Beynəlxalq münasibətlər üzrə elmi şuranın iclasında 26 dissertasiya mövzusu təsdiq olunub

Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Beynəlxalq münasibətlər üzrə elmi şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

İclası şuranın sədri, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb.

Tədbirdə hər bir tədqiqatçının təqdimatından sonra müvafiq dissertasiya işinin mövzusu geniş müzakirə edilib.

Ümumilikdə 39 nəfərin iştirak etdiyi və 5 saata yaxın davam edən iclasda 4 elmlər doktoru, 22 fəlsəfə doktoru dissertasiyası işinin mövzusu təsdiq olunub.

Mənbə: www.science.gov.az
Xəbərçi: Aytən Abbasova