Batmayan Günəş

Ata batmayan günəşdir!

Həyatmın ən gözəl günü idi. Qızım dünyaya gəlmişdi. Artq heç bir çətnlik məni yıxa bilməz, heç kəs məni yenə bilməz deyə düşünürdüm. Axı mən qız atası idim?! Onun üçün yaşayırdım, ona dayaq olmaq üçün, həyat olmaq üçün. Tələbəlik illərimdə də, ondan sonra da hər zaman bir qızım olmasını istəyirdim. Hər şeydən, hər kəsdən çox sevəcəyim bir qızım olsun. İndi desələr, indi hər şey tam fəqrlidir. Ata olmaq, o hiss tam fərqlidir. İstəmək belə boş qalır
yanında. Hətta ilk gün bütün gecə səhərə qədər onun yatmağını eləcə seyr etmişdim. Nəfəs alışı, dodaqlarını büzməsi, bəzən biixtiyar gözlərini açıb bağlamağı ona canımı qurban verəcəyim hər andan sadəcə biri idi. Bəzən anası belə qısqanırdı. Haqlı idi, deyəsən. Çünki onu necə sevdiyimi hər an göstərir, hiss etdirirdim. İlk dəfə kiçicik
əlləri ilə barmağımdan tutduğu anı indiki kimi xatrlayıram. O an gözlərim dolmuşdu, barmaqlarından öpmüşdüm, gül kimi qoxurdu, çiçək qızım. Hər anını qeyd edirdim, şəkillərini albomda toplayır, videolarını yığırdım. Bir gün həyatda olmasam onu nə qədər və necə sevən bir atası olduğunu bilsin istəyirdim. Beləcə, həyatım qızım oldu.
Hər an onun üçün çalışır, gələcəkdə ona öyrədəcəklərimi belə bir-bir yazırdım. 4 yaşı oldu. Danışırdı artıq. Hər dəfə soruşurdu: “Ata, mən sənin nəyinəm?” “Çiçəyim” deyəndə necə sevinirdi?! İllər o qədər tez keçirdi ki?! Çox tez böyüyürdü. Xəfif bir kövrəkliklə də böyüməsini heç istəmirdim.  10 yaşı olacaqdı o vaxt. Yaşını qeyd etmək üçün ailəvi əyləncə mərkəzinə gedirdik. Ora çatmağa çox az qalmışdı. Ta ki, bir qəza ilə bütün ümidlərim sönənə kimi. O lənətə gəlmiş qəza. . . Qəzada yoldaşım həyatnı itrdi. .ən isə bu hala düşdüm. İfic oldum. Az-az danışa bilirdim, amma bədənimi idarə edə bilmədim daha. Tək sağ qalan qızım olmuşdu. Çox şükür, ona bir şey olmamışdı.
O zaman sanki ağlımı itrmişdim. Bir yandan yoldaşımı itrməyim, digər yandan qızıma baxa
bilməməyim. Nə edəcəkdim? Onun üçün ən doğru qərarı verməli idim. Əvvəl düşündüm ki, qızım mənim yanımda, mənim sevgimlə böyüsün. Sonra bu fkrim dəyişdi. Niyə mi? Çünki artq özünü idarə edə bilməyən bir adam idim. İstəmirdim qızım bütün həyatnı mənı baxaraq keçirsin. Fərqində idim, çiçəyimin solmasına göz yummuşdum. Axı necə edəydim? Böyüyəcəkdi, oxuyacaqdı, ailə qurmaq vaat gələndə axı mən ona yük olacaqdım?! Onu xalasına
əmanət etdim. Bilmirəm, o vaxt yaşadıqlarımın təsiri ilə bəlkə də yanlış qərar verirdim. Məni qınayanlar olacaqdır, mütləq. Xalasına ona uyğun bir zaman gəldikdə anasının və atasının öldüyünü deməsini istədim. Hə, bunu etdim. Mən isə baxım evində qalan ömrümü yaşayacaqdım. Bir müddət sonra burda mənə baxanlardan xahiş
etdim ki, baldızıma zəng edib bura çağırsınlar. Qızımın necə olduğunu bilmək istəyirdim. Gəldi, şəkillərini göstərdi, “necədir?” Deyə soruşdum. ” Əvvəllər çox ağlayırdı, yeməyi belə güclə yedirirdik, amma indi biraz yaxşıdır,
yavaş-yavaş alışır olanlara” dedi “Hə, bir də yemək yeyərkən son loxmanı ağzına qoyanda gözləri dolur, nə oldu deyə soruşanda da heçnə demir” Bunu eşidəndə sanki canımdan can aldılar. Səbəbini bilirdim. Mən həmişə ona yeməyini sona qədər yeməyi tapşırırdım, boşqabda bir  loxma belə qalsa, onu da yeməsini istəyirdim. İndi də, yəqin, dediklərim yadına düşür deyə gözləri dolur, çiçəyim mənim. “Dərsləri necədir?” deyə soruşdum. “Hə, demək olar, bütün gün dərslərilə məşğul olur. Bir də səhər dərsə gedəndə heç vaxt saçlarını daramağıma icazə vermir. Həmişə özü
edir. ” dedi. Ah, mənim mələyim, saçını həmişə mən darayardım, hörərdim, bəlkə də ona görədir belə etməsi.
Burda qaldığım müddətcə boş dayana bilməzdim. Qalan ömrümün hər gününü yataraq necə keçirim? Mənə baxan baaxıcıya beynimdəkiləri yazdırırdım. Beləcə, çoxlu mahnı sözü yazmış oldum, hətta bəzən bədənimin işləməməsinə baxmayaraq, musiqi alətlərini işlədə bilməməyimə rəğmən bəzi şeirləri bəstələyə bildim. Yaratdığım yeni mahnıları daha əvvəl işlədiyim müğənnilərə baxım evinin köməkliyi ilə satdım. Onun pulunu da əlbəttə qızımın təhsilinə ödədim. Savadlı olmasını, öz ayaqları üzərində dayanan bir qadın olmasını istəyirdim. Güclü olmasını istəyirdim.
Xalası həmişə yanıma gəlib-gedirdi. Qazandığım pulu ona verib, təhsili üçün xərcləməsini tapşırırdım. Beləcə, mələyimin hər anından aəbərdar olurdum. Lənətə gəlmiş qəza olmasa həyatmız necə olardı deyə düşünürdüm
bəzən. Qızım hər gün yanımda olardı, nə qədər böyüsə də yenə mənim balaca çiçəyim olardı. Hər Allahın günü bunları düşünürdüm. Bir an belə unutmurdum. İllər bir-birini əvəz etdi. Çiçəyim oxudu, məktəbi bitrdi, universitetə qəbul
oldu. İndi 25 yaşı var. Radioda aparıcı işləyir. Hər dəfə verilişinə qulaq asıram. İzləyiciləri ilə çox gözəl, səmimi və mehriban münasibət qurur.  1 ay əvvəl yenə belə verilişinə qulaq asırdım. İzləyicilərdən biri yazdığı mesajın sonunda burdan qocalar evində olan atama salam göndərirəm yazmışdı. O bunu oxuyanda biraz dayandı sonra bu
sözləri dedi: “Məncə siz Atanıza salam göndərmək yerinə onu qocalar evindən çıxarın. Yox əgər buna imkanınız yoxdursa belə, heç olmasa yanına gedin. Ziyarət edin. Sevgisini hiss edin. Onun sizə ehtiyacı var, salamınıza yox. Mənim Atam olsaydı, nə vəziyyətdə olursa olsun özüm baxardım. Mənim üçün heçnə edə bilməsə belə
özüm baxardım. Çünki mənə onun sevgisi lazımdır. Bir qız üçün atasının sevgisindən gözəl həyat ola bilməz. Doğrudur, bəlkə gələcəkdə hansısa bir adamı sevib ailə quracaqdım. Amma Atamın sevgisi hər şeyə dəyər. Həyata belə dəyər. . . . . ” Bu sözlərindən utandım. Onun həyatnı məhv etdiyim üçün utandım. Onu atasız qoyduğum üçün özümü bağışlamayacam. Amma artq sonu olmalıdır elə deyilmi? Yanlış qərardan nə zaman dönmək istəsən
həyat sənə icazə verər. Yetər ki, sən dönmək istə. Yenə mənə burda baxanların köməyilə çiçəyimə qovuşdum.
Yavaşca qapını açıb içəri girdi. Çox güman ki, inana bilmirdi. Gözlərimə baxdı. Sanki elə kiçicik əlləriylə barmağımdan tutan o balaca qız idi hələ də. Necə istəyirdim o an qalıb ona sarılmağı, saçlarını oxşalamağı. O beş-alt saniyə içində sanki bütün həyatmı flm kimi izlədim. Mənim düşündüyümü o etdi. Heç nə demədən, bir səbəb
soruşmadan boynumu qucaqladı. Sonra üzümə baxıb “Ata, mən sənin nəyinəm?” deyə soruşdu. “Çiçəyim” dedim gülərək. Bir də boynuma sarıldı. İndi mən şeirlərimi də, bu hekayəmi də qızımla yazıram. Mən
deyirəm, o isə yazır.

YAZAR: Nərmin Əsgərli