzifəsini icra edən Tetçer kişilik mövqeyini möhkəmləndirən təxəllüs olan “Dəmir Lady” ləqəbindən istifadə etdi. Bundan əlavə, Tetçer işlədiyi dövrdə heç bir qadına nazirlik bölmələrini tövsiyə etməmişdir.

Başqa bir problem, dünyanın əksər ölkələrində parlamentdə kişilərin üstünlük təşkil etməsidir. Yalnız Almaniyada deyil, bütün Avropada ən uzun müddət çalışan qadın lider olan Merkelin nümunəsi belə bu problemin varlığını şübhə altında qoymur. Güclü şəxsiyyəti və maskulən mövqeyi ilə uzun illərdir baş nazir olan Merkelin ölkəsində də aktiv siyasətlə məşğul olan qadınların sayında ciddi azalma baş verir.

Müsəlman ölkələri arasında ilk qadın baş nazir olan Benazir Bhutto gənc, müvəffəqiyyətli və savadlı bir qadın idi. O, uzun illər boyu kişilərin üstünlük təşkil etdiyi siyasi təşkilatlara və köhnə siyasətçilərə qarşı mübarizə apararaq nazirlik etmişdir. Bhuttonun sui-qəsd nəticəsində ölməsindən sonra yeni bir qadın aktor hakimiyyətdə təmsil olunmamışdır. Onu qeyd edim ki, Pakistanda qadınların siyasi həyatında heç bir irəliləyiş olmamışdır.

BMT tərəfindən hazırlanan “Siyasətdə qadınlar 2017” sənədinə əsasən dünyada parlamentlərdə qadınların nisbəti 23 %-dir. Parlamentdə qadınların ən çox iştirak etdiyi bölgə 41,7 %-lə Skandinaviya ölkələri olduğu halda, Ərəb ölkələri və Sakit okean ölkələri sonuncu yeri tutur.
Siyasi səhnədəki qadınların sayının az olmasının səbəbləri gender ictimailəşmə prosesi, qadınlardakı situasiya məhdudiyyətləri, qadınlara qarşı yaradılan əngəllər və xarici siyasət sahəsinin xüsusiyyətləri ilə izah edə bilərik.

Yazar: İsmayılova Mələkxanım
Mənbə:

1)https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.longdom.org/open-access/in-international-relations-w-stands-for-women-in-why-and-nowhere-2332-0761.1000S2.005.pdf&ved=2ahUKEwjx-umX_pfrAhVthosKHaiaBicQFjAIegQICRAB&usg=AOvVaw3X3Y4JOTa1g6xTC2nxo5r2&cshid=1597311947115

2)https://m HYPERLINK “https://m.bianet.org/bianet/toplumsal-cinsiyet/185021-siyasette-kadinlarin-dunya-haritasi-cikti”. HYPERLINK “https://m.bianet.org/bianet/toplumsal-cinsiyet/185021-siyasette-kadinlarin-dunya-haritasi-cikti”bianet.org/bianet/toplumsal-cinsiyet/185021-siyasette-kadinlarin-dunya-haritasi-cikti

Həmçinin bax: https://turaz.org/turkiyeden-bee-israil-razilasmasina-reaksiya-bi-riyakar-hereketi-tarix-efv-etmeyecek/