Bəşəriyyət üçün dəyərli insan- Babür şah

Zəhiriddin Məhəmməd Babur böyük yazıçı, tarixçi və alim olmaqla yanaşı, həm də mahir sərkərdə və böyük dövlət xadimi idi. Onun həyatı və yaradıcılıq irsi beynəlxalq səviyyədə tədqiq edilib və indi də dünyanın hər yerindən alimləri cəlb edir. Bu gün dünyanın bir sıra kitab fondları və muzeylərində əcdadımızın qiymətsiz əlyazmaları, sənət əsərləri qorunur. Baburun füsunkar şəxsi və təkrarolunmaz poeziyasına valeh olan bir oxucu kimi ancaq deyə bilərik ki, onun poeziyası nə qədər ağrılı olsa, o qədər füsunkar, nə qədər kədərli olsa, o qədər parlaqdır. Qəlblərimizin dərinliklərinə batan bu qəmli sətirlər gələcəyə parlaq ümidlərlə doludur. Necə ki, Baburun misraları da qiymətli və ruha yaxındır.

Zəhiriddin Məhəmməd Babur — ən böyük tarixi şəxsiyyətlərdən biridir. Axı bu qədim dünya çoxlu şahlar və sultanlari görüb. Amma onların arasında nadir hallarda özünü ədəbiyyatın ləl-cəvahiri olan poeziyaya həsr etməklə kifayətlənməyib, həm də bu incə sənəti yeni zirvəyə çatdırmayıblar. Onların etdikləri Baburun qabiliyyətinə bərabər deyildi. Bundan əlavə, bu ağsaç dünya böyük şairləri çox görüb. Lakin bu dünya şöhrətli şairlərin heç biri padşah olmadı, tale dəyirmanı başının üstündə durmadan fırlansa da, o, Babur kimi qələmini də, ədalət qılıncını da bərabər itiləmədi, hakimiyyətdə möhkəm dayanmadı. Mübaliğəsiz demək olar ki, bu qədər yüklə yüklənmiş əcdadımızın həyatı həm arzularla, həm də təhlükələrlə dolu olub. Həssas şair bir rübaidə deyir ki:
Tale yox canıma bəlalı oldu,
Hər işi ki, etdim, xətalı oldu,
Yerimi tərk edib hind tərəf getdim,
Ya rəb, neyləyim, nə yüz qaralı oldu?..
Babur bizə zəngin ədəbi irs qoyub getmiş. Onun lirik əsərləri, dünya şöhrətli “Baburnamə”, “Xətti Baburi”, “Muxtəsər” risaləsi, “Validiyə”nın türkcə tərcüməsi, 300-ə yaxın fəlsəfi rübailəri, vergi və vəqf hüququna dair “Mübeyyin”in zəngin əsər olaraq qalmiş. Bir sözlə, özbək xalqının böyük oğlu, şah və şair Babur Mirzənin həyat və yaradıcılığı gələcək nəsillərə örnəkdir.
YAZAR: Qaşqədərya bölgəsi Kitab rayonu 31 nömrəli tam orta məktəbin Ana dili və ədəbiyyat müəllimi- Dilnazə Polatova
HƏMÇİNİN BAX: Min bir dərdin dərmanı- Çay
HƏMÇİNİN BAX: Uyğur soyqırımı