“Belələri Erkinin bu addımını lağa qoyub…” – Vəkildən deputata dəstək
“Millət vəkili Erkin Qədirli gəlir və xərclərini elan edəndə çox sevinmişdim ki, cəmiyyətdə ilk dəfə arzuladığımız baş verir. Təəssüf ki, bir neçə gündür məhz bu addımına görə Erkin bir qrup tərəfindən intensiv tənqid olunur. Bunun nədən qaynaqlandığını heç cür anlaya bilmirəm”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri tanınmış vəkil, hüquqşünas Aslan İsmayılov deyib. Hüquqşünasın fikrincə, ağlı başında olan adam bu addımı alqışlayıb Erkin Qədirlinin üzərinə getmək əvəzinə, başqa deputatlardan, vəzifəli şəxslərdən də eyni addımlar atmalarını tələb edərdi:
“Korrupsiyanın kökünün kəsilməsinin ilk addımı da məhz budur. Belələri Erkinin bu addımını lağa qoyub, korrupsiyanın kökünü kəsməyi ancaq ucdantutma həbslərdə, məmurları Azadlıq Meydanında asmaqda görürlər. Məhz bu qrupun aktivliyi bir çox insanları ölkədə dəyişiklik yaradacaq addımları atmaqdan çəkindirir”.
Müxbir : kafkazh.com
Xüsusi Müxbir : Həziyeva Ülviyyə
Mənbə : Yenisabah.az