Beyin xərçəngi

Mən Vəliyeva Lamiyə! Xəyallarım Neyrocərrah olmaq, xərçənglə mübarizə aparan uşaqları təmənnasız sağaltmaq oldu hər zaman, lakin qismət olmadı… Hər zaman bu sahənin ən təhlükəli əməliyyatı olan beyin xərçəngi ilə maraqlandım. Amma bioloq oldum. Ümumiyyətlə, bir bioloq da ikinci həkim sayılır nədə olsa.  Məhz bu səbəbdən xərçəngin nə olduğunu, nə kimi ağır fəsadlar törətdiyini bilməsi bütün bioloqların vəzifəsidir.

Günümüzün ən ən aktual və qorxulu kabusu olan bu sağalmaz xəstəlik əfsuslar olsun ki, hər gün yüzlərlə insanın həyatını əbədi sonlandırır.  Bu gün nə qədər savadlı cərrahlarımız və həkimlərimiz olmasına baxmayaraq bu çarəsi bulunmaz xəstəlikdən əziyyət çəkənlər çoxdur. Təbii ki, alimlər əsrlərdir ki, bu təhlükə deposu sayılan XƏRÇƏNG xəstəliyi ilə geniş tədqiqatlar aparırlar. Lakin perspektivlər və nəticələr bəzən heç də uğurlu alınmaya bilir…

Xərçəngin 100dən çox növü bəllidir və artıq bu alimlərə görə daha da çoxdur. Xərçəng hüceyrələri hər daim bölünür və böyüyür. Yəni müqayisə etmək istəsək əgər (sağlam insan hüceyrələri ilə) görərik ki, insan hüceyrələri ölə bilir, ama xərçəng hüceyrələri yarandığı andan etibarən çoxalır və şaxələnərək bütün orqanları zəbt edir. Ümumiyyətlə hüceyrələr zədə görüb nizamsız formada parçalandıqda tümör yaranır. Hansı ki tümörlər şiş yaratma qabiliyətinə malikdirlər. Onlar bu şişi yaratsa bu xərçəng olur. Şişlər bədxassəli və xoşxassəli olur. Bədxassəlilər bütün orqanlara yayılan, xoşxassəlilər isə bir yerdə durub böyüyən ( yəni bədxassəli funksiyanın əksinə olaraq heç bir orqana yayılmadan yaranan) aiddir. An etibarilə yaranan xərçənglər hormonlar ifraz eləyirlər. Bu hormonlar da orqanların funksiyasını tamamilə dəyişdirir. Xərçəng xəstəliyi özlüyündə bir neçə qollara bölünür, hansı ki, tək bir orqanda yaranmır. Bunlara:

  1. Beyin xərçəngini ;
  2. Dəri xərçəngi ;
  3. Ağciyər xərçəngi ;
  4. Yumurtalıq xərçəngi
  5. Mədə-bağırsaq xərçəngi və s. Kimi sayıla bilinəcək zəbt etdiyi başqa orqanları da misal göstərə bilərik.

Saydıqlarımız hərbiri qorxuludur təbii olaraq, lakin aralarından beyin xərçəngi ən təhlükəlisidir.

Beyin xərçəngini bənzətməli olsaq, hörümçək torunu nümunə kimi göstərə bilərik. Xəstəlik ilk başlarda özünü bildirməyə bilər,və ya yavaş yavaş simptomlarını büruzə verə bilər. Məsələn halüssinasiya, gözlə görünəcək dərəcədə arıqlama, dayandığı yerdə anidən huş itirmə, bəzən soyuq tərləmə və s.kimi 1ci dərəcəli xüsusiyyətlər kimi nəzərə çarpa bilər. Daha sonradan ağırlaşaraq burundan qan açılma, qusma, ağır öskürmə və s. Kimi özünü bəlli edər. Vaxtında tədbir alınmasa xəstə ilk öncə koma, daha sonra ölümlə  üzləşəcək. Ona görədə bir beyin xərçəngi olan xəstə mütəmadi olaraq vitamin qəbul etməlidir. Çünki bu xərçəng hüceyrələrini parçalama qabiliyyətinə malik ola bilər. Bildiyimiz üzrə beyin də ən çox vitamin tələb edən orqanların şahıdır. Məsləhət bilinən ən dəyərli qida isə qaragilədir. Hərkəs bu qidanın zənginliyini bilir, tərkibindəki mineral maddələr və vitaminlər qana ordan da hüceyrələrə çatdırıldığı üçün bu xəstəlik üçün dezoavantaj hesab edilir. Çünkü vitaminlərin parçalayıcı qüvvəsi xəstəliyin ağırlaşmasının qarşısını alır.

Beyin xərçəngini əməliyyat ilə aradan qaldırmaq mümkündür o haldakı tümör bütün bədənə yayılmayıbsa. Bu zaman xəstəyə narkoz verilir. Daha sonra şiş çox ehtiyyatla oradan götürülür. Çox həssas rəftar edilməlidir əks halda xəstə qan axmasından ölə  və ya sinir impulslarının iflic olmasından şikəst qala bilər. Şişin tam götürülməməsi xəstənin gələcəkdə yenidən bu şişlə üzləşməyi deməkdir.

Bəşər cəmiyytəində 93% insan siqaret çəkmək, içki aludəçisi olmaq kimi zərərli vərdişlər üzündən xərçəngi daha tez yaxalama qabiliyyətini özlərində əks etdirirlər. Yaranan tüstü ağciyərləri məhv edərək, zamanla xərçəngə yönləndirir. Bununla da ağciyər xərçəngi yaxudda bronxlarda bərpa edilməz şaxələr yaranır. Ona görədə sağlam qidalanma rasionuna diqqət etməli, tütün vasitələrindən uzaq durmalıyıq. Bu həm sizin, həmdə ətrafınızdakı insanların sağlamlığı naminə gözəl təşəbbüs yaradar!

 

YAZAR: Vəliyeva Lamiyə Qafqaz Maarif Birliyi “Xərçəng xəstəliyi” müsabiqəsinin I yer qalibi

 

Həmçinin bax: https://kafkazh.com/xerceng-xesteliyi/

Həmçinin bax: https://tehsilim.org/dim-de-beynelxalq-imtahanlar-kecirilib/