Berard metodu
Bu gün danışacağım mövzu Berard AİT, yəni Auditory Integration Training kəliməsinin qısaltması olan Berard metodudur. Berard metodunun başqa bir adı da “İşitsel Algı Yönetimi”dir. Bu metod Türkiyədə 2004-cü ildən bəri istifadə edilir. Lakin bu metod dünyada 1996-cı ildən bəri istifadə olunmağa başlanmışdır. Metodu inkişaf etdirənin Doctor Guy Berard olduğu bir çoxumuza məlumdur. Bu metodun əsası tamam başqa idi. Burada məqsəd qulaq çınlamalarına həll tapmaq idi. Lakin zaman keçdikcə işlər dəyişməyə başladı. Bu metod istifadə edildikcə autizm, danışma gecikməsi, kəkələmə və test həyəcanı kimi problemlərdə də təsirli olduğu təsbit edilməyə başladı. Əsas prinsip sağ qulağa hakim olaraq beynin öyrənmə mexanizmi olan sol beyinə çatmağa əsaslanır. Guy Berard, metodu 10 ildən çox müddətdə apardığı araşdırmada iddia etmişdir ki, sol beyinə çatmağın ən qısa yolu sağ qulaqdır. Bu nə deməkdir? Niyə belə bir nəticəyə gəlinib? Çünki beyin sağ qulaqdan aldığı məlumatları birbaşa sol beyinə daşıyır. Amma məlumat ilk öncə sol qulaqdan alınsa, bu zaman aldığı məlumatları sağ beyinə daşıyır və sonra sol beyinə çatır. Yəni məlumatın sol qulağa deyilməsi, məlumatın sol beyinə çatmasi prosesini uzadır. Lakin məlumat sağ qulağa deyilsə, birbaşa sol beyinə ötürüləcəkdir. Doktor Guy Berard öz qulaq çınlamasını müalicə etmək üçün bir metod inkişaf etdirsə də, istifadə sahəsi hazırda tamamilə fərqlidir. Dr. Berard uzun illər bu metod üzərində işləmiş və mövcud metodların inkişafına kömək etmişdir. Dr. Berard’a görə, əgər öyrənmənin reallaşmasıni istəyiriksə, ilk öncə eşitmə hazır olmalıdır. Berard metodu öyrənmənin qulaqdan başladığı fikrini müdafiə edir. Bu səbəbdən öyrənmə və konsentrasiya kimi vacib mövzularda eşitməyə əsaslanan metod illərdir tətbiq olunur. Gəlin tətbiq üsulunu öyrənək:
– Berard metodunda tətbiqlər sağ qulaq və sol ağıl əlaqəsini gücləndirməyə yönəldilmişdir.
– Berard metodu təcrübələrində insanlara yarım saatlıq dinləntilər verilir.
– Metodun təsirli olması üçün 20 dəfə təkrarlanmalı və davamlılıq qazanmalıdır.
– Metodun tətbiqi yolu tətbiq edən və edilən kəsə buraxılmışdır.
– Dinləntilər 10 gün ərzində, aralarında 3 saat fasilə şərti ilə gündə 2 dəfə təkrarlana bilər.
– Bundan əlavə, günde 1 dəfə təkrarlanaraq 20 berard metoduna üstünlük verən şəxslərin evdə əlavə etmələri gərəkən bir şey yoxdur.
– Metodu tətbiq edərkən qulaqlıqlardan istifadə edilməlidir.
– Berard metodunda Earducator adlı bir cihazdan istifadə olunur. Bu cihaz yalnız təhsil sahəsində istifadə olunur və musiqinin metoduna uyğun olaraq dinlənilməsinə imkan verir. Bu cihaz tibbi məhsul deyil və xəstəxanalarda istifadə edilmir.
– Bu metodunda hər dinlənti fərqlidir. Bu dinləntilər musiqi tezliyi aralığına görə xüsusi olaraq hazırlanmışdır. Davamlılıq və sabitlik metodun tətbiqində çox vacibdir. Bu səbəbdən ilk 5 dinlənti ardıcıl olaraq oynanılır.
– Berard metodu tamami ilə hər şəxsə özəl tətbiq olunur. Mozart Effect adlandırılan dinləntilər də şəxsə özəl olaraq hazırlanmalıdır. Çünki hər kəsin səsə həssaslığı və səsin tezliyinə verdiyi reaksiya fərqlidir.
– Berard metodunda səslənən səslər insanların hər yerdə qarşılaşa biləcəyi səslərdir.
– Berard metodu tətbiq olunan insanların gündəlik həyatında; evdə, küçədə və ya yolda eşitdikləri səs və səslərin işi tamamladığı düşünülür. Bu şəkildə insanlar 6 ay boyunca təbii bir axınla inkişaflarını davam etdirirlər.
– Metodu tətbiq edən insanlara 6 ay ərzində qulaqlıqlarla çox yüksək səsli musiqi dinləmələri tövsiyə edilmir. Eyni zamanda, Mozart effektini zəiflətdiyi düşünülən kompüterdə qulaqcıqlarla yüksək səsli oyunlar oynamaq tövsiyə edilmir.
Lakin bu metod ancaq 3 yaşdan sonra hər kəsə tətbiq oluna bilər. Onu da qeyd edim ki, bu metod xüsusi qayğıya ehtiyacı olan şəxslərə də tətbiq olunduqda irəliləyiş əldə edilir. Lakin Berrard metodu hər zaman istifadə olunmur. Onun istifadə olunması gərəkən xüsusi durumlar var; autizm spektri pozğunluğu, diqqətin olmaması, imtahan narahatlığı, kəkələmə, gec danışmaq, disleksiya kimi. Həmçinin irəliləyən yaşlarda dil öyrənmək istəyən insanlar da bu metoddan faydalana bilər. Bundan əlavə, çox insan üz ve ad yaddaşının zəif olmasından şikayət edir. Bu metod ilə həmin problemlərə də həll tapılır. Qeyd edim ki, Berard metodu müalicə deyil, tədris prosesi kimi qəbul edilməlidir.
Tədqiqatlar nəticəsində məlum olub ki, bu metodun tətbiq edildiyi insanlarda öyrənmə prosesini asanlaşması, oxuma və danışma bacarıqlarında artım, özünəinamın artması, motor hərəkətlərin inkişafı; tələbələrdə isə dərslərdə konsentrasiyanın artması, diqqət cəmlənməsi, şifahi və yazılı ifadənin daha güclü olması, imtahan stresinin azalması, yaddaşın güclənməsi; yetkin insanlarda həyat keyfiyyətinin artması, stresin idarə edilməsi, narahatlıq problemi azalması, öyrənmənin asanlaşması və sürətinin artması, yuxu rejiminin düzgün təmin olunması kimi xüsusiyyətlər özünü göstərir.
Xüsusi qayğıya ehtiyacı olan insanlarda da, xüsusilə autizmli şəxslərdə Berard metodundan tez-tez istifadə olunur. Autizmli uşaqlara bu metod tətbiq olunarsa, onlarda;
– anlama və ifadə bacarıqları inkişaf edəcəkdir,
– diqqətin artması səbəbi ilə göz təması asanlaşacaq,
– Deyilənlərə, tövsiyə olunan şeylərə daha çox əməl edəcəklər. Oyunlarda iştirakda artım müşahidə olunacaq. Çünki bilirik ki, autizmli uşaqlar oyun oynamağı sevmirlər, hələ qrup halında oyunları heç sevmirlər. Lakin bu metod vasitəsi ilə onlarda irəliləyiş görmək mümkündür.
Bundan əlavə, Berard metodu disleksiyası olan insanlarda da istifadə olunur.
YAZAR: Aytac Rzayeva
Həmçinin bax: Qəzəb və onun idarə edilməsi
Həmçinin bax: turaz.org/erdogan-yeniden-akp-sedri-secildi/
Həmçinin bax: tehsilim.org/azerbaycanda-yasayan-azsayli-xalqlarin-tehsili/