Bakteriyalar

Adətən uzunluğu bir neçə mikrometr olan bakteriyalar müxtəlif formalarda olur, bəziləri sferik, bəziləri spiral, bəziləri çubuq , bəziləri isə vergüll şəklində olurlar. Bakteriyalar yer üzündəki hər mühitdə mövcuddur. Torpaqda, dəniz suyunda, okeanın dərinliklərində, yer qabığında, insan dərisində, heyvanların bağırsaqlarında, şirin su mənbələrində, radioaktiv tullantılarda böyüyə biləcək növləri var. Bir qram torpaqda bakteriya hüceyrələrinin sayı 40 milyon, şirin suda isə bir milyon, dünyada beş nonilyon (5 × 1030) bakteriya mövcuddur, bunlar dünyadakı biokütlənin çoxunu təşkil edir. Bakteriyalar qidanın təkrar istifadəsi üçün çox vacibdir və qida tsikllərindəki ən vacib addımlar, atmosferin azot fiksasiyası kimi bakteriyalardan asılıdır. Ancaq bu bakteriyaların əksəriyyəti müəyyən edilməmişdir və bakteriya şöbələrinin yalnız  demək olarki yarısının laboratoriyada yetişdirilə bilən növləri vardır. Bakteriyaların öyrənildiyi elm bakteriologiyadır, bu mikrobiologiyanın bir qoludur.

BAKTERİYALARIN İNSAN HƏYATINDA ROLU:

İnsan bədənindəki bakteriyaların sayı insan hüceyrələrinin sayından on qat daha çoxdur, xüsusən də dəri və həzm sistemində çox sayda bakteriya var. Bunların böyük əksəriyyəti immunitet sisteminin qoruyucu təsiri ilə zərərsiz hala gətirildiyi halda, bəziləri də faydalıdır (probiyotiklər), bəziləri patogen bakteriyalardır və yoluxucu xəstəliklərə səbəb olur; vəba, sifilis və cüzam bu xəstəliyin növünə daxildir. Ən çox görülən ölümcül bakterial xəstəliklər, vərəm hər il iki milyon insanı öldürən, əksəriyyəti Sub-Sahara Afrikasında olan tənəffüs yoluxucu infeksiyalardır. İnkişaf etmiş ölkələrdə antibiotiklər bakterial infeksiyaların müalicəsində və müxtəlif heyvandarlıq fəaliyyətlərində istifadə olunur, buna görə antibiotiklərə qarşı müqavimət geniş yayılır. Sənayedə bakteriyalar çirkab suların təmizlənməsində, pendir və qatıq istehsalında, biotexnologiyada, antibiotiklərdə və digər kimyəvi maddələrin istehsalında mühüm rol oynayır.

BAKTERİYALARIN KƏŞFİ:

Bakteriyalar ilk dəfə 1676-cı ildə Antoni van Leeuwenhoek tərəfindən özünün hazirladığı mikroskopu ilə müşahidə etmişdir. Onları “heyvanlar” adlandırdı və müşahidələrini Kral Cəmiyyətinə yazdığı bir sıra məktublarda nəşr etdi. Bacterium adı, daha sonra 1838-ci ildə Christian Gottfried Ehrenberg tərəfindən istifadə olunan Gotακτήριον -α (bakteriya -a), Qədim Yunan dilində “balaca çubuq” mənasını vermişdi.

BAKTERİYA YARIMALƏMLƏRİ:

  1. Arxebakteriyalar
  2. Əsl bakteriyalar
  3. Oksifotobakteriyalar

Arxebakteriyalar: əsasən, metansintezedici bakteriyalardır. Növlərinin sayı 40-dan çoxdur.Arxebakteriyalarda fotosintez xlorofil yox, bakteriorodopsin əsasında baş verir.

Əsl bakteriyalar: anaerob və aerob heterotrofların, bəzən isə anaerob fotosintezedici avtotrof prokariotlarin, müxtəlif qruplarıdır.

Oksifotobakteriyalar: aerob fotosintezedici prokariotlardır (sinobakteriyalar və xlorosibakteriyalar).

BAKTERİYALARIN MÜXTƏLİFLİYİ:

 

 

Avtotrof bakteriyalar

Avtotrof bakteriyalar karbon qazını mənimsəyərək və karbondan istifadə edərək üzvi maddələr yaratmaq qabiliyyətinə malikdir. Qeyri-üzvi maddələrdən üzvi maddələr sintez etmə qabiliyyətinə malikdirlər. Bunlar özləri də enerjidən istifadəsinə görə iki qrupa, fototrof və xemotrof bakteriyalara bölünür.

Fototrof bakteriyalar

Yaşıl bitkilər kimi, fotosintez prosesini həyata keçirərək üzvi maddələr sintez edir. Onlar enerji mənbəyi kimi günəş enerjisindən istifadə edirlər. Bu bakteriyalar yaşıl və qırmızı bakteriyalar, həmçinin siano bakteriyalar aiddir. Lakin digər fotosintezedici bakteriyalardan fərqli olaraq, sianobakteriyalar ətraf mühitə oksigen qazı xaric edir.

Xemotrof bakteriyalar

Fototroflar kimi , qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir (məsələn, dəmir və kükürd bakteriyaları).

Heterotrof bakteriyalar

Heterotrof bakteriyalar isə karbonu yalnız hazır üzvi birləşmələrdən mənimsəyir. Bakteriyaların əksəriyyəti heterotrof yolla qidalanır. Lazım olan üzvi maddələri xarici mühitdən alır. Bu səbəbdən parazit və saprofit bakteriyalara bölünür. Parazit bakteriyalar digər canlılarda parazitlik edərək onların üzvi maddələri ilə qidalanır, nəticədə xəstəlik törədir. Bitki, heyvan və insanlarda xəstəlik törədən bir çox parazit bakteriyalara rast gəlinir. Saprofit bakteriyalar üzvi qalıqlarla qidalanır. İfraz etdikləri maddələrlə ölmüş orqanizmlərin parçalanmasında və çürüməsi prosesində iştirak edir. Hetrotrof çürüntü bakteriyaları bitki və heyvan qalıqlarını çürüdərək minerallaşdırır. Saprofit bakteriyalara qıcqırma bakteriyaları da aiddir.

 

 YAZAR: Fidan Əmirəliyeva (OYU-Biologiya tələbəsi)