BDU aliminin məqalələri yüksək impakt faktorlu jurnallarda dərc olunub

  • Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin “Nəzəri fizika” kafedrasının dosenti, fizika üzrə elmlər doktoru Azər Əhmədovun həmmüəllifi olduğu məqalələri Web of Science Clarivate Analytics elmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc olunub.

1. A.I.Ahmadov, M.Demirci, S.M.Aslanova, M.F.Mustamin “Arbitrary ℓ-state solutions of the Klein-Gordon equation with the Manning-Rosen plus a Class of Yukawa potentials” (“Kleyn-Qordon Tənliyinin Manning-Rosen və Yukava sinif potensiallarının xətti cəmi üçün orbital kvant ədədinin ixtiyari qiymətləri üçün analitik həlli”). Physics Letters A Volume 384, 126372 (2020). İF: 2.278 (Journal Citation Reports®, Clarivate Analytics).

Məqalədə Klein-Qordon tənliyi Manning-Rosen və Yukava klass potensiallarinin xətti cəmi və orbital kvant ədədinin ixtiyari qiymətləri üşün mərkəzəqaçma potensialına unikal yaxınlaşma tətbiq etməklə adi kvant mexanikasında Nikiforov-Uvarov metodu ilə, Supersimmetrik kvant mexanikasında isə forma invariantlığı metodunu tətbiq etməklə analitik şəkildə həll edilib. Zərrəciyin enerji spektri və normallaşmış məxsusi funksiyası üçün analitik ifadələr alınıb. Zərrəciyin məxsusi funksiyası Jakobi polinomu və hiperhəndəsi funksiya ilə ifadə edilərək normallanma sabiti üçün də analitik ifadə tapılıb. Hər iki kvant mexanikasında alınan analitik ifadələrin mütləq üst-üstə düşdüyü göstərilib.

2. Sh.M.Nagiyev, A.I.Ahmadov and V.A.Tarverdiyeva. “Approximate Solutions to the Klein-Fock-Gordon Equation for the Sum of Coulomb and Ring-Shaped-Like Potentials” (“Kleyn-Qordon Tənliyinin Manning-Rosen və Yukava sinif potensiallarının xətti cəmi üçün orbital kvant ədədinin ixtiyari qiymətləri üçün analitik həlli”). Advances in High Energy Physics, Volume 2020, Article ID 1356384, İF: 1.953 (Journal Citation Reports®, Clarivate Analytics).

Məqalədə Kulon və Rinq-Şaped potensiallı səhələrin cəmindən qurulmuş sferik- simmetrik olmayan sahədə hərəkət edən spini sıfır olan kutləli relyativistik zərrəcik üçün itələmə sahəsi cazibə sahəsinə bərabər olan halda Kleyn-Fok-Qordon tənliyi analitik şəkildə həll edilib. Sistemin tam enerjisi sükunət enerjisindən kiçik olduğu halda enerji spektri diskret, sistemin tam enerjisi sükunət enerjisindən böyük olduğu halda enerjinin spektrinin kəsilməz olduğu göstərilib. Hər iki hal üçün dalğa funksiyası tapılıb. Radial dalğa tənliyinin simmetriya qrupu qurularaq simmetriya qrupunun generatorlarından istifadə edilməklə cəbri üsulla enerji spektri üçün analitik ifadələr tapılıb.

Məqalələri oxumaq üçün linkə keçid edə bilərsiz:

https://doi.org/10.1016/j.physleta.2020.126372

https://doi.org/10.1155/2020/1356384

Mənbə: BDU
Xəbərçi: Raisə Savalanzadə